Icma.az
close
up
RU
Dilin saflığı uğrunda mübarizəyə Bakının küçələrindən başlamalıyıq Vasif Sadıqlı

Dilin saflığı uğrunda mübarizəyə Bakının küçələrindən başlamalıyıq Vasif Sadıqlı

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bildiyimiz kimi ana dilinin saflığının qorunması ölkəmizin əsas prioritetlərindəndir. Dilin saflığının qorunması ilə bağlı millət vəkili Fazil Mustafa təklif edir ki, bundan sonra doğulacaq körpələrə təmiz milli adlarının verilməsi dilin saflığının qorunmasına faydalı olacaq addım olar. 

Redaktor.az-a açıqlamasında Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri Vasif Sadıqlı bildirdi ki, şəxs adları insanları bir-birindən fərqləndirmək üçün qoyulur və hər bir xalqın “şəxs adları bankı”nda mövcud olan adlarda onun tarixi keçmişi, mədəni irsi, dünyagörüşü, istək və arzuları yaşayır:

"Tarixən baş verən ictimai-siyasi, iqtisadi, mədəni hadisələrlə əlaqədar dilə yeni şəxs adları daxil olur, bir sıra adlar isə yeni mədəni reallıqların məhsulu olan, başqa dillərdən alınmış adlarla mübarizədə bir müddət yanaşı işlənir, daha sonra uduzaraq yeniləri ilə əvəz olunur. Azərbaycanda şəxs adları ilə bağlı məsələ əsasən dövlət qeydiyyatı və dil normaları çərçivəsində tənzimlənir, müvafiq qurumlar tərəfindən Azərbaycan dilinə uyğun, milli-mənəvi dəyərlərə zidd olmayan adlar siyahısı hazırlanır. Dil mühafizəkarlığı sevir. Dilin lüğət tərkibinə daxil olan sözlərin, o cümlədən şəxs adlarının kampaniyalar vasitəsilə milliləşmə adı ilə yeniləri ilə əvəz edilməsi nəsillər arasında mədəni bağların qırılmasına xidmət edir. Belə iddialar olanda mənim sovet hökumətinin ilk illəri yadıma düşür. O vaxt bir qrup şəxs tələb edirdi ki, tarixi binalar uçurulsun, dəmir yolları sökülsün, ədəbiyyat nümunələri, mahnılar qadağan edilsin. Çünki onlar feodalizm və kapitalizmin, istismarçı siniflərin yadigarıdır, yeni proletar mədəniyyəti yaradılmalıdır. Onlara “proletkultçular” adı verilmişdi. Həmin məntiqlə ötən əsrin əvvələrində Azərbaycanda da alınma sözlərin sıxışdırılması üzrə təşəbbüslər olmuşdu".

Dilçi əlavə etdi ki, oturuşmuş ərəb-fars mənşəli sözlərə müharibə elan edənlər, - sovet dövrünün “milli akopçular”ı, - gülünc sözlər icad etmişdilər: 

"“Dövlət” əvəzinə “toplantay”, “mədən suları” əvəzinə “qırılğan suları”, “metal” əvəzinə “yayxan”, “əhali” əvəzinə “yaşaq”, “okean” əvəzinə “bürüyən” və s. sosializmin eyforiyasından yaranan bu cür cəfəng ideyalar, təbii ki, rədd edildi, o sözlərin heç biri vətəndaşlıq hüququ qazanmadı. Həmin təşəbbüslərə qarşı çıxanlar görkəmli ziyalılarımız idi: Mirzə İbrahimov, Rəsul Rza, Səməd Vurğun. Əlbəttə, ana dilimizin qayda-qanunlarına uyğun yeni adların yaradılaraq, məlum siyahıya daxil edilməsi təşəbbüsləri təqdirəlayiqdir, milli və alınma sözlər arasında kəmiyyət nisbətinin ikincilərin xeyrinə dəyişməsinə qarşı atılan kiçicik bir addımdır. Vaxtilə Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza kimi ədiblərimiz yeni şəxs adları yaradıblar və onların çoxu uğurlu alınıb və populyarlaşıb. Amma əsrlərlə işlənib həyatımızın, tariximizin, dilimizin bir parçasına çevrilmiş adları sıxışdırıb çıxarmaq istiqamətində olan təkliflər zərərlidir. Bir müddət əvvəl oxşar təkliflə Türkiyədə yaşayan bir soydaşımız, - tanınmış professordur, etik mülahizələrdən adını çəkmirəm, - çıxış etmişdi. Bir qədər dəqiqləşdirsək, o, milli mənsubiyyəti müəyyən edən indikator kəşf etdiyini bəyan etmişdi: “Övladlarınızın adını deyin, sizin milliyyətinizi deyim”. Çox məntiqsiz iddiadır. Azərbaycan dilni, mədəniyyətini heç birimizdən az sevməyən Nizami Gəncəvi öz övladına Məhəmməd, Füzuli oğluna Fəzli adı qoymuşdu".

Müsahibimizin sözlərinə görə, bütün ömrü boyu ana dili davası edən Mirzə Cəlil övladlarına Midhət və Ənvər, Mirzə Ələkbər Sabir Məmmədsəlim, Şəfiqə, Səadət və Sürəyya, Məhəmməd Əmin Rəsulzadə Azər, Rəsul, Lətifə, Xalidə adlarını vermişdi:

"Hörmətli deputat deyir ki, “gəlin dilimizin saflığına hər bir Azərbaycanı sevən vətəndaş kimi yeni doğulan övladlarımıza milli adların verilməsindən başlayaq”. Hər bir valideyn ad seçməkdə sərbəstdir. Amma heç kəs ənənə üzrə öz övladına Nizami, Füzuli, Leyli, Şirin və s. bu kimi adlar qoyanları “Azərbaycanı az sevənlər” kateqoriyasına aid edə bilməz. O adlar təkcə bir ailəni öz əcdadlarına yox, həm də bir xalqı öz tarixi keçmişinə, mədəniyyətinə bağlayır və o bağları qırmaq olmaz. Üstəlik, nəzərə alaq ki, bir çox şəxs adları ümumi isim kimi də işlənir, ad kimi heç kəsə qoyulmasa da, həmin sözlər qalacaq və millət vəkilinin “ana dilini saflaşdırma proqramına” heç bir töhfə verməyəcək. Bundan başqa, Azərbaycan çoxmillətli respublikadır. Bu, bizim zənginliyimizdir. Ölkəmizdə yaşayan bütün xalqların və etnik qrupların öz adqoyma ənənəsi var. Kimsə, məsələn, Qəbələnin Nic kəndində yaşayan bir ailəni öz övladına Robert adı qoyduğu üçün qınaya, “Azərbaycanı az sevənlər” kateqoriyasına daxil edə bilməz".

Vasif Sadıqlı vurğuladı ki, dilin saflığı uğrunda mübarizəyə Bakının küçə və prospektlərindən başlamalıyıq.

"Son onilliklərdə qloballaşan dünyada ayrı-ayrı ölkələrə ingilis dilinin hegemonluğunun artması ilə bağlı dil ekspansiyası cəhdlərinin şahidi oluruq. Efirlərdən başlamalıyıq, televiziyalar milyonlara xitab edir və hər kəsin gözü önündə dilimizin leksik, qrammatik, orfoepik normaları pozulur. Termin yaradıcılığından başlamalıyıq - bir ildə təxminən 6 min neologizm yaranır və onların ana dilimizdə qarşılığını yaradacaq bir quruma ehtiyac var", - deyə o yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Yanvar 2026 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri