Icma.az
close
up
RU
Dəyişikliklər sahibkarlığın inkişafına dəstək və iqtisadiyyatın şəffaflaşdırılmasının stimullaşdırılması məqsədi daşıyır RƏY

Dəyişikliklər sahibkarlığın inkişafına dəstək və iqtisadiyyatın şəffaflaşdırılmasının stimullaşdırılması məqsədi daşıyır RƏY

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Gəlirlərdən verginin ödənilməsi beynəlxalq praktikada mövcuddur və bu, yenilik deyil. Bizim dövlət müstəqilliyimiz möhkəmləndikcə hüquqi cəmiyyətin də dərinləşməsi məsələləri öz həllini tapmalıdır. Əslində, qanunlarda bu məsələlər öz əksini tapıb, praktikada tətbiq edilməsi isə, sadəcə, bizim qanunlara tam şəkildə uyğunlaşmadığından böyük bir yenilik və problem kimi qəbul edirik”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.

Azər Badamov bildirib ki, kirayə verilən mənzillərdən əldə olunan gəlirlərin vergiyə cəlb olunması Vergi Məcəlləsində nəzərdə tutulmuş məsələdir: “Yeni dəyişikliklərdə isə fiziki şəxslərin mənzil kirayə verməsindən əldə olunan gəlirlərin optimallaşdırılması nəzərdə tutulur. Belə ki, mövcud qanunvericilikdə fiziki şəxslərin mənzil kirayə verilməsindən əldə olunan gəlirdən 14% verginin ödənilməsi nəzərdə tutulurdusa, yeni dəyişikliklərdə bu hədd 10%-ə endirilir. Bu isə fiziki şəxslərin daha az ödəniş etməsi deməkdir”.

Deputatın fikrincə, cəmiyyətdə bununla bağlı yaranmış narahatlıq bizim vergi ödəmək təcrübəsinə malik olmamağımızdan irəli gəlir: “Lakin biz unutmamalıyıq ki, ödədiyimiz vergilər ölkədə sosial-iqtisadi siyasətin daha uğurla həyata keçirilməsinə imkan yaradır. Nəzərə almalıyıq ki, neft-qaz resursları əbədi deyil. O cümlədən son illər neft hasilatında azalmaların baş verdiyinə də diqqət etməliyik. Neftin qlobal bazarlarda qiymətləri də sabit deyil. Bu baxımdan ölkənin dövlət büdcəsinin qeyri-neft sektoru üzərində inkişaf etdirilməsinin prioritet olduğunu anlamalıyıq”.

Azər Badamov qeyd edib ki, Vergi Məcəlləsinə təklif olunmuş digər dəyişikliklər vergi dərəcələrinin optimallaşdırılmasına və sahibkarlıq subyektlərin fəaliyyətinin şəffaflaşmasına dəstək kimi qiymətləndirilməlidir: “2016-cı ildən sonra malların qiymətlərinin, xidmətlərin, əhalinin pul gəlirlərinin artmasına baxmayaraq sadələşdirilmiş vergi ödəyiciləri üçün müəyyən olunmuş limit həddi 12 ayın istənilən dövrü üçün 200 min manat olaraq qalmaqda idi. İndi isə bu limitin 2 dəfə artırılaraq 400 min manata çatdırılması nəzərdə tutulur ki, bu da kiçik və orta sahibkarlıq subyektlərini vergidən yayınmaqdan çəkindirməyə və şəffaflığın artmasına xidmət edəcək.

Digər məsələ ictimai iaşə fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərində 2026-cı ilin 1 yanvarından 3 il müddətinə ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən onların nağdsız dövriyyəsinin 50%-nin ƏDV tutulan ümumi dövriyyədən çıxılması, sadələşdirilmiş vergi dərəcəsinin isə 8%-dən 6%-ə endirilməsi ilə bağlıdır. Təbii ki, bu dəyişikliklərin məqsədi sahibkarlığın inkişafına dəstək və iqtisadiyyatın şəffaflaşdırılmasının stimullaşdırılmasıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 Noyabr 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see314

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see201

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see172

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see159

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see150

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see148

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see146

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see145

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see142

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see139

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see134

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

20 Dekabr 2025 19:01see133

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see132

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see132

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri