Icma.az
close
up
RU
Devrilmiş lider yüzlərlə insanın ölümünə görə edama məhkum edildi

Devrilmiş lider yüzlərlə insanın ölümünə görə edama məhkum edildi

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Banqladeşdə xüsusi tribunal ölkənin devrilmiş baş naziri Şeyx Hasinanı ötən il yüzlərlə insanın ölümü ilə nəticələnən kütləvi etirazlar zamanı “insanlığa qarşı cinayətlər” törətməkdə təqsirli bilərək edam cəzasına məhkum edib.

"Unikal" xəbər verir ki, bu  barədə Associated Press (AP) məlumat dərc edib. 

Bildirilir ki, eyni iş üzrə sabiq daxili işlər naziri Asaduzzaman Xan da edama məhkum edilib. Üçüncü təqsirləndirilən şəxs, keçmiş polis rəisi isə dövlət şahidi kimi ifadə verib günahını etiraf etdiyi üçün 5 il həbs cəzası alıb.

Paytaxt Dakkada elan olunan hökm canlı yayımlanıb. Hökm ərəfəsində müvəqqəti hökumət təhlükəsizliyi gücləndirərək paytaxtda və ölkənin bir çox bölgəsində sərhəd qoşunları ilə polis qüvvələrini yerləşdirib.

Şeyx Hasinanın rəhbərlik etdiyi Avami Liq partiyası qərara etiraz olaraq ölkə üzrə ümumi tətil elan edib.

Hasina və Xan hazırda Hindistanda sürgündə olduqları üçün məhkəmə prosesinə qiyabi şəkildə cəlb olunublar. Onlar və Avami Liq rəhbərliyi tribunalı “kenguru məhkəməsi” adlandıraraq dövlət tərəfindən təyin olunan vəkili qəbul etmədiklərini bildiriblər.

İttihamlar 2024-cü ilin iyul–avqust aylarında tələbələrin rəhbərlik etdiyi etirazlar zamanı yüzlərlə insanın qətlə yetirilməsi ilə bağlı idi. BMT-nin fevral ayında açıqladığı hesabatda zorakılıqlarda 1 400 nəfərin öldürülə biləcəyi qeyd olunurdu. Müvəqqəti hökumətin səhiyyə müşavirinin məlumatına görə isə 800-dən çox adam ölüb, təxminən 14 000 nəfər yaralanıb.

Gülayə Mecid 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Noyabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri