DİM: 9 illik təhsil bazası üzrə kolleclərə qəbul planı 94.90 faiz dolub
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 14 avqust, AZƏRTAC
Ümumi orta təhsil bazasında kolleclərə qəbul olanı 94,90 faiz dolub.
AZƏRTAC Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, dövlət hesabına ödənişsiz yerlər üzrə qəbul planı 97,48 faiz, dövlət hesabına ödənişli yerlər üzrə qəbul planı 92,70 faiz, özəl yerlər (Bakı İlahiyyat Kolleci ilə birlikdə) 100 faiz dolub.
Ümumi orta təhsil bazasında kolleclərdə dövlət ödənişsiz qəbul planı 2499 yer, dövlət ödənişli 3481 yer, özəl (Bakı İlahiyyat Kolleci ilə birlikdə) 23O yer olmaqla, ümumilikdə 6210 yer ayrılıb. Müsabiqə nəticəsində 5 893 abituriyent tələbə adını qazanıb və beləliklə, ümumi qəbul planı 94.90 faiz dolub.
Qəbul olunanların 5 680 nəfəri Azərbaycan bölməsinin, 213 nəfər nəfəri rus bölməsinin payına düşür.
İxtisas növləri üzrə göstəricilərə gəldikdə, xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə ayrılmış 5090 plan yeri 100 faiz dolub.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 1120 plan yerinə 803 nəfər (71.70 faiz) qəbul olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 14 Avqust 2026 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















