Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Detektiv roman oxumaq ayıbdırmı? Qismət Rüstəmov

Detektiv roman oxumaq ayıbdırmı? Qismət Rüstəmov

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Qismət Rüstəmovun "Detektiv roman oxumaq ayıbdırmı?" adlı yazısını təqdim edir.

Görkəmli alman sənətşünası, jurnalisti, kino tənqidçisi Ziqfrid Krakauer nadir düşüncə adamlarındandır ki, hələ detektivin çox da hörmətli sayılmadığı vaxtlarda, XX əsrin əvvəllərində "Detektiv roman: fəlsəfi bir analiz" adlı kitab yazıb. Krakauer bu kitabda bu gün də zaman-zaman səslənən, təhlildən, analizdən nəsibini almamış, eləcə tutuquşu kimi təkrarlanan, tiftiklənən bir fikrə ilk çıxdığı vaxtlarda reaksiya verib: bütün detektiv əsərlər eləcə oxunub sonra başqasına hədiyyə ediləsi boş kitablardırmı? Bizim kitab sorğularında, anketlərdə tez-tez təkrarlanan bu fikir janr-növ məsələlərinə XIX əsrin sonu - XX əsrin əvvəlindəki yarımçıq yanaşmanın təzahürüdür. Mən bu qənaətə COVİD pandemiyasından əvvəl iştirak etdiyim İstanbul Kitab Yarmarkasındakı bir neçə paneli və bir neçə əhəmiyyətli nəşri görəndən sonra gəlmişəm. Ümumiləşdirib deyəsi olsam, ədəbiyyatşünaslıqda pis janr, pis növ anlayışı ola bilməz, bu, gülməlidir. İstanbuldakı panelin başlığı indiyəcən yadımdadır: "Yaxşı detektiv yaxşı ədəbiyyatdır!" Ümumiyyətlə, İkinci Dünya müharibəsindən sonra, lap dəqiqi, ötən əsrin 70-ci illərindən əvvəllər barmaqarası baxılan janrlara-növlərə münasibət dəyişdi. Bunun bir səbəbi müharibənin yaratdığı travmatik ovqatdırsa, digər səbəbi postmodernizmin kütləvi ilə elitar arasındakı iyerarxiya uçurumunu aradan götürməsidir.

Edqar Podan Fernando Pessoaya, Çestertondan Borxesə, Truman Kapotedən də Patrisiya Haysmitə, Orxan Pamuka qədər bir sıra ciddi müəllif detektivə biganə qalmayıb; ya qələmini bu sahədə də sınayıb, ya da onun imkanlarını öz məqsədinə xidmət etdirib. "Saqqallı planet" ləqəbli ustadlar ustadı Umberto Eko "Populyar roman qəhrəmanları" kitabında Şerlok Holms, Arsen Lüpen kimi detektiv qəhrəmanlara yer ayırır və necə böyük həvəslə populyar romanlar oxumağından danışır.

Maarifçilikdən başlayan, XIX-XX əsrlərdə öz zirvəsinə çatan "qatı olanın buxarlaşması", sirrin sirr olmaqdan çıxması, möcüzəyə inamın itməsi, ağlın, rasionalizmin ön plana keçməsi detektiv kimi bir janrın yaranmasını və yayılmasını şərtləndirdi. Bu gün həmin proses özünün nirvanasına çatıb, məsələ təkcə detektivlə bağlı deyil; məsələn, artıq 2000-ci illərdən bəri sehrbazların tryukları yox, bu tryukların sirrini deşifrə edən videolar daha çox maraq doğurur. Realiti-şouların, Tik-Tokun bu qədər dəbə minməsinin bir səbəbi də bəlkə də budur: kadrarxasının kadrönünə keçməsi, "ismi pünhan"ın cismi aşkara çevrilməsi, könül gözünün yerini instrumental ağlın tutması.

Krakauer deyir ki, detektiv əsərlər sekulyar teologiyadır. Detektivin cinayətkarı tutması müəyyən mənada ayindir, formasını dəyişmiş cinçıxarma ritualıdır, eksorsizmdir, ancaq tanrısız və duasız şəkildə. Detektiv göylərin yox, yerin ədəbiyyatıdır. Xəfiyyə sekulyar keşişdir, könüllü münzəvidir. Bəlkə də bu qarşıdurmanı, əksliyi bir qabda birləşdirməyə çalışan yeganə müəllif Çesterton olub, bilərəkdən göy adamı keşişlə yer adamı detektivi birləşdirərək bir xəfiyyə yaratmışdı - keşiş Braun.

Krakauerin sxemində kilsənin sükutunu otelin sükutu əvəz edir. Əvvəllər günahkar olan, indi cinayətkarla əvəzlənir. Doğrudan da, əksər detektivlərdə, trillerlərdə məkan kimi otel xüsusi yer tutur. Tanışlıqlar, təsadüfi rastlaşmalar, gözləntilər, düyünlərin açılması - çox vaxt oteldə baş tutur.

Nə vaxtsa bir ədəbiyyat jurnalında detektivlə bağlı maraqlı bir məqalə oxumuşdum, orada deyilirdi ki, Şərqdə yaxşı detektiv əsərlər yarana bilərmi? Suriyalı-alman yazıçı Rafiq Şamini bu suala belə cavab verirdi ki, Şərqdə yaxşı detektiv əsərlər yarana bilməz, çünki yaxşı detektivlərdə cinayət həmişə iyerarxiyanın elə məqamlarıyla bağlı olur ki, Şərqdə bunlar tabudur. Məncə, mübahisəlidir.

Qərb detektivinin əsası Edqar Ponun 1841-ci ildə yazdığı "Morq küçəsində qətl" hekayəsi ilə qoyulub, hekayənin qəhrəmanı Ogust Dupin sonradan məşhur olacaq Şerlok Holmsun, Herkül Puaronun əcdadıdır. Əqli-analitik bir növün əsasını romantik bir şairin qoyması ədəbiyyat tarixinin maraqlı faktlarından biridir. Edqar Podan Aqata Kristiyə gedən istiqamətdə detektiv daha çox riyazi problemdir, insan xislətindəki şər, ekzistensiya haqqında deyil. Halbuki lap dərindən baxsaq, əslində, bütün detektiv süjetlər "Habil-Qabil" əhvalatının genişləndirilmiş, fonu dəyişdirilmiş variantlarıdır.

Bu gün bütün dünyada nordik nuar (skandinav detektivi) populyardır. Xüsusilə Stiq Larsonun "Millenium" seriyasından olan "Əjdaha tatulu qız" romanı, oradakı ekssentrik Lisbet Salander personajı və həmin əsərə çəkilən eyniadlı filmin geniş yayılması, son illərdə isə Yu Nesbonun Harri Hol personajı geniş oxucu kütləsinin sevimlisinə çevrilib. Çağdaş detektivin ən nəzərəçarpan xüsusiyyəti hər hansı milli personajın dünyanın müxtəlif ölkələrində baş verən cinayətləri çözmək üçün səyahətə çıxması, getdiyi ölkəni, bir növ, turistik reflekslə oxucuya tanıtmasıdır.

Məşhur serialın növbəti mövsümü çəkilir I Ümumrespublika Musiqi festivalı başa çatıb “Aygünlərin, röyaların musiqimizi təmsil etməsi dəhşətdir” - Şeyx Əbdüllə müsahibə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:299
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 Mart 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see631

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see304

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see293

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see281

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see275

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see255

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see253

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see248

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see242

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see237

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see231

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see230

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see216

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see205

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see205

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see204

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see204

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see198

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see191

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri