“Difai” Albaniya klubuna futbolçu verdi, pul almadı bu elita 1 ci liqamızla eyni səviyyədədi...
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Daha bir azərbaycanlı futbolçu legioner həyatı yaşayacaq. Söhbət Bayraməli Qurbanovdan gedir. “Difai”dən ayrılan futbolçu Albaniyanın 3-cü liqasında mübarizə aparan “Besölica” klubuna keçib.
Bu transfer kimə nə qazandıracaq? “Difai” Albaniya 2-ci liqası kimi qeyd edib, amma vurğulamayıb ki, 3-cü səviyyəli liqadı. Maşallah olsun, artıq klublar da saxta informasiyadan istifadə edirlər.
Ordan başlayaq ki, Albaniyanın əsas liqası bizim 1-ci liqa səviyyəmizdədi. Bu məsələ müzakirəyə bağlıdı. Üç mövsüm əvvəl elitada bombardir olan Redon Cica “Qarabağ”da heyətə düşə bilmirdi. Bayraməli isə həmin ölkənin ikinci yox, üçüncü liqasına gedib. Albaniyanın 3-cü liqasındakı mübarizə səviyyəsi bizim 2-ci liqadakından nə qədər yüksək olar, demək çətindi. Çünki izləməmişik.
Amma nəyə lazımdı? Aydın məsələdi ki, Albaniyada heç kim 1-ci liqamızı izləyib, futbolçu bəyənməyib. Birbaşa agent işidi. Amma Bayraməli bu transferlə irəli yox, geri getdi. Albaniya 3-cü liqasında çıxış edən futbolçunu ən yaxşı halda bu ölkənin elitasından hansısa klub bəyənə bilər. Ordan o tərəfi yoxdu. Düzdü, Bayraməlinin yaşı çox deyil. Amma potensialı necədi - bilmirik. Çünki səsi-sorağı gəlməyib. Məsələn, Şahin Şahniyarov da 1-ci liqada oynayırdı, amma bilirdik ki, belə futbolçu var. Seyxan Fərəcovu, Abbas Ağazadəni 1-ci liqadan tanımışıq. Heç bir aşağı yaş qrupu üzrə yığmada da Bayraməlinin adı yoxdu.
23 yaşlı futbolçun sağ cinah vingeridi. Mərkəzdə də oynaya bilir. “Transfermarkt” dəyəri isə göstərilmir. “Football Art Agency” şirkəti ilə əməkdaşlıq edən Bayraməli bu mövsüm elitada oynamasa da, elita təmsilçisinə qol vurmağı bacarıb. Belə ki, “Sumqayıt”a 1:3 uduzduqları oyunda yeganə qolun müəllifi məhz o olub.
Bayraməli “Səbail” akademiyasının yetirməsidi. 2022/23 mövsümündə “Araz-Naxçıvan”a transfer olunsa da, “Difai”yə icarəyə verildi. İcarə müddəti bitəndən sonra bir mövsüm Naxçıvan təmsilçisində oynayan Bayraməli daha çox əvəzedici komanda ilə oyunlarda meydanda olub. Bu mövsüm - yayda isə “Difai” futbolçunu transfer edib.
Maraqlı məqam odu ki, “transfermarkt” futbolçunun Albaniya klubuna havayı keçdiyini iddia edir. Klub prezidenti Asəf Məlikovla əlaqə saxladıq, o da bu məqamı təsdiqlədi. Səbəb kimi isə gənc futbolçunun karyerasının daha önəmli olduğunu vurğuladı.
Təki ən azı özü üçün uğurlu olsun, amma Albaniyaya, Qırğızıstana getməklə nəyəsə nail olmaq çətindi, bəlkə də mümkünsüzdü…
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 17 Yanvar 2026 23:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















