Icma.az
close
up
RU
DİA ilə Gürcüstanın Dövlət İdarəçilik Məktəbi arasında memorandum imzalanıb AZƏRTAC

DİA ilə Gürcüstanın Dövlət İdarəçilik Məktəbi arasında memorandum imzalanıb AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 25 noyabr, AZƏRTAC

Noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Gürcüstanın Zurab Jvaniya adına Dövlət İdarəçilik Məktəbi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandum çərçivəsində təhsil, tədqiqat sahəsində birgə əməkdaşlıq və təcrübə mübadiləsi həyata keçiriləcək. Bu məqsədlə tərəflər elmi sahədə mütəxəssislərin hazırlanması istiqamətində əlaqələri genişləndirəcək, birgə tədqiqat layihələri hazırlayacaq və əhəmiyyət kəsb edən mövzular üzrə forum, simpozium, konfrans və ekspert görüşləri keçirəcəklər.

Sənədi DİA-nın rektoru akademik Urxan Ələkbərov və Z.Jvaniya adına Dövlət İdarəçilik Məktəbinin direktoru Ketevan Jakeli imzalayıblar.

Dövlət İdarəçilik Akademiyasının rektoru çıxışında Azərbaycanda qazanılan uğurların təməlində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasının olduğunu xüsusi vurğulayıb. Akademik bildirib ki, Azərbaycanın hazırkı davamlı inklüziv inkişafı dövlət idarəçiliyi sahəsində aparılan ardıcıl uğurlu islahatların nəticəsidir.

Rektor Urxan Ələkbərov Azərbaycan ilə Gürcüstanın mehriban qonşuluq və dostluq, strateji tərəfdaşlıq münasibətlərini qeyd edərək, imzalanan sənədlə iki ali təhsil müəssisəsi arasında da əlaqələrin genişlənəcəyinə əminliyini ifadə edib.

Zurab Jvaniya adına Dövlət İdarəçilik Məktəbinin direktoru Ketevan Jakeli Azərbaycanın regionda dinamik templə inkişaf etdiyini və hər dəfə ölkəyə səfər edən zaman bu inkişafın şahidi olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan Gürcüstan üçün vacib dövlətdir və ali təhsil müəssisələri arasında imzalanmış müvafiq sənəd təhsil sahəsində əlaqələrə töhfə verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Noyabr 2024 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri