Icma.az
close
up
RU
Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biri

Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biri

Icma.az bildirir, Modern.az portalına istinadən.

Mahir Süleymanlı

Milli Məclisin deputatı

1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində gərginlik getdikcə artmağa başladı. O dövrdə regionun yeganə hava limanı strateji əhəmiyyətə malik Xocalı şəhərində yerləşir və bölgənin əsas nəqliyyat yollarının qovşağı idi. Bu səbəbdən Xocalının ələ keçirilməsi Ermənistan silahlı birləşmələrinin hərbi məqsədləri üçün böyük əhəmiyyət kəsb edirdi.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş Sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının zirehli texnikası və canlı qüvvəsinin dəstəyi ilə Xocalıya hücum etmişdir. Hücum zamanı ağır silahlardan istifadə olunmuş, şəhər hər tərəfdən mühasirəyə alınmışdır. Xilas ümidi ilə şəhəri tərk edən sakinlər pusquya salınıb, amansızcasına qətlə yetirilmişdir.

Xocalı şəhərində baş vermiş soyqırımı müharibə cinayətləri tarixində ən dəhşətli faciələrdən biridir. Ermənilərin dinc əhaliyə qarşı törətdiyi bu amansız qətliam yalnız bir millətə qarşı deyil, bütövlükdə insanlığa qarşı yönəlmiş cinayət idi. Bu soyqırımı nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olub. 487 nəfər ağır yaralanıb, 8 ailə tamamilə məhv edilib, 1275 nəfər əsir götürülüb, onlardan 150-nin taleyi naməlum qalıb. 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib.

Faciənin daha bir dəhşətli tərəfi odur ki, dinc əhali, xüsusilə qadınlar və uşaqlar işgəncələrə məruz qalmış, sağ ələ keçənlər isə əsir götürülərək insanlığa yaraşmayan davranışlarla üzləşiblər. Hücum təkcə insan qırğını ilə məhdudlaşmayıb, Xocalı şəhəri tamamilə dağıdılıb, sosial və mədəni obyektlər, eləcə də 3200 fərdi yaşayış evi yerlə-yeksan edilib. 105 sosial-məişət obyekti, 14 məktəb, 21 klub, 29 kitabxana və üç mədəniyyət evi dağıdılıb. Tarixi abidələr, türbələr və qəbiristanlıqlar qəsdən məhv edilib. Bu dağıntılar yalnız maddi deyil, həm də mənəvi irsin silinməsi cəhdi kimi dəyərləndirilir. Xocalı türbələri və qədim qəbiristanlıqların vandallar tərəfindən dağıdılması beynəlxalq hüququn qoruduğu mədəni irsə qarşı cinayətdir.

Soyqırımı anlayışı BMT-nin 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyasında öz əksini tapıb. Bu sənəddə milli, etnik, irqi və dini qrupların məhv edilməsi məqsədilə həyata keçirilən əməllər soyqırımı kimi qiymətləndirilir. Məhz Xocalıda baş verən hadisələr bu tələblərin hamısını özündə birləşdirir. Hücum planlı şəkildə həyata keçirilmiş, məqsəd şəhəri və onun sakinlərini məhv etmək olub.

Xocalı soyqırımı bir çox dövlətlərin parlamentləri və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Bu günə qədər Xocalı hadisələrini rəsmi şəkildə soyqırımı kimi tanıyan ölkələr arasında Bosniya və Herseqovina, Kolumbiya, Meksika, Pakistan, Peru və daha bir çox dövlətlər var. ABŞ-ın 20-dən çox ştatı, o cümlədən Texas, Nyu-Cersi, Massaçusets Xocalı faciəsini rəsmi olaraq tanıyıb.

2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” beynəlxalq kampaniyasına start verilib. Bu kampaniyanın əsas məqsədi Xocalı faciəsi haqqında beynəlxalq ictimaiyyətdə məlumatlılığın artırılması, soyqırımını törədənlərin məsuliyyətə cəlb edilməsi, beynəlxalq təşkilatlarda hüquqi tanınmanın təmin edilməsi, həmçinin Xocalı qurbanlarının xatirəsinin yaşadılmasıdır. Kampaniya çərçivəsində dünyanın müxtəlif şəhərlərində yürüşlər, sərgilər və konfranslar təşkil olunur. Sosial şəbəkələrdə #JusticeForKhojaly həştəqi ilə geniş təbliğat aparılır. Bir çox beynəlxalq media qurumları faciə haqqında məlumatlar yayımlayır.

20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edilib. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılıb.

2020-ci ildə baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində regionda yeni reallıqlar yaranmışdır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı erməni işğalından azad etmişdir. 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirləri nəticəsində şəhər separatçılardan təmizlənmişdir. 2023-cü il oktyabrın 15-də dövlətimizin başçısı tərəfindən Xocalıda Azərbaycan Bayrağının ucaldılması Xocalı qurbanlarının ruhuna ehtiramın bariz nümunəsi olmaqla, eyni zamanda, ədalətin bərpa edilməsi və azadlıq mübarizəsinin uğurlu nəticəsidir.

Xocalı faciəsinin ildönümlərində minlərlə insan “Ana harayı” abidəsini ziyarət edərək şəhidlərin xatirəsini anır. Bu anım mərasimləri təkcə faciənin xatırlanması deyil, həm də sülhə, ədalətə çağırışdır. Xocalı soyqırımının 30-cu ildönümündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən ümumxalq yürüşü faciənin unudulmaması və gələcək nəsillərə çatdırılması üçün atılmış mühüm addımlardan biri oldu. Yürüşdə dövlət rəsmiləri və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə, agentlik və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, müxtəlif siyasi partiyaların nümayəndələri, həmçinin vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edərək birliyin, həmrəyliyin nümunəsini nümayiş etdirdilər.

Belə faciələr bir daha göstərir ki, müharibələrdə ən çox zərər çəkən dinc əhali olur. Buna görə də ədalət uğrunda mübarizə davamlı olaraq aparılmalı, belə hadisələr heç vaxt unudulmamalıdır. Beynəlxalq ictimaiyyət bu cinayətə hüquqi və siyasi qiymət verməli, gələcəkdə bənzər hadisələrin baş verməməsi üçün birgə səylər göstərməlidir. Biz Xocalı soyqırımını dərin hüznlə xatırlayır, qurbanların ruhuna ehtiram göstərir və gələcək nəsillərə belə faciələrin təkrarlanmaması üçün sülh və ədalət çağırışını çatdırırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Fevral 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri