Icma.az
close
up
RU
Dil: Millətin, dövlətin var olma instinkti Şərh

Dil: Millətin, dövlətin var olma instinkti Şərh

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

“Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində səsləndirdiyi fikirlər təkcə dil məsələsinə dair emosional çağırış deyil, uzunmüddətli dövlətçilik strategiyasının konseptual çərçivəsidir. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan üçün dil məsələsi mədəni detal yox, milli təhlükəsizlik, milli kimlik və dövlətin gələcəyi ilə birbaşa bağlı olan strateji məsələdir”.

Bunu Ölkə.az-a açqılamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

Deputat deyib ki, Prezidentin vurğuladığı kimi, dil bayraq, gerb və himn kimi dövlətçiliyin əsas atributlarından biridir: “Hətta müəyyən mənada birincisidir. Çünki dil olmadan nə bayrağın mənası dərk olunur, nə himnin ruhu yaşadılır, nə də gerbin simvolikası cəmiyyət tərəfindən mənimsənilir. Dil insanları birləşdirən əsas mexanizmdir və siyasi sərhədlərdən asılı olmayaraq milli birliyi təmin edən ən güclü faktordur.

Azərbaycan xalqının tarixi bu baxımdan unikal nümunədir. Əsrlər boyu müxtəlif imperiyaların tərkibində yaşamış, müstəmləkəçilik şəraitində mövcudluğunu qorumuş bir xalqın ana dilini itirməməsi milli müqavimətin ən bariz göstəricisidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün danışdığımız Azərbaycan dili ulu babalarımızın danışdığı dildən mahiyyət etibarilə fərqlənmir. Bu, xalqın böyüklüyünün və milli şüurun davamlılığının göstəricisidir”.

Müstəmləkəçilik irsi və dilə yönələn təhlükə

Deputat əlavə edib ki, Prezident çıxışında çox mühüm bir psixoloji məqama toxunur: “Müstəmləkəçilik yalnız siyasi və iqtisadi təsir deyil, həm də psixoloji mirasdır. “Bu miras bəzən dilə münasibətdə özünü göstərir. Xarici dillərin əsassız şəkildə üstün tutulması, yad leksikanın süni formada gündəlik danışığa daxil edilməsi milli özgüvənin zəifləməsinin təzahürüdür.
Burada təhlükə ani və kəskin deyil. Prezidentin ifadə etdiyi kimi, bu proses “damcı-damcı” baş verir. Dilin yavaş-yavaş deformasiyası milli kimliyin sarsılmasına, milli kimliyin sarsılması isə dövlətçiliyin zəifləməsinə gətirib çıxara bilər. Bu baxımdan dil məsələsi yalnız mədəniyyət siyasətinin yox, milli təhlükəsizlik strategiyasının tərkib hissəsidir.

Xarici sözlər problemi: zənginləşmə yox, aşınma
Çıxışda xüsusi vurğulanan məsələlərdən biri də xarici sözlərin nəzarətsiz şəkildə istifadəsidir. Prezident açıq şəkildə bildirir ki, əsassız şəkildə işlədilən xarici kəlmələr dili zənginləşdirmir və onları işlədən insanı daha savadlı etmir. Əksinə, bu tendensiya milli kimliyi zəiflədir və dilin daxili harmoniyasını pozur.

Burada incə balans qorunur: çox dil bilmək təşviq edilir, lakin dillərin funksional ayrımı tələb olunur. Xarici dillər beynəlxalq ünsiyyət, elm və diplomatiya üçün lazımdır. Azərbaycan dili isə milli düşüncənin, milli təfəkkürün və milli yaddaşın daşıyıcısıdır.

Böyük xalq, böyük dil konsepsiyası
Prezidentin çıxışında mühüm strateji tezislərdən biri də “böyük xalq-böyük dil” anlayışıdır. Dünyada 50 milyondan çox azərbaycanlının yaşaması Azərbaycan dilini regional yox, qlobal miqyaslı milli dilə çevirir. Bu reallıq dilə münasibətdə kompleks və məsuliyyətli yanaşma tələb edir.
Dil heç bir başqa dilin kölgəsində qala bilməz. Azərbaycan dilinin zənginliyi, melodikliyi və ifadə imkanları onun bütün sahələrdə. xüsusən də ədəbiyyatda, elmdə, mediada, texnologiyada tamhüquqlu istifadə olunmasına imkan verir.

Media, ziyalılar və məsuliyyət bölgüsü
Prezidentin çağırışı təkcə dövlət strukturlarına yox, xüsusilə mediaya, ziyalılara, yazıçılara və jurnalistlərə ünvanlanır. Çünki ictimai şüurun formalaşmasında əsas rol oynayanlar məhz bu təbəqələrdir. Efir məkanında səslənən hər söz dil normalarının ya möhkəmlənməsinə, ya da aşınmasına xidmət edir.

Bu baxımdan dilin qorunması təkcə Prezidentin və ya hökumətin siyasəti deyil. Bu, hərbçinin, müəllimin, jurnalistin, alimin və yazıçının birgə məsuliyyətidir. Milli dil uğrunda mübarizə passiv qoruma yox, fəal mövqe tələb edir.

Diaspora və onlayn dil siyasəti
Prezidentin toxunduğu digər strateji məsələ xaricdə yaşayan azərbaycanlıların dil problemidir. Üçüncü və dördüncü nəsil diaspor nümayəndələrinin ana dilini itirməsi real təhlükədir. Bu təhlükəyə cavab olaraq onlayn Azərbaycan dili məktəblərinin yaradılması müasir dövrün tələblərinə uyğun çevik və effektiv addımdır.
Bu, klassik mədəniyyət siyasətindən rəqəmsal dil diplomatiyasına keçidin bariz nümunəsidir və Azərbaycan dilinin qlobal miqyasda qorunması baxımından yeni mərhələdir.

Dil-gələcəyə açılan yol
Prezident İlham Əliyevin dil məsələsinə bu qədər israrla və ardıcıl şəkildə qayıtması təsadüfi deyil. Burada söhbət təkcə qrammatika və leksikadan getmir. Söhbət milli varlığın qorunmasından, dövlətin gələcək nəsillərə ötürülməsindən gedir.
Dil qorunarsa- millət qorunar. Millət qorunarsa-dövlət yaşayar. Bu konsepsiya Azərbaycan dil siyasətinin ideoloji əsasını təşkil edir və hər bir azərbaycanlı üçün strateji məsuliyyət çağırışıdır”.
Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Yanvar 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see487

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see438

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see338

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see288

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see279

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see275

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see270

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see263

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see245

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see237

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see229

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see223

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see221

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see217

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see212

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see207

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see195

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see187

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri