Icma.az
close
up
RU
“Dəvə qutabı“ adı ilə müştərilər aldadılır: Paytaxt restoranları ilə bağlı İDDİA

“Dəvə qutabı“ adı ilə müştərilər aldadılır: Paytaxt restoranları ilə bağlı İDDİA

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Dəvə qutabı" Abşeron mətbəxinin ən məşhur təamlarından sayılır. Elə bu səbəbdəndir ki, son vaxtlar menyusuna dəvə qutabını daxil edən restoranların sayı artmaqda idi. Lakin qutabın həqiqətən dəvə ətindən hazırlanması tez-tez müzakirə mövzusu olub. Hətta ötən il 25 ildir dəvə saxlayan Maştağa sakini Firdovsi Axundov mətbuata açıqlamasında "restoran var ki, ildə bir dəfə dəvə əti alıb aparır, amma ilin bütün fəsillərində dəvə qutabı satır", - deyə bildirmişdi.

Ötən həftələrdə də müğənni Üzeyir Mehdizadə bildirdi ki, dəvə qutabı yemək üçün restorana gedib, amma ona adi ət qutabı verilib: "Mənə dedilər, adını dəvə qutabı qoymuşuq ki, gəlib yeyəsiniz. Yəqin ki, dəvə qutabı var, amma mən yeməmişəm".

Moderator.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Dəvə qutabı dəvə ətindən hazırlanmayıb"

Məsələ AQTA-nın da diqqətindən yayınmayıb. Agentliyin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində növbəti reydlər aparıb. Yoxlama zamanı "Dostluq" restoranında ətlərin mənşəyini və təhlükəsizliyini təsdiq edən sənədlərin mövcud olmadığı aşkarlanıb. Həmçinin "Santo Mare", "Duyğu", "Şərur", "Regnum" və "Oregano" restoranlarının menyularından "dəvə qutabı"nın çıxarıldığı və artıq bu xidmətin göstərilmədiyi müəyyən edilib. "Antalya" restoranında isə hazırda dəvə ətinin olmadığı, əvvəlki dövrlərdə qəbul edilmiş dəvə ətinə dair müvafiq baytarlıq-müşayiətedici sənədlərin mövcud olduğu məlum olub. Agentlik tərəfindən aparılan təhlillər və statistik rəqəmlər dəvə kəsimi həcminin "dəvə qutabı" adı ilə təqdim olunan məhsulların satış dövriyyəsi ilə uyğunsuzluq təşkil etdiyini göstərir. Yəni, yoxlamalar zamanı müəyyən edilib ki, təqdim olunan qutablar əslində dəvə ətindən deyil, digər növ ət məhsullarından hazırlanıb.

Dəvə əti ilə mal ətinin fərqi nədir?

Maraqlıdır, dəvə ətinin digər növ ət məhsullarından fərqi nədir?

Dəvə ətinin spesifik xüsusiyyətlərindən biri onun dadının şirin olmasıdır. Məhz bu səbəbdən iddia edilir ki, mal ətinə şəkər qatılıb dəvə əti kimi təqdim edilir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssislərinin açıqladığı məlumata görə, dəvə ətinin tərkibi 66-79% su, 20-23% protein, 3.5-4.0% yağ, azotsuz ekstraktiv maddələr və digər bioloji aktiv maddələrdən təşkil olunub. Dəvə əti qidalılıq dəyərinə görə mal ətinə yaxın olsa da, tərkibində yağların, xüsusilə xolesterolun miqdarının nisbətən az olması ilə fərqlənir ki, bu da onun müsbət bioloji xüsusiyyəti kimi qiymətləndirilə bilər. Ətin konsistensiyası möhkəm və şirəli, rəngi tünd qırmızı və ya qəhvəyi-qırmızı çalarlı olub, pH dəyəri 5.7-6.0 arasında dəyişir.

"İstehsalçıdan baytarlıq şəhadətnaməsi tələb edilməlidir"

Qida eksperti Seymur Qafarov deyir ki, ictimai iaşə müəssisələrində əyləşən hər bir istehlakçının hüququdur ki, dəvə qutabı adı ilə təqdim olunan məhsulun həqiqətən də dəvə ətindən hazırlanıb-hazırlanmamasını öyrənsin: "Qanunun tələblərinə uyğun olaraq, heç bir istehsalçı istehlakçını aldatmamalıdır. Ət məhsullarının mənşəyi dəqiq şəkildə təqdim edilməlidir. Həmçinin müəssisələr məhsulun qəbulu zamanı baytarlıq şəhadətnamələri və arayışları əldə etməli, burada heyvanın mənşəyi və laborator analiz nəticələri, təhlükəsizlik parametrləri əks olunmalıdır. İstehlakçının hüququdur ki, dəvə qutabı adı ilə təqdim olunan məhsulun həqiqiliyini tələb etsin. Bunun üçün mütləq satışını həyata keçirən istehsalçıdan və ya müəssisədən baytarlıq şəhadətnaməsini tələb etməlidir. Bu sənəd vasitəsilə ətin mənşəyi haqqında dəqiq məlumat əldə etmək mümkündür".

Mütəxəssis vurğulayır ki, ölkəmizdə dəvə əti bazarı çox geniş deyil. Buna görə də vətəndaşların diqqətsizliyi bəzi müəssisələrin məhsulu dəvə əti adı altında satmasına səbəb olur: "Bu halların qarşısını almaq üçün paketlənmiş dəvə ətləri mütləq etiket məlumatları ilə təqdim edilməlidir. İstehlakçılar bu etiket məlumatlarını diqqətlə yoxlamalıdırlar".

Sağlamlıq üçün təhlükə minimaldır, amma...

Mütəxəssisin sözlərinə görə, əgər menyuda dəvə qutabı qeyd edilib, lakin ətin mənşəyi fərqlidirsə, bu, qida təhlükəsizliyi baxımından birbaşa risk yaratmır: "Belə ki, ət 75°C temperaturda ən azı iki dəqiqə bişdikdə, onun tərkibində ola biləcək bakteriya və digər çirklənmə riskləri aradan qalxır. Bu baxımdan, istehlakçı sağlamlığı üçün təhlükə minimaldır. Lakin bu vəziyyət qida saxtakarlığı kimi qiymətləndirilir və istehlakçının hüquqları pozulur. Bu, qida məhsulunun etik və qanuni tələblərə uyğun təqdim edilməməsi halıdır və ciddi hüquqi məsuliyyət daşıyır".

"Mal ətinin rəngi açıq, dəvə əti tünd olur"

Həmsöhbətimizin ictimai iaşə obyektlərində dəvə qutabını digərlərindən fərqləndirməyin yollarını da bölüşdü: "İstehlakçıların diqqət yetirməli olduğu əsas məqamlar bunlardır: əgər ətin özündə dəvə ətinə xas yağlılıq, spesifik rəng və bişdikdən sonra açıq rəng alma xüsusiyyəti yoxdursa və ya dəvəyə xas qoxu hiss olunmursa, bu, həmin ətin mal əti olduğunu göstərir. Bişmiş qutabın ətini laborator və fizioloji göstəricilərinə görə ayırd etmək mümkündür. Bişdikdən sonra ətin rəngi və qoxusu əsas indikatorlardır. Çiy halda isə ətlərin görüntüsü fərqlidir. Mal əti daha açıq çəhrayı, dəvə əti isə tünd rəngdə olur. Bişdikdən sonra isə dəvə əti açıq rəng alır. Bundan əlavə, ətin yağlılığı da fərqləndirici göstəricidir. İstehlakçı mal ətinə nisbətən dəvə ətinə xas olan yağlılıq və digər xüsusiyyətləri hiss edə bilər. Bu göstəricilər, həm vizual, həm də hissiyyatla məhsulun mənşəyini təyin etməkdə yardımçı olur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Yanvar 2026 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri