DİM açıqladı: həmin şəxs barəsində araşdırma aparılır KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Digər imtahanlarda olduğu kimi, qabiliyyət imtahanlarına da giriş zamanı iştirakçıların identifikasiyası aparılır.
KONKRET.az bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin Xüsusi növ imtahanların təşkili və idarə edilməsi sektorunun müdiri Eltun Süleymanov APA-nın sualını cavablandırarkən deyib.
O bildirib ki, dünən keçirilən qabiliyyət imtahanına giriş zamanı bir nəfərin digər abituriyentin yerinə imtahana daxil olmağa cəhd etdiyi aşkarlanıb və bunun qarşısı alınıb.
“Hadisə ilə əlaqədar imtahanda iştirak etməli olan abituriyentin builki Dövlət İmtahan Mərkəzi üzrə bütün imtahan nəticələri ləğv edilib. O, bu il ixtisas seçimində və ali təhsil müəssisələrinə qəbul müsabiqəsində iştirak edə bilməyəcək. Başqasının yerinə imtahana girməyə cəhd edən şəxs barəsində isə müvafiq sənədlər hazırlanaraq hüquq-mühafizə orqanlarına təqdim edilib. Hazırda faktla bağlı araşdırma aparılır”, – sektor müdiri qeyd edib.
Eltun Süleymanov əlavə edib ki, qabiliyyət imtahanlarında belə hallara çox nadir hallarda rast gəlinir. Onun sözlərinə görə, hadisədə iştirak edən iki şəxs tamamilə fərqli şəxslərdir və onların arasında hər hansı ailə əlaqəsi yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 03 İyul 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















