Icma.az
close
up
RU
Dilara Kazimova 4466 metr yüksəklikdə tarix yazdı VİDEO

Dilara Kazimova 4466 metr yüksəklikdə tarix yazdı VİDEO

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu il səhnə fəaliyyətinin 21 illiyi tamam olan Avroviziya təmsilçimiz Dilarə Kazımova "RedBull Azerbaijan”ın dəstəyi ilə təkcə Azərbaycan estrada aləmində yox, hətta dünyada ilk sənətçi kimi bir ilkə imza atıb.

AZXEBER.COM xəbər verir ki, ifaçı bu dəfə "Zirvə” adlı mahnını dinləyicilərə təqdim edib və əsəri üçün Azərbaycanın ən hündür zirvəsi olan  Böyük Qafqaz dağlarının Bazardüzü zirvəsinə  qalxaraq tamamilə fərqli klip ərsəyə gətirib. O, bu layihəsi ilə ölkəsinin ən yüksək zirvəsində klip çəkdirən ilk sənətçi kimi dünya tarixinə düşüb.

Mahnının söz və musiqisi Çinar Shenaya, aranjimanı isə Murad Əliyev və Dilarə Kazımovaya məxsusdur. Miks və masterinqi Samir Əsədov edib.

Dinamik və xalqımız üçün əsl cəsarət, əzm və ilham təcəssümünü yansıdan klip haqqında sənətçi təəssüratlarını bölüşüb:

"Çalışdığım şirkət "Zirvə”  mahnısını ilk dəfə eşidəndə ilk başda qəbul edilməyən bir ideya təklif etdi. Çünki bu ideya həddindən artıq riskli və çətin görünürdü, vaxt da az idi. Lakin… hər zaman bir "lakin” var, deyilmi? Beləcə, qərar verdik ki,  "Zirvə”ni zirvədə çəkəcəyik. Adətən heç bir fiziki hazırlığı olmayan insanların belə layihə üçün möhkəmlənməsi ən azı yarım il çəkir. Məyər buna fikir verən oldu? Əlbəttə, yox! Zirvəyə aparan yol sözün əsl mənasında çətin bir sınaq oldu.

Gözlənilməz hava şəraiti, nəfəsi kəsən külək, soyuq və buz kimi küləkdən də betər yandıran günəş, dağ sanki bizi sınağa çəkirdi. Biz irəlilədikcə zirvə bizdən uzaqlaşırdı. Atılan hər bir addım yeni həyat kimi idi. Keçilən hər metr təbiətə və özünə meydan oxumaq idi. 

Əsl transformasiya zirvədə deyil, gediş zamanı yaşandı. Sən yerə artıq başqa bir insan kimi qayıdırsan. Bu, sadə bir yorğunluq deyil. Bu, sadəcə bir zövq, heyranlıq deyil. Bu, səndən bir parçanın həmişəlik orada – küləklər və buludların arasında qaldığını hiss etməkdir. Biz özümüzü və bütün ölkəni ilhamlandıracaq bir iş ortaya qoymaq istədik və bunu bacardıq.

Beləliklə,  "Zirvə” mahnısı Azərbaycanın ən yüksək zirvəsindən səslənib. Bu, nəyin bahasına olursa olsun öz zirvəsini fəth etməyə qərarlı olanlar üçün ilham mənbəyi olacaq”. 

Qeyd edək ki, Azərbaycanın ən hündür zirvəsi olan Bazardüzü Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində, Rusiya Federasiyası ilə sərhəddə, Qusar rayonu ərazisində, dəniz səviyyəsindən 4466 metr yüksəklikdə yerləşir.

Aysel

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 29 Sentyabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri