Icma.az
close
up
RU
Devid Hokni vəfat edib XX əsrin ən təsirli rəssamlarından biri

Devid Hokni vəfat edib XX əsrin ən təsirli rəssamlarından biri

Icma.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.

Devid Hokni vəfat edib-XX əsrin ən təsirli rəssamlarından biri

XX-XXI əsrlərin incəsənətində ən təsirli şəxslərdən biri hesab olunan britaniyalı rəssam Devid Hokni vəfat edib.

Oxuməni.az “BBC”yə istinadla xəbər verir ki, rəssamın mətbuat katibi Erika Bolton onun ölüm xəbərini yayıb. Hokni bir aydan sonra 89 yaşını qeyd edəcəkdi. Boltonun sözlərinə görə, Hokni "öz evində sakitcə vəfat edib".

Rəssam Böyük Britaniyada doğulub boya-başa çatsa da, həyatının əhəmiyyətli bir hissəsini ABŞ-da keçirib. O, həm Amerika pop-artına, həm də London məktəbinə aid edilir; hər iki istiqamət, bir şəkildə, XX əsrin ortalarında "modadankənar" hesab olunan təsviri incəsənətə qayıdışla bağlıdır.

Hokninin ən məşhur əsəri 1972-ci il tarixli "Rəssamın portreti"dir. Bu əsərdə iki kişi təsvir olunub: biri hovuzda üzür, digəri isə (rəssamın sevgilisi, Piter Şlezinger) onu seyr edir. 2018-ci ildə bu əsər Christie's hərracında 90,3 milyon dollara satılıb: bu, indiyə qədər hərracda satılan, müəllifi satış zamanı sağ olan bir əsər üçün ən yüksək qiymətdir.

Rəssamın digər tanınmış əsərləri arasında "Piter Nikin hovuzundan çıxır" (1966) və "Sıçrayış" (1967) yer alır.

Hokni "yaşayan klassik" reputasiyasına sahib idi; 2025-ci ildə Parisdəki Louis Vuitton Fondunda onun böyük retrospektivi keçirildi ki, bu da bu onilliyin Avropa incəsənət dünyasının ən diqqətəlayiq hadisələrindən biri oldu. Rəssam ömrünün sonuna qədər yeni texnikalar öyrənməyə davam edib, məsələn, 2019-cu ildə o, iPad-da Normandiya mənzərələrini çəkməyə başlayıb.

Hokni həm də incəsənət tədqiqatçısı kimi tanınır: 2001-ci ildə o və fizik Çarlz M. Falko, İntibah dövrü ustalarının əsərlərində kamera-obskura və digər optik cihazlardan istifadə etdikləri barədə hipotez irəli sürdülər – çünki bu cür realizmə başqa cür nail olmaq mümkün deyildi.

Almaz Həsənli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 13 İyun 2026 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see355

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see301

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see274

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see257

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see249

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see244

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see239

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see225

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see219

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see219

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see219

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see196

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see196

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see189

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see188

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see180

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see178

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see178

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see177

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri