Icma.az
close
up
RU
DİM qaydanı dəyişdi, ciddi tənqid edildi: Özünü məhkəmə kimi aparır

DİM qaydanı dəyişdi, ciddi tənqid edildi: Özünü məhkəmə kimi aparır

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Dövlət İmtahan Mərkəzi artıq bir qiymətləndirmə qurumundan çox, özünü qanunverici, icraedici və hətta məhkəmə orqanı kimi aparmağa başlayıb. 

Hüquqi əsas olmadan qəbul qaydalarını dəyişmək, imtahanlardan sonra müsabiqə ballarını artırmaq, apellyasiya prosedurlarını qeyri-effektivləşdirmək, sualları təkrar-təkrar istifadə etməklə sanki düşünmək istəyir ki, bu ölkənin gənclərinin taleyi ilə istədiyi kimi davranmaq olar. Bu, sadəcə məsuliyyətsizlik deyil, bu, bu təhsilin etibarına yönəlmiş açıq hücumdur". 

"Cebheinfo.az" xəbər verir ki,  bunu təhsil eksperti Kamran Əsədov deyib.Onun sözlərinə görə, qanunla yalnız Nazirlər Kabineti tərəfindən təsdiqlənməli olan qəbul qaydalarını DİM aprelin 17-də özbaşına dəyişib və mayda çıxan qərarı “öncədən bilirmiş kimi” tətbiq edib: 

"Bu, qanunun üstündən xətt çəkmək deməkdir! Sual olunur, Dövlət İmtahan Mərkəzi kimdir ki, hüquqi səlahiyyəti olmadan qəbul prosesinə müdaxilə edir?

 Belə özbaşınalıq heç bir sivil cəmiyyətdə qəbul edilə bilməz".

Əlavə olaraq hazırda abituriyentlərin şəxsi kabinetlərinə daxil olmaq problemi yaradılıb:

"İddia edirlər ki, guya bu “təhlükəsizlik” məqsədi ilə edilib. Amma bəs xəbərdarlıq haradadır? İmtahana az vaxt qalır, şagirdlərin ən çox istifadə etdiyi platforma – şəxsi kabinet – susqunluqla, qeyri-müəyyənliklə bloklanır. Bu, nəinki texniki məsuliyyətsizlik, həm də psixoloji cəhətdən abituriyentlərə təzyiqdir. Şəffaf və açıq proses əvəzinə, daim narahatlıq, qeyri-müəyyənlik və stress yaradılır".

O deyib ki,Apellyasiya sistemində isə vəziyyət daha acınacaqlıdır:

"DİM həm sualları səhv hazırlayır, həm də cavabların səhv yoxlanıldığını etiraf etmədən minlərlə abituriyenti haqsız yerə aşağı nəticələrlə baş-başa qoyur. 10 mindən çox şagirdin apellyasiya verməsi təkcə texniki yox, sistemli problemlərin göstəricisidir. Amma DİM nə edir? Ədaləti bərpa etmək əvəzinə, proseduru çətinləşdirir, “səsinizi çıxarmayın” deməyə çalışır.

Hələ buraxılış imtahanlarında istifadə olunan eşitmə aparatlarının yararsız olması, sualların təkrar-təkrar çıxması, nəticələrin gec açıqlanması, abituriyent jurnalının gecikdirilməsi və imtahanın bahalı olması- bunlar artıq təsadüfi texniki səhvlər deyil, bu sistemin kökündən çürüdüyünü sübut edən əlamətlərdir.

Soruşuram: Hörmətli DİM "Abituriyent 2" jurnalını niyə nəşr etmisən? Orda qəbul qaydaları olmalı idi, yoxdur. Jurnalın sonunda verdiyin 2024-cü ilin balları ilə hər il özün abituriyentləri yanıldırsan. 
Heç bir xəbərdarlıq etmədən V qrup üzrə müsabiqə şərtlərini necə dəyişirsən? Axı abituriyentlər artıq ixtisaslar üzrə hazırlaşırdı?! 

Dövlət İmtahan Mərkəzi unutmamalıdır ki, bu ölkənin gələcəyini qiymətləndirirsiniz! Bu qədər qeyri-ciddi, qeyri-şəffaf və hüquq tanımaz şəkildə davam etsəniz, nə sizə, nə də nəticələrinizə heç kim inanmayacaq.

Təhsil sistemindəki bu biabırçılığı ictimaiyyətə çatdırmaq, bu özbaşınalığı ifşa etmək hər birimizin vətəndaş borcudur. Abituriyentlər oyuncağınız deyil". 

Xəzər 
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 May 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri