DGK: Gömrük gəlirlərinin toplanması istiqamətində yeni mexanizm hazırlanıb
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dövlət Gömrük Komitəsi (DGK) gəlirlərin toplanması istiqamətində elektron bildiriş sistemi və təminat əsasında malların buraxılış mexanizmini hazırlayıb.
"Report" xəbər verir ki, bunu DGK-nın sədri Şahin Bağırov bu gün Bakıda keçirilən Gömrük-Biznes Forumunda bildirib.
"Gəlirlərin toplanması istiqamətində beynəlxalq standartlara uyğun olaraq metodik vəsait, elektron bildiriş sistemi və təminat əsasında malların buraxılış mexanizmi hazırlanıb", - o vurğulayıb.
Ş. Bağırovun sözlərinə görə, toplama, gömrük rüsumları və vergiləri 2023-cü ilin dövlət bücəsinin 18 %-ni, ÜDM-nin 5,2 %-ni təşkil edib: "Büdcə daxilolmaları üzrə gömrük gəlirlərində 2023-cü ildə 2022-cü illə müqayisədə 12,4 % artım müşahidə olunub".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 17 Dekabr 2024 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















