Icma.az
close
up
RU
Dilarə Seyidzadə: Tariximizi dərindən bilsək, hər bir beynəlxalq təşkilat bizim tərəfimizdə olacaq

Dilarə Seyidzadə: Tariximizi dərindən bilsək, hər bir beynəlxalq təşkilat bizim tərəfimizdə olacaq

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Biz tariximizi dərindən bilməliyik. Qərbi azərbaycanlıların ləyaqətli qayıdışını təmin etmək üçün təşkil edilən konfransı yüksək dəyərləndirirəm. Sevinirəm ki, xarici dövlətlər də bu məsələyə diqqət ayırırlar. Cənab Prezidentə bu məsələnin hərtərəfli araşdırılması üçün yaratdığı şəraitə görə təşəkkür edirəm".

Bu fikirləri Musavat.com-a Azərbaycan Respublikası Prezidentinin sabiq köməkçisi, Prezident Katibliyinin keçmiş rəisi, 1-ci dərəcə dövlət müşaviri, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə deyib. D. Seyidzadə tarixi faktlara diqqət çəkməyin önəmini vurğulayıb:

"Biz tariximizi dərindən bilsək, hər bir beynəlxalq təşkilat bizim tərəfimizdə olacaq. Tarix həm də siyasi, xalq üçün önəmli elmdir. Bununla yanaşı, tarix dəqiq faktlar elmidir. Faktları dərindən bilmək lazımdır. Tiflisdə, Sankt-Peterburqda və dünyanın başqa şəhərlərində Azərbaycanla bağlı arxiv sənədləri mövcuddur. Azərbaycan torpaqlarına hər zaman yüksək maraq olub. Ədalət Verdiyev Qərbi Azərbaycanla bağlı tədbirlərə yüksək səviyyədə rəhbərlik edir. Ümid edirəm ki, biz ulu babalarımızla bağlı həqiqətləri nəhayət ki, dünyaya çatdıra biləcəyik".

Qeyd edək ki, Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, İnsan hüquqlarına və əsas azadlıqlarına zidd olaraq Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından qovulmuş köklü Qərbi Azərbaycan əhalisinin hüquqlarının müdafiəsi və həmin ərazilərdə yaratdığı maddi mədəni irsin təbliği sahəsində səmərəli fəaliyyətlərinə görə Dilarə Seyidzadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Dekabr 2024 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri