Icma.az
close
up
RU
“Deyirlər ki, “biz çıxmışıq, Yasin işləyir”, onları incidib çıxarıblar, mən nə edim?” FOTO+ÖZƏL

“Deyirlər ki, “biz çıxmışıq, Yasin işləyir”, onları incidib çıxarıblar, mən nə edim?” FOTO+ÖZƏL

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

“Dəli yığıncağı”, “Kod adı V.X.A”, tamaşalarında oynayıram. Hazırda da “Hacı Qara” əsərini məşq edirik. Demək olar ki, gündəlik məşqlərimiz var. Bu tamaşa bizdə əvvəllər də olub. Hacı Qaranı 10 il Atabala Səfərov, sonra mən oynadım. Rəhmətə gedənlər, teatrdan çıxanlar çox oldu. Bəhram Osmanov 2 dəfə bu tamaşanı hazırlayıb, indi isə Cənnət Səlimova hazırlayır. Hacı Qara obrazını da Şövqü Hüseynov oynayacaq. Bu klassikadır. Klassikaya gərək hər dəfə qayıdasan. Hər rejissorun özünün yozumu var. İndi ola bilsin ki, Cənnət xanım bu tamaşanı tamam başqa bir səpkidə hazırlayacaq”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Yasin Qarayev deyib. O daha sonra əlavə edib:


“Teaatrda tam ştatda çalışıram. Bundan əvvəlki direktor doğum günümdə məni yarımştata keçirtmişdi. Naidə xanım gələn kimi yenidən tam ştata keçirtdi. 3-cü rübdə götürüləcək tamaşa üçün artıq rejissor mənə rol da verib. “Evlənmə” tamaşasında rol alacam. Ola bilsin ki, haqqımda deyirlər ki, “biz çıxmışıq, o işləyir”. Desinlər də. Onları incidib çıxarıblar, mən isə işləyirəm. Təkliflər edirəm, bədii sovetdə varam, məşqlərdə iştirak edirəm, öz fikrimi sosial şəbəkələrdə yazıram. Mən onlardan heç incimirəm. Teatrımızdan çıxan aktyor və aktrisaların sağlamlıqlarında böyük problemlər var. İlham Əsədov gedib hamısına baş çəkir, bayramlarda və ad günlərində təbrik edir. Ondan da soruşuram ki, necədirlər ki? Deyir ki, səhhətləri yaxşı deyil. Mən nə etməliyəm? Həmişə Sona Babayevanın, Məsumə Babayevanın təəssüfünü çəkmişəm.. Onlar fəxri ada layiq aktrisalardır. Bir alın yazısı, şans deyilən mövhum var. Deməli onların şansı gətirmədi. 51 ildir işləyirəm, hər birinin qabiliyyətinə bələdəm. Məsumə xanım uşaq və oğlan rolları, Sona xanım isə xarakterik rollar oynayıb. Sona Babayeva Rza Təhmasibin tələbəsi olub, Tariyel Qasımovla, Şahmar Ələkbərovla birgə oxuyub. Biri var ki, mənim tələbəm olsun, biri də var ki, Ədil İsgəndərovun, Mehdi Məmmədovun tələbəsi olsunlar. Onların əlindən çıxan tələbələr ayrıdır. Mən heç bir müəllimi aşağılamaq istəmirəm. Vaxt gələcək onlar da yetişəcək. Sənətdə yetişmək üçün zaman lazımdır. 2-3 ilə aktyor olmur.

Yavaş-yavaş təcrübə toplayır, peşəkarlaşır” deyə sənətkar bildirib.


Xalq artisti yaş senzinin teatra aid edilməsini doğru hal saymır:


“Yaş senzini bilmirəm araya kim saldı? Bu qanun dövlət başçısı tərəfindən olmayıb. Dəfələrlə demişəm, yenə də deyirəm. Qanunlarımız Milli Məclisdə müzakirə olunur, orada ələkdən keçir. Milli Məclis üzvlərinin 7-8-i ilə danışmışam, onlar da bildiriblər ki, yaş senzi ilə bağlı biz heç bir məsələni qaldırmamışıq” deyə o bildirib.


Yasin Qarayev gənc rejissor Suada Quliyevanın Məhsəti Gəncəvi haqda çəkdiyi filmdən də danışıb:


“75-80-ci illərdə bizim teatrda “Rübailər aləmi” adlı tamaşa var idi. Məhsəti rolunu Firəngiz Şərifova oynayırdı. Firəngiz böyük aktrisa idi və Məhsətinin səsi ilə “Bu dünya qızıl bir kuzəyə bənzər” adlı rübaisini deyirdi.

O indi də mənim xatirimdədir. Məhsətini danmaq olmaz. Məhsəti dövründə kim yaşayıb ki, onun əxlaqından danışsın? Mən həmin filmi görməmişəm və görmədiyim ekran işi haqqında da fikir söyləmək düzgün deyil.

Amma Məhsətinin əxlaqına zərər gətirən nəsə varsa demək ki, düzgün etməyiblər” deyə sənətkar bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Dekabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see226

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see220

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see219

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see213

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see196

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see192

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see192

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see181

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see179

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see175

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see168

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see168

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see164

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see160

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see155

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see147

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see143

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri