Icma.az
close
up
RU
Dəyirmanda fəhlə işləyən, həbs edilən Xalq artisti Muxtar Avşarovun doğum günüdür

Dəyirmanda fəhlə işləyən, həbs edilən Xalq artisti Muxtar Avşarovun doğum günüdür

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının Xalq artisti Muxtar Avşarovun doğum günüdür.

Oxu.Az xatırladır ki, Muxtar Avşarov 1914-cü il fevralın 15-də İrəvan şəhərində anadan olub.

1918-ci ildə ermənilərin apardıqları soyqırımı siyasəti nəticəsində ailə üzvləri ilə Türkiyəyə gələn aktyor orada çox qala bilmədiyi üçün Bakıya, daha sonra Gəncəyə köçüb.

1922-ci ildə Gəncədəki Dəmiryolu məktəbində oxuyan Muxtar Avşarov IX sinfi bitirdikdən sonra babasının təşəbbüsü ilə Bakıya gələrək sənət məktəbində təhsil almağa başlayıb. Hələ məktəbli vaxtlarından incəsənətə, teatra olan həvəs onu rahat buraxmadığından boş vaxtlarında Dəmiryolçuların Mədəniyyət evində fəaliyyət göstərən Ağasəlim Manaflının dram dərnəyində aktyor kimi səhnəyə çıxıb. Çox keçmir ki, həmin dərnəyə görkəmli aktyor Ülvi Rəcəb rəhbərlik etməyə başlayır və ilk olaraq Aleksandr Şirvanzadənin "Namus" pyesini tamaşaya qoyur. M. Avşarov ilk teatr təhsilini elə bu böyük sənətkardan alıb. Pyesdəki Sumbat rolu Muxtar Avşarova tapşırılıb.

1933-cü ildə sənət məktəbini bitirib, Gəncəyə qayıdan M.Avşarov Gəncə paravoz deposunda maşinist köməkçisi işləməklə yanaşı, Dəmiryolçuların Gənc Tamaşaçılar teatrında aktyor kimi fəaliyyətini davam etdirib. O, Həbib İsmayılov və Rza Sarabski kimi rejissorların hazırladıqları bir neçə tamaşada baş rolları ifa edib.

1936-cı ildə yeni yaranmış siyasi şöbə tərəfindən Moskvaya iki aylıq mədəni-maarif kursuna göndərilmiş və oranı bitirdikdən sonra Gəncə şəhər Mədəniyyət Evində kütləvi işçi vəzifəsinə təyin edilib. Bir müddətdən sonra onu Gəncə Dövlət Dram Teatrına dəvət ediblər. Cəlil Məmmədquluzadənin "Ölülər" əsərində Hacı Kazım rolunda ilk dəfə peşəkar səhnəyə çıxan M.Avşarov sonralar Səməd Vurğunun "Vaqif" pyesində Zülfüqar, Cəfər Cabbarlının "Nəsrəddin şah", "Yaşar", "1905-ci ildə", "Almaz" əsərlərində səhnə alıb.

Böyük Vətən müharibəsi başlanandan üç gün sonra, o, ictimai yerlərdə Gəncənin adının dəyişdirilərək "Kirovabad" qoyulmasına və Gəncə teatrına Beriyanın adının verilməsinə etiraz etdiyi əsas gətirilərək həbs edilib. Beş il həbsdə yatan M.Avşarov nəhayət yazdığı ərizələrin müqabilində vaxtından beş il əvvəl azadlığa buraxılıb. Onun qayıdışı ilə Gəncə teatrı Süleyman Sani Axundovun "Eşq və intiqam" əsərini tamaşaya qoyub və əsas rolu oynamaq ona tapşırılıb. Tamaşanın ertəsi günü onu yenidən teatrdan azad ediblər. Əmr belə idi ki, M. Avşarov ictimai yerlərdə, ictimaiyyət arasında olmamalıdır.

Bir müddət işsiz qaldığı üçün dəyirmanda fəhlə işləyən aktyor nəhayət Stalinin ölümündən sonra yenidən Gəncə teatrında fəaliyyətni davam etdirib.

O, Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrındakı uğurlu çıxışlarına görə 1960-cı ildə Respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb.

1968-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilən sənətkar, 1990-cı ilin sonlarınadək burada çalışıb, yüzlərlə tamaşada müxtəlif xarakterli obrazlar yaradıb.

"Azərbaycanfilm" kinostudiyasında Hüseyn Seyidzadənin "Dəli Kür" filminin çəkilişləri başlayan ərəfədə Muxtar Avşarova o qədər də böyük olmayan bir rol həvalə olunub. Bu filmdəki rolun uğurlu alınması onun kino fəaliyyətini artırıb və bundan sonra "Atları yəhərləyin" filminin çəkilişləri başlayıb. Burada İran kəndxudası obrazını yaradan Muxtar Avşarov xarakterik bir aktyor oyunu göstərib.

M.Avşarov 1989-cu ildə "yenidənqurma" dövrünün qərarlarına uyğun olaraq "60 yaşından yuxarı olan adamlar işdən azad olunmalıdır" qərarı ilə işdən çıxarılıb.

1992-ci ildə Xalq artisti Amaliya Pənahova özünün Bakı Bələdiyyə Teatrını yaradıb və qocaman aktyor Muxtar Avşarovu həmin teatra dəvət edib. Teatrda işlədiyi müddətdə "Nadir şah" (Nəriman Nərimanov), "Dönüş" (Cəfər Cabbarlı) və bir çox tamaşalarda maraqlı, rəngarəng obrazlar qalereyası yaradıb. 1996-cı ildə Mədəniyyət Fondu nəzdində "Sönməyən ulduzlar" teatrı fəaliyyətə başlayıb və bu teatrda rejissor işləyən Məmmədkamal Kazımov M.Avşarovu həmin teatra dəvət edib. "Solğun çiçəklər" (Cəfər Cabbarlı) pyesindəki Əbdül əmi rolu ona həvalə olunub.

Ömrünün sonlarına doğru onun görmə qabiliyyəti zəifləyib. Belə ağır vaxtlarda yenə də onu yeni rollara dəvət edirdilər. Görkəmli kinorejissor Vaqif Mustafayev Muxtar Avşarovu çəkiliş meydançasına dəvət edib, aktyor yalnız ayaq addımlarını saymaqla filmə çəkilib.

2002-ci il oktyabrın 2-də Muxtar Avşarov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, elə həmin ilin noyabrın 7-də isə Bakı Bələdiyyə Teatrının on illik yubileyi ilə əlaqədar olaraq, Xalq artisti fəxri adına layiq görülüb.

2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

2004-cü ilin dekabr ayında Muxtar Həsən oğlu Avşarov dünyasını dəyişib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Fevral 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri