Icma.az
close
up
RU
Dilimizin təəssübü şeir və elm tandemində

Dilimizin təəssübü şeir və elm tandemində

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bəxtiyar Vahabzadə irsi milli ədəbiyyatımızın sütunlarından biridir desək, yəqin ki, yanılmarıq. Şairin yaradıcılığı haqqında saysız dəyərli araşdırmalar dərc edilmiş, ölkə mətbuatında və xarici dərgilərdə maraqlı tədqiqatlar işıq üzü görmüşdür.

Görkəmli şairin irsi dilçi alimlərin də diqqətindən kənar qalmayıb. O özü də daim dil məsələsinə həssaslıqla yanaşıb. Bu mövzu şairin yaradıcılığından qırmızı xətlə keçir. “Ana dili”, “Mənim anam”, “Oğluma”, “Əlifba”, “Latın dili” şeirlərində dilin cəmiyyət, millət üçün önəmi, dilin qorunmasının vacibliyi poetik şəkildə ümumiləşdirilib. “Ana dili” şeiri şairin bir çağırışı, harayı kimi səslənir:

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi.
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.

“Mənim anam” şeiri həcmcə kiçik olsa da, özündə qalın romanlara sığacaq bir fikri, paralelliyi ehtiva edir: ana-dil. Bunların hər ikisi eyni dərəcədə müqəddəsdir, toxunulmazdır, unudulmazdır. İkisi də bir-birinə bağlıdır, ayrılmazdır:

Savadsızdır,
Adını da yaza bilmir mənim anam...
Ancaq mənə say öyrədib,
Ay öyrədib, il öyrədib,
Ən vacibi, dil öyrədib mənim anam...

Bəxtiyar Vahabzadə üçün dil anadır, vətəndir. “Bakı vaxtı ilə” şeirində radioda doğma dilin sədalarını eşidən şair özünü vətəndə hiss edir. Doğma dil onu qanadlarına alıb ana yurda aparır.

Şairin dilə həssaslığı, dili korlayanlara, onu sevməyənlərə qarşı kəskin mövqeyi həm poetik irsində, həm də publisistik yazılarında öz əksini tapıb. Bu baxımdan onun “Ana dilim - ana kokum”, “ İftiraya cavab” və s. publisistik məqalələri maraq doğurur. B.Vahabzadə “Ana dilim-ana kokum” məqaləsində yazır: “Hansi dilin zərurətindən danışsaq, bizi alqışlayır və beynəlmiləlçi adlandırırlar. Amma “çaşıb” ana dilinin zərurətindən danışan kimi, anasının dilini bilməyən, ona həqarətlə baxanlar bizə şübhə ilə yanaşır, ən yaxşı halda bizi “geri qalmış adam”, özünü isə irəli getmiş, mədəni və müasir adam hesab edir.

B.Vahabzadənin “İftiraya cavab” məqaləsi Çingiz Aytmatovun qırğız dilində məktəb və bağçaların açılmasi, ana dilinin dövlət dili səviyyəsinə qaldırılması fikirlərinə “milli təkəbbür və milli məhdudiyyət” damğası vuran məqaləyə cavab olaraq yazılıb. B.Vahabzadə ana dilinin təbliğinin əhəmiyyətini vurğulayaraq yazır: “...Dil yalnız ondan istifadə edəndə, həmin dildə danışanda yaşayır və inkişaf edir. Həm də dil təkcə məişət mövzusunda danışanda, sadəcə olaraq ondan istifadə edəndə yox, ondan dövlət dili kimi istifadə edəndə yaşayır... Ziyalısı ana dilində danışmayan xalqın nəinki dili, özü də ölümə məhkumdur”.

Akademik Ağamusa Axundovun şairin poetik irsi ilə ilgili fikir və mülahizələri xüsusi əhəmiyyət kəsb edir. Alimin Bəxtiyar Vahabzadə poeziyası haqqında fikirlərinə keçməzdən öncə onun dilin inkişafında və yaşamasında ədiblərin roluna və vəzifələrinə dair fikirlərini xatırlatmaq yerinə düşər: “Gələcək nəsillər bizim dövrümüzün dilinə qiymət verərkən, yenə də birinci növbədə ən qüdrətli müasir yazıçılarımızın dilinə əsaslanacaqlar. Deməli, bədii əsərlərin dili yalnız bu və ya digər bir əsərin sadəcə ifadə tərzi deyildir. O, eyni zamanda, nəsillərin nəsillərə yadigarıdır. Beləliklə, bədii dilin gözəlliyi yazıçıların üzərinə öz peşələri ilə bağlı olan professional bir məsuliyyət qoymaqla məhdudlaşıb qalmır, o eyni zamanda bədii yaradıcılığı özünə sənət götürənlərin üzərinə vətəndaşlıq məsuliyyəti qoyur”.

Ağamusa Axundov şair və yazıçıları dildən istifadə bacarığına görə bir neçə kateqoriyaya bölür. “Elə yazıçılar vardır ki, onlar ümumxalq dilindən öz istedadları və həssaslıqları sayəsində məharətlə istifadə edirlər. Belə yazıçıların üslubu gözəl olur, onların dili də gözəl bədii dil adlanır. Bəzi yazıçılar öz istedadlarının dərəcəsindən asılı olaraq, ümumxalq dilinin ən gizli nemətlərini yaxşı seçə bilmir, üzdən gedirlər. Belə yazıçıların da özünə məxsus üslubu, dili olur. Lakin bir də istedadsız və tənbəl yazıçılar vardır ki, özlərinin az-çox yeni və müvəffəqiyyətli sözlərini qüdrətli sənətkarların parlaq üslublarının işığında oturub yazırlar. Əlbəttə, bunlar yazıçı olmaqdan daha çox, sayğac işlətməyi, debit, kredit və s. bu kimi şeyləri öyrənib müxtəlif rəqəmləri əvvəlcədən müəyyən edilmiş ayrı-ayrı qrafalara düzən hesabdar kimi bir şeydirlər”. Bəxtiyar Vahabzadə məhz “ümümxalq dilindən öz istedadları və həsasslıqları sayəsində məharətlə istifadə edən” şairlərdəndir. Ağamusa müəllim “Şair və dil” məqaləsində B. Vahabzadənin “İztirabın sonu” poemasının dilini təhlil edərək şairin şeirlərindəki cəlbediciliyin sirrinin məhz bununla bağlı olduğunu qeyd edir.

Dilçi-akademik “Şeir sənəti və dil” kitabında da Bəxtiyar Vahabzadə poeziyasına müraciət edib, şairin müxtəlif şeirlərinin linqvistik təhlilini verib. Alim şairin heca vəzninin ondördlük, yeddilik və beşlik ölçülərindən məharətlə istifadə etdiyini, həmin şeirlərin ustalıqla qələmə alındığını qeyd edir. Bəxtiyar Vahabzadənin əruz vəznində yazdığı şeirlərini də yüksək qiymətləndirir: “Həmin vəzndən şairlərimizin orta və gənc nəslinə mənsub olanlar da məharətlə istifadə edirlər. Məsələn, 1970-1973-cü illərdə B. Vahabzadə “Əsgər-şair”, “Sevdim, bildim ki…”, “Düşüncə” kimi gözəl avazlı şerlər yaratmışdır.”

Qeyd etməliyik ki, Ağamusa Axundov Bəxtiyar Vahabzadə poeziyasının yalnız linqvistik cəhətlərindən deyil, bədii məziyyətlərindən də söz açıb. Bu baxımdan onun “Ədəbiyyat və incəsənət” qəzetinin 1 avqust 1986-cı il tarixli 31-ci sayında dərc edilmiş “Şeirin hikməti” məqaləsi maraq doğurur. Məqalə Xalq şairinin “Seçilmiş əsərləri”nin II cildinin çap olunması münasibətilə yazılıb. Akademik, Bəxtiyar Vahabzadə poeziyasını təhlil edərkən şairin dildən istifadə incəliklərinə də toxunur: “Şairin bədii obrazlarla, ən çeşidli məcazlarla zəngin olan poetik dili heyrətli bir sadəliklə, aydınlıqla seçilir. “Heyf ” şeirindəki misralarda olan kimi:

Heyf o ilahi, qövsi qaşlara
Sınacaq kədərli düşüncələrdən

Tək bir “sınacaq” sözünün köməyi ilə şair bütöv bir bədii portret çəkmiş, fikirdən sınmış qaşları, o qaşların sahibini oxucunun gözləri önündə canlandırmışdır. Bəxtiyar eyni bir predmeti bəzən ən müxtəlif sözlərlə rəngləyir. Lakin sözlərin müxtəlifliyi onların təyin etdiyi predmetin qavranılmasını mürəkkəbləşdirmir, əksinə daha da əyaniləşdirir”.

Ağamusa Axundov Bəxtiyar Vahabzadə poeziyasını “xəncər tiyəsi kimi iti olan bir işıq selinə” bənzədir, bu poeziyanın fəlsəfi dərinliyini, düşüncə vüsətini yüksək qiymətləndirir, bu dərinliyin, vüsətin oxucu beynini işıqlandırdığını, qəlbləri riqqətə gətirdiyini bildirir. Akademik Bəxtiyar Vahabzadə poeziyasının əsas xüsusiyyətlərini ümumiləşdirərək, belə demək mümkünsə, qısa tərifini verir: “Bəxtiyarın poeziyasını anamız torpağa oxşatmaq olar. Elə bir torpağa ki, sinəsində boynubükük bənövşə də bitirir, ildırıma baş əyməyən palıd da. Bəxtiyarın şeirləri ən kövrək və həzin hisslərin incə tərənnümü olduğu kimi, yüksək pafoslu, publisist nəfəsli, haylı-haraylı vətəndaş sözləridir. Gözəl lirik şeirlər müəllifi Bəxtiyarın şeirlərində məhəbbətin fəlsəfəsi poeziyanın bənzərsiz gözəlliyi ilə bəzənir”.

Elnarə QARAGÖZOVA,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Fevral 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see396

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see339

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see273

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see235

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see223

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see204

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see203

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see199

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see193

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see190

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see187

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see177

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see173

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see170

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see166

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see161

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see159

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see159

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see144

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri