Icma.az
close
up
RU
DİM bu il üçün növbəti SAT imtahanlarının vaxtını açıqladı

DİM bu il üçün növbəti SAT imtahanlarının vaxtını açıqladı

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Dövlət İmtahan Mərkəzi 2025-ci ildə keçiriləcək növbəti SAT imtahanlarının vaxtını açıqlayıb. 

SAT (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi bilik və bacarıqları yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanlarıdır və hər il imtahanda iki milyondan artıq şəxs iştirak edir.

SAT imtahanının nəticəsi beynəlxalq səviyyədə tanınmaqla, ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirməyə imkan verən obyektiv imtahan göstəricisi kimi qəbul olunur. Ali təhsil ocaqlarının qəbul komissiyaları üçün SAT imtahanının nəticəsi müraciət edən məktəb məzunlarını eyni şkala üzrə müqayisə etməyə imkan verir, həmçinin onlara təqaüd verilməsi qərarlarını müəyyən etməkdə obyektiv mənbə hesab olunur.

2014-cü ilin sonunda ABŞ-ın ETS (Educational Testing Service – Təhsil Qiymətləndirmə Xidməti) təşkilatının dəstəyi ilə “College Board”- Ali təhsilə qəbul Şurası tərəfindən hazırlanan SAT imtahanlarının keçirilməsi üçün DİM-in test mərkəzi kimi fəaliyyət göstərməsi barədə razılıq əldə edilmişdir.

SAT imtahanının ödənişi 111 ABŞ dollarıdır. İmtahan rüsumlarının ətraflı bölgüsü linkdə: https://sat.collegeboard.org/register/intl-services-fees

SAT imtahanının nəticələri bir qayda olaraq (istisnalar olmaq şərtilə) imtahan günündən 7-14 gün sonra imtahan verənlərin “College Board”-un internet səhifəsindəki şəxsi hesabında açıqlanır.

Ünvan:

Rəqəmsal SAT imtahanı DİM-in fəaliyyət göstərdiyi hər iki ünvanında təşkil olunur.

Akademik Həsən Əliyev küçəsi, 299 (TC60129) Süleyman Sani Axundov küçəsi, 50 (TC56582)

Notbuk/planşet:

İştirakçılar imtahan günündən öncə SAT imtahanı üçün xüsusi hazırlanmış proqram təminatını öz notbuk və ya planşetlərinə yükləməlidirlər.

İmtahan iştirakçısının özünün notbuk və ya planşeti yoxdursa, o, “College Board”a imtahan üçün notbuk/planşetlə müvəqqəti təmin edilməsi barədə sorğu göndərə bilər. Notbuk və ya planşet ancaq imtahandan əvvəl “College Board”a sorğu göndərmiş iştirakçılara Mərkəzdə imtahan günü veriləcəkdir. İmtahan iştirakçısının notbuk və ya planşetini imtahan mərkəzinə gətirmək imkanı yoxdursa və o, “College Board”dan notbuk/planşet sorğu edilməsi prosesindən keçməyibsə, həmin iştirakçı imtahan mərkəzinə buraxılmayacaq.

İmtahan müddəti:

Rəqəmsal SAT 2 saat və aralarında 10 dəqiqəlik fasilə olmaqla iki bölmədən (Oxu, yazı və Riyaziyyat) ibarətdir.

Proqram təminatı:

İmtahanın proqram təminatı imtahan iştirakçıları üçün aşağıdakı funksionallığı təmin edir:

Suallara daha sonra qayıtmaq üçün onları işarələmək seçimi;

İştirakçıların imtahan ekranının yuxarısında göstərmək və ya gizlətmək üçün seçə biləcəyi geriyə irəliləyən vaxt;

İştirakçıların riyaziyyat bölməsində istifadə etmələri üçün quraşdırılmış qrafik kalkulyator (iştirakçılar öz kalkulyatorlarını da imtahana gətirə bilərlər);

Hər bir riyaziyyat sualı üçün ümumi düsturlardan ibarət istinad vərəqi.

Proqram təminatının interfeysi və sınaq imtahanı:

Rəqəmsal SAT imtahanının proqram təminatının interfeysi və ona uyğun imtahan suallarını “College Board”un rəsmi saytından yükləyərək tanış olmaq mümkündür.

İştirakçılar imtahana nə gətirilməlidirlər?

İmtahanda iştirak edən şəxslər tələb olunan aşağıdakı vasitələrlə birlikdə imtahan binasında olmalıdırlar:

1.  Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

2.   Buraxılış vərəqəsi – “Admission Ticket”;

3.   “College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birgə).

Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır. İştirakçılar imtahana, həmçinin kalkulyator, qeydləri aparmaq üçün qələm və ya karandaş və digər əşyaları gətirə bilərlər. Qaralama üçün vərəq imtahan mərkəzində verilir.

Tarix və ətraflı məlumat:

2025-ci ildə SAT imtahanlarının DİM test mərkəzi tərəfindən aşağıdakı tarixlərdə keçirilməsi nəzərdə tutulur:

8 mart

3 may

7 iyun

23 avqust

13 sentyabr

4 oktyabr

8 noyabr

6 dekabr

Rəqəmsal SAT imtahanı barədə daha ətraflı məlumat “College Board”un rəsmi internet səhifəsində mövcuddur: https://satsuite.collegeboard.org/digital

DİM tərəfindən keçirilən SAT imtahanına qeydiyyat, imtahanın keçirilməsi qaydaları və nəticələrin öyrənilməsi haqqında əlavə məlumat əldə etmək üçün aşağıdakı elektron ünvana müraciət edə bilərsiniz: [email protected]

 ADA Universitetinə qəbul

“ADA” Universitetinin bakalavriat səviyyəsinə qəbul iki yolla aparılır: 

1. DİM-in keçirdiyi qəbul imtahanlarının nəticələri vasitəsilə;

2. Beynəlxalq SAT imtahanı nəticəsi vasitəsilə.

SAT imtahanının nəticəsi ilə müraciət edənlər üçün müəyyən olunmuş tələblər:

 •  ərizə qəbulu müddətində  “Abituriyentin elektron ərizəsi”ni ümumi qaydada təsdiq etdikdən sonra ərizənin surətini və SAT imtahanı balı haqqında məlumatı DİM-ə təqdim etmək;

•  SAT imtahanı nəticələrini elektron şəkildə College Board saytında (https://www.collegeboard.org) Dövlət İmtahan Mərkəzinə (kod 7876) və “ADA” Universitetinə (kod 7799) göndərmək;

•  “ADA” Universitetinin elektron ərizə formasını doldurmaq. Elektron ərizə forması üçün keçid: www.ada.edu.az/apply;

•  IELTS Academic, TOEFL iBT(onlayn TOEFL imtahanı daxil), PTE Academic, Duolingo English Test imtahanlarının nəticəsini “ADA”-nın elektron ərizə formasına yükləmək (nəticələrin göndərilməsi üçün kod 2093). Qəbul üçün minimum bal tələbi qoyulmur;

•  Azərbaycanda yerləşən ümumtəhsil məktəblərinin rus, ingilis və ya gürcü bölmələrini cari ildə bitirən, eləcə də ümumtəhsil məktəbini əvvəlki illərdə və ya xaricdə bitirən abituriyentlər “Azərbaycan dili” fənni üzrə qəbul imtahanında iştirak edərək “məqbul” qiymət almalıdırlar. Bunun üçün onlar dim.gov.az saytında “Abituriyentin elektron ərizəsi” formasını doldurarkən “test imtahanı verəcəyi dil” bölməsində rus dilini seçməlidirlər. “Azərbaycan dili” fənni üzrə keçiriləcək imtahanın tarixləri DİM-in saytında yerləşdirilib. 2022-ci ildə Azərbaycan dili fənni üzrə imtahandan “məqbul” alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılırlar. Azərbaycanda yerləşən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsini cari ildə bitirən abituriyentlər isə buraxılış imtahanında iştirak edərək Azərbaycan dili fənni üzrə minimal 15 bal toplamalıdırlar;

•  “ADA” Universitetinin pedaqoji heyətindən ibarət komissiya tərəfindən keçiriləcək müsahibədə iştirak etmək. 

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:367
embedMənbə:https://azpost.info
archiveBu xəbər 06 Oktyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri