Icma.az
close
up
RU
Müstəqil Azərbaycanın güclü gəncliyi

Müstəqil Azərbaycanın güclü gəncliyi

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan gəncliyi dövlətin strateji inkişaf prioritetlərində mühüm yer tutan əsas ictimai təbəqələrdən biridir. Gənclər ölkənin sosial-iqtisadi inkişafında, milli maraqların qorunmasında, elmi və mədəni potensialın formalaşmasında fəal rol oynayırlar. Məhz bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Bu siyasətin mühüm təzahürlərindən biri kimi 2 Fevral tarixi ölkəmizdə Gənclər Günü kimi qeyd olunur.

2 Fevral – Gənclər Gününün təsis olunması 1996-cı il fevralın 2-də keçirilmiş Azərbaycan Gənclərinin I Forumunun nəticəsidir. Həmin forumda gənclərin üzləşdiyi məsələlər, onların cəmiyyət həyatında iştirakı, hüquqları və vəzifələri, eləcə də gələcək inkişaf perspektivləri ətraflı şəkildə müzakirə edilmişdir. Forumun əhəmiyyətini nəzərə alan Ümummilli Lider Heydər Əliyevin müvafiq sərəncamı ilə bu tarix Gənclər Günü elan olunmuşdur. Bu qərar dövlətin gənclərə göstərdiyi diqqət və qayğının hüquqi əsasını formalaşdırmışdır.

Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, elmi, mədəni və idman həyatında daim fəallıq nümayiş etdirmişdir. Gənclərin intellektual potensialının artırılması, onların müasir bilik və bacarıqlara yiyələnməsi məqsədilə dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Təhsil sahəsində aparılan islahatlar, məşğulluq proqramları, sosial müdafiə mexanizmləri və gənclərin təşəbbüslərinin dəstəklənməsi bu siyasətin əsas istiqamətlərini təşkil edir. Bu tədbirlər gənclərin sağlam düşüncəli, məsuliyyətli və vətənpərvər ruhda formalaşmasına şərait yaradır.

Müstəqil Azərbaycanın davamlı inkişafında gənclərin rolu xüsusilə nəzərəçarpandır. Son illərdə gənclərimiz beynəlxalq səviyyədə keçirilən elmi, idman və mədəni tədbirlərdə ölkəmizi uğurla təmsil etmiş, müxtəlif sahələr üzrə mühüm nailiyyətlər əldə etmişlər. Dövlət proqramları, gənclər təşkilatları və institusional mexanizmlər gənclərin potensialından səmərəli istifadə olunmasına imkan yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət gənclərin dövlət idarəçiliyində, ictimai həyatda və prioritet sahələrdə fəal iştirakını təmin etmişdir.

Azərbaycan gəncliyi eyni zamanda yüksək vətənpərvərlik mövqeyi ilə seçilir. Xüsusilə Vətən müharibəsi dövründə gənclərin göstərdiyi fədakarlıq, nizam-intizam və vətənə sədaqət ölkəmizin hərbi və mənəvi gücünün göstəricisi olmuşdur. Bu dövrdə gənclər öz bilik və bacarıqlarını dövlətin və xalqın maraqları naminə səfərbər etmiş, tarixi Zəfərin əldə olunmasında mühüm rol oynamışlar.

2 Fevral – Gənclər Günü gənclərin cəmiyyətdəki yerinin və rolunun dəyərləndirilməsi, onların potensialının dəstəklənməsi baxımından əhəmiyyətli tarixdir. Bu gün gənclərlə bağlı dövlət siyasətinin nəticələrinin ümumiləşdirilməsi, yeni hədəflərin müəyyən edilməsi üçün mühüm platforma rolunu oynayır.

Nəticə etibarilə, güclü və dayanıqlı dövlətin formalaşması bilikli, məsuliyyətli və fəal gəncliyin mövcudluğundan asılıdır. Azərbaycan gəncliyi dövlətçilik dəyərlərinə sadiqliyi, peşəkarlığı və təşəbbüskarlığı ilə ölkəmizin gələcək inkişafının əsas təminatçısıdır. 2 Fevral – Azərbaycan Gəncləri Günü bu strateji baxışın və dövlət-gənclik birliyinin rəmzidir.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Fevral 2026 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see346

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see290

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see282

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see279

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see265

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see262

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see256

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see255

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see235

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see227

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see218

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see210

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see206

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see206

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see205

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see202

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see202

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see194

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see189

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri