Icma.az
close
up
RU
Dərsliklərdə şagirdlərin anlamadığı sözlər: Ekspert problemdən danışdı

Dərsliklərdə şagirdlərin anlamadığı sözlər: Ekspert problemdən danışdı

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

7-ci sinif dərsliyində "altruizm” sözünün işlədilməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İstifadəçilər sözün şagirdlər üçün anlaşılmaz olduğunu bildirərək, onun əvəzinə daha sadə və aydın ifadələrdən, məsələn, "xeyirxah” və "fədakar” sözlərindən istifadə edilməsinin daha məqsədəuyğun olduğunu qeyd ediblər.

Təhsil eksperti Məzahir Məmmədli AZXEBER.COM-a açıqlamasında deyib ki, bu istiqamətdə işlər görülür: 

"Dərsliklərin dilinin ağır olması, bəzi tarixi məlumatların düzgün işlədilməməsi və ümumilikdə dərsliklərlə bağlı ciddi narazılıq elm və təhsil naziri Emin Əmrullayev tərəfindən də ifadə olunub. 2025–2026-cı tədris ilinin əvvəlində keçirilən konfransda nazir vurğuladı ki, bundan sonra dərsliklər üçün mənəm iddiasından əl çəkərək kollektiv məhsul ortaya qoymaq lazımdır. Bu istiqamətdə müəyyən işlər görülür. Təhsil İnstitutu dərsliklərlə bağlı açıq müzakirələr aparır. Hər kəs bu mövzularla bağlı öz iradlarını, fikirlərini və təkliflərini bildirə bilər. Bununla həm mütəxəssislərin, həm valideynlərin, həm də cəmiyyətin dərsliklərlə bağlı fikir və təkliflərinin nəzərə alınmasına imkan yaradılır”.

"Təkcə bu ifadə deyil, çoxlu sayda mətnlər var ki, onların anlaşılması çətindir. Riyazi, tarixi terminlərdə də belə hallar müşahidə olunur. Buna görə də anlaşılması çətin olan məqamların aradan qaldırılması istiqamətində hər kəs Təhsil İnstitutuna öz təkliflərini verə bilər”,-deyə təhsil eksperti qeyd edib.

Şahanə Ziyad


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 24 Sentyabr 2026 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri