DİM sədri: Mütəxəssislər müəyyən təcrübə topladıqdan sonra dövlət qulluğundan özəl sektora keçirlər
Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sektor və ya şöbə müdirləri müəyyən mərhələyə çatanda, eləcə də kifayət qədər təcrübə topladıqdan sonra dövlət qulluğundan çıxıb özəl sektora keçir.
"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.
M.Abbaszadə DİM-dən nümunə gətirərək bu il iki şöbə müdirinin özəl sektora keçdiyini diqqətə çatdırıb:
"Bu da təbii ki dövlət qulluğunda alınan əməkhaqqı ilə müqayisədə yüksək məbləğlə əlaqəlidir. Özəl sektor artıq dövlət qurumlarında çalışan püxtələşmiş mütəxəssisləri işə cəlb etməyə qadirdir. Bəlkə də bu kimi addımların nəticəsində gənclərin dövlət qulluğuna müraciəti azalacaq. Özəl sektor hazır kadrları istəyir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 19 Dekabr 2024 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















