Icma.az
close
up
RU
Digər çörəklər də bahalaşacaq AÇIQLAMA

Digər çörəklər də bahalaşacaq AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bəzi çörək növlərinin, xüsusilə “baton” çörəklərinin qiymətində artım müşahidə olunur. Bu bahalaşma fonunda sual yaranır. Yaxın dövrdə “zavod çörəyi” və ya təndir çörəyinin qiymətində də artım ola bilərmi? 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, çörəyin qiyməti rəsmi olaraq dövlət tərəfindən tənzimlənmir:
“Lakin faktiki vəziyyət onu göstərir ki, zavod çörəkləri üzərində hökumətin ciddi nəzarəti mövcuddur. Hətta un bahalaşdığı hallarda belə istehsalçılara qiymət artımına yol verməmək üçün tədbirlər həyata keçirilir. Bu səbəbdən zavod çörəyi istehsalçıları demək olar ki, rentabellik həddindən kənarda fəaliyyət göstərirlər. Digər çörək növlərinə baxdıqda isə artıq 1 manat 50 qəpik və daha yüksək qiymətə satılan çörəklər mövcuddur. Zavod çörəkləri isə “sosial çörək” hesab edildiyi üçün bu sahədə nəzarət və təzyiq daha sərtdir. Hökumət zavod çörəkləri üzərində qiymət təzyiqindən imtina etməlidir. Dövlətin əsas vəzifəsi istehsalçıları stimullaşdırmaqdır. Bunun üçün vergilərin azaldılması, un və buğda idxalında gömrük rüsumlarının ləğvi və digər dəstək mexanizmlərinin tətbiqi daha doğru yanaşma olardı”.
O deyib ki, hazırkı şəraitdə dünya bazarında buğda və unun qiymətinin artdığı vəziyyətdə çörəyin bahalaşması qaçılmazdır:
“Qiymət artımı 10-20 qəpik səviyyəsində də ola bilər. Hazırda əsas diqqət zavod çörəklərinə yönəlib və aparılan siyasət uzunmüddətli perspektivdə doğru hesab edilmir. Qiymətlərin aşağı saxlanılması inzibati təzyiq yolu ilə deyil, iqtisadi alətlər vasitəsilə təmin edilməlidir. Əks halda, bir gün zavodlar istehsalı dayandıraraq qiyməti sərbəst olan digər çörək növlərinə yönələ bilərlər. Zavod çörəyinin qiymətinə təsir göstərən bir sıra amillər mövcuddur. Bunlardan biri supermarketlərin çörəyin rəflərdə yerləşdirilməsi (taxça pulu) üçün istehsalçılardan ödəniş tələb etməsidir. Bu əlavə xərclər birbaşa olaraq çörəyin maya dəyərini artırır. Digər və daha ciddi səbəblərdən biri isə zavod çörəyi daşıyan nəqliyyat vasitələrinə DYP tərəfindən tətbiq olunan cərimələrdir. Məndə olan məlumatlara görə, bu maşınlar ay ərzində 2-3 min manat civarında cərimə ödəmək məcburiyyətində qalırlar. Bütün bu xərclər istehsalçıların üzərində əlavə yük yaradır və qiymət artımına təzyiq göstərir”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Fevral 2026 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see549

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see198

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see180

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see179

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see170

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see169

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see165

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see165

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see164

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see164

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see162

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see162

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see161

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see160

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see159

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see159

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see159

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see159

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see159

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri