Icma.az
close
up
RU
Dəyər israfçılığı və ya Səməd Vurğun da büt deyil...

Dəyər israfçılığı və ya Səməd Vurğun da büt deyil...

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Biz elə həyatımızda, məişətimizdə israfçılıqdan çox danışırıq. Təbii və haqlı olaraq, buna qarşıyıq. Eyni və daha ağır nəticələrə səbəb olan israfçılıq da dəyərlərə hücumdur.

İnkarçılıqdan daha pis israfçılıq yoxdur. Bunu cavanlar edəndə də pisdir, yaşlı adamlar edəndə isə daha da pisdir. Heç kim demir ki, Səməd Vurğun tənqid edilə bilməz. Hamı tənqidə - xeyirxah tənqidə açıqdır, açıq olmalıdır. Bu dünyada olan ictimai insanlar da, dünyasını dəyişmiş olanlar da. Ancaq böhtan atmaq, təhqir etmək yaraşan iş deyil. Böhtan, təhqir acizlərin silahıdır. Üstəlik bu silah ən çox öz sahibinə atəş açır.

Əlisa Nicat söhbətinə qoşulmaq istəmirdim. Ən azı ona görə ki, tarixçi alimlər sənədlərlə, faktlarla onun inkarçı fikirlərini, böhtanlarını darmadağın etmişlər. Üstəlik Əlisa Nicatın üslubu bu müsahibədə o qədər aşağı səviyyəddir ki, cavab verməyə də dəymir bir mənada. Belə baxanda Aydın Canın yazısı ən adekvat cavabdır. Çünki Aydın Canın yazısından bəlli oldu ki, Əlisa Nicat şüşə evdə oturub, başqasının pəncərəsini daşlayır. Bunun da nəticəsi məlumdur.

Məşhur yumorist Mixail Jvanetskinin bir sözü var: "Deyirlər, müdriklik yaşla gəlir. Amma bir də görürsən, yaş gəlib çıxıb, ancaq müdriklik yox".

Əlisa Nicatın müsahibəsində Səməd Vurğunla bağlı dedikləri, bax, budur. Qocalmaq hələ öz fövqünə, dünyanın fövqünə ucalmaq deyil. Təhqir kimi çıxmasın: o qədər qocalıb kiçilən var ki! Başqa cür də ifadə etmək olardı, tərbiyəm imka vermir.

Səməd Vurğun büt deyil. Heç kim müqəddəs deyil. Həyatda hər kəsin yanlışı da, doğrusu da var. Doğru olan məhz insanları yanlışı ilə də qəbul etməkdir. Ancaq Səməd Vurğunun heç Əlisa Nicat deyən formada yanlışı da yoxdur. Sovet dövründə yaşayıb-yaratmaq yanlışdırsa, onda bəs Orta çağlarda yaşayanlara nə deyək?!

Bir də ki niyə biz keçmişl yaşamağa bu qədər aludə olmuşuq?! Gələcəyə dair bir fikrimiz, bir təklifimiz olmayanda, başlayərıq, Şah İsmayıl elə gəldi, Səməd Vurğun belə getdi. Məncə, bu, yaradıcılıq, yeni söz, fikir qısırlığından doğur. Başqa bir izahı varsa, deyin. Gələcəyə dair fikir söyləmək məsuliyyət yaradır. Ona görə çox adam keçmişə sığınıb, tarixin, çox zaman da uydurma söyləntilərin, qurama "fakt"ların kölgəsində yaşayır. Və başlayır öz kölgəsi olanları qılınclamağa...

Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Fevral 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri