Icma.az
close
up
RU
Novruz bayramının sonuncu şirniyyatı: Səməni halvası necə hazırlanır?

Novruz bayramının sonuncu şirniyyatı: Səməni halvası necə hazırlanır?

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Novruz bayramında ta qədim zamanlardan hazırlanan şirniyyatlardan biri də səməni halvasıdır. Səməni halvası çox çətin hazırlanan bir şirniyyat olduğu üçün bunu daha çox nənələlərimiz hazırlaya bilirdilər.

Bu gün səməni halvasının hazırlanmasının mütəlif üsulları paylaşılır və hazırlanan halva da fərqli olur. Səməni halvasının hazırlanma üsullarından birini sizinlə paylaşacağıq. Qeyd etdiyimiz kimi səməni halvasını hazırlamaq çox vaxt alan bir prosesdir. Çünki bunun üçün öncə səməni qoyulmalıdır.

Səməni halvasının tərkibində kalsium, kalium, xrom, mis, selen, sink, dəmir, yod, B5, E, C, D, P vitaminləri və fol turşusu var.

Səməni halvası hazırlamaq üçün öncə təmiz arıtlanmış 0,5 kq buğda götürülür. Buğda isladılır, üzərinə tənzif salınır, 3 gün saxlanılır. 3 gündən sonra cücərmiş buğda boşqablara yığılıb, üzərinə nəm tənzif örtülür. 3 gün müddətində tənzifə su püskürdülür. Çox su vurmaq olmaz, çünki səməni kiflənə bilər.

Səməni hazır olduqdan sonra onun suyu hazırlanır. Bunun üçün hazırlanmış səmənilər ət maşından keçirilir. Üzərinə 2.5 stəkan su əlavə edilir və tənzifdən keçirilir. Alınan su təxminən 1 litr olur.

Səməni halvasının hazırlanması üçün 1 kq un, 300 qram kərə yağı, 1 stəkan doğranmış qoz ləpəsi, 1 stəkan doşab, 1 çay qaşığı sarıkök, 1,5 çay qaşığı cirə, 2 çay qaşığı razyana, 1 çay qaşığı istiot, duz, 1,5 çay qaşığı darçın, 1 çay qaşığı zəncəfil, eyni miqdarda mixək, 1 xörək qaşığı hil, 2 stəkan şəkər tozu, 1,5 stəkan su, 1-2 dilim limon suyu lazımdır.

Ardınca səməni suyu bir qaba əlavə edilir, üzərinə ağ və qara un, duz tökdükdən sonra boş xəmir yoğrulur. Qızdırılmış tavaya yağ əlavə edildikdən sonra xəmirə sarıkök əlavə olunur və qızardılır.

Qızardılmış halvanı bir qaba yığıb, üzərinə ədviyyatları üyüdərək əlavə edin. Sonra doşab, qoz və şərbət əlavə edib, yenidən qızardın. Bundan sonra həmin xəmiri müxtəlif formalara salaraq, bir neçə saat soyutduqdan süfrəyə verə bilərsiniz.

Qeyd edək ki, halva hamı üçün istənilən nəticəni verməyə bilər. Uğurlar olsun.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Mart 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see140

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see126

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri