Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

Dilimin Sədası, Millətimin Nidası

Dilimin Sədası, Millətimin Nidası

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Xalqın varlığını yaşadan, onu tarix səhnəsində tanıdan və gələcəyə daşıyan ən böyük mənəvi sərvət onun ana dilidir. Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın düşüncə tərzini, milli yaddaşını, adət-ənənələrini, ədəbiyyatını və mədəniyyətini yaşadan müqəddəs dəyərdir. Azərbaycan dili əsrlər boyu xalqımızın mənəvi varlığını qoruyaraq zəngin inkişaf yolu keçmiş, bu gün müstəqil dövlətimizin rəsmi dili və milli kimliyimizin əsas sütunlarından birinə çevrilmişdir. Məhz buna görə də hər il 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ölkəmizdə böyük ehtiramla qeyd olunur.
Azərbaycan dili qədim türk dilləri ailəsinə mənsub olub, əsrlər boyu xalqımızın həyat yolu ilə birlikdə inkişaf etmişdir. Bu dil Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə kimi görkəmli söz ustalarının yaradıcılığı ilə zənginləşmiş, milli-mənəvi dəyərlərimizin daşıyıcısına çevrilmişdir. Azərbaycan dili bu gün də elmin, təhsilin, mədəniyyətin və dövlət idarəçiliyinin əsas dilidir.
Dilin inkişafında yazı sistemi mühüm rol oynayır. Tarix boyu xalqımız müxtəlif əlifbalardan istifadə etmişdir. Uzun müddət ərəb qrafikalı əlifba işlədilmiş, XX əsrin əvvəllərində maarifçilik hərəkatının təsiri ilə əlifba islahatlarına başlanılmışdır. 1929-cu ildə latın qrafikalı əlifba qəbul edilmiş, 1939-cu ildən kiril qrafikası tətbiq olunmuşdur. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra isə milli-mənəvi dəyərlərə qayıdışın mühüm tərkib hissəsi kimi latın qrafikalı Azərbaycan əlifbasına keçid həyata keçirilmişdir. Bu islahat yalnız yazı sisteminin dəyişdirilməsi deyil, həm də müstəqillik ideyalarının, milli özünüdərkin və dünya ilə inteqrasiyanın mühüm göstəricisi olmuşdur.
Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi və inkişaf etdirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlıdır. Onun uzaqgörən siyasəti nəticəsində hələ sovet dövründə Azərbaycan dilinin dövlət dili statusu qorunmuş, müstəqillik illərində isə ana dilinin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Heydər Əliyev deyirdi: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.” Bu fikirlər ana dilimizin xalqımız üçün necə böyük əhəmiyyət daşıdığını aydın şəkildə ifadə edir. Onun imzaladığı 9 avqust 2001-ci il tarixli Fərmanla 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis edilmiş, latın qrafikalı əlifbanın tam tətbiqi təmin olunmuşdur. Bununla yanaşı, Azərbaycan dilinin saflığının qorunması, ədəbi dil normalarının möhkəmləndirilməsi və ana dilində nəşrlərin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir dövrün çağırışları nəzərə alınaraq Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və rəqəmsal mühitdə mövqeyinin gücləndirilməsi istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlar və dövlət proqramları Azərbaycan dilinin elektron informasiya məkanında istifadəsinin genişlənməsinə, klassik və müasir ədəbiyyatın təbliğinə, kitab nəşrinin inkişafına və dil mədəniyyətinin yüksəldilməsinə mühüm töhfə vermişdir. Dövlət başçısının “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur.” fikri hər birimizi ana dilimizin saflığını qorumağa və ona böyük həssaslıqla yanaşmağa çağırır.
Azərbaycan dilinin gələcək inkişaf istiqamətləri ölkənin uzunmüddətli mədəni inkişaf strategiyası olan “Mədəniyyət 2040” Konsepsiyasında da öz əksini tapmışdır. Konsepsiyada ana dilinin milli-mədəni irsin əsas daşıyıcısı kimi qorunması, gənc nəslin Azərbaycan dilinə bağlılığının gücləndirilməsi, rəqəmsal platformalarda Azərbaycan dilinin imkanlarının genişləndirilməsi, elektron resursların zənginləşdirilməsi və dil mədəniyyətinin yüksəldilməsi mühüm prioritetlər kimi müəyyən edilmişdir. Bu yanaşma göstərir ki, ana dili təkcə keçmişimizin yadigarı deyil, həm də gələcəyimizin inkişaf strategiyasının əsas istiqamətlərindən biridir.
Ana dilini qorumaq yalnız dövlət qurumlarının deyil, hər bir vətəndaşın mənəvi məsuliyyətidir. Gündəlik həyatda ədəbi dil normalarına əməl etmək, Azərbaycan dilində danışmaq və yazmaq, milli ədəbiyyatımızı oxumaq, uşaqlarda ana dilinə sevgi formalaşdırmaq bu müqəddəs sərvətin yaşadılmasına xidmət edir. Çünki dilini sevən xalq tarixini, mədəniyyətini və dövlətçiliyini də qoruyur.
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü bizə bir daha xatırladır ki, ana dilimiz xalqımızın mənəvi pasportu, milli kimliyimizin ifadəsi və dövlət müstəqilliyimizin əsas dayaqlarından biridir. Bu müqəddəs irsi qorumaq, zənginləşdirmək və gələcək nəsillərə olduğu kimi ötürmək hər birimizin vətəndaşlıq borcudur. Ana dilimizi yaşatmaq, əslində Azərbaycanın milli ruhunu, mədəniyyətini və gələcəyini yaşatmaq deməkdir.
Bərdə rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi,
YAP fəalı Fəridə Süleymanova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 Avqust 2026 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see461

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see430

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see307

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see304

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see298

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see255

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see243

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see238

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see233

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see228

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see220

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see214

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see212

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see211

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see210

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see208

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see199

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see196

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see193

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri