Icma.az
close
up
RU
DİM siyahını açıqlayıb

DİM siyahını açıqlayıb

Icma.az, Sia Az saytına istinadən bildirir.

Musiqi sənəti istiqamətinə aid xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə işçi qrupların iclasları başa çatıb. Dövlət İmtahan Mərkəzindən SİA-ya bildirilib ki, 2024-cü ilin oktyabr ayından etibarən keçirilən bu iclaslarda müxtəlif ixtisaslar üzrə qabiliyyət imtahanlarının proqramları müzakirə edilib və bu proqramlar çərçivəsində qabiliyyət imtahanlarında ifa olunacaq əsərlərin siyahıları hazırlanıb. Əsərlərin siyahısı müvafiq sahə üzrə ekspertlər və ali təhsil müəssisələrinin mütəxəssisləri ilə razılaşdırılıb.

Bu siyahılar qabiliyyət imtahanlarına hazırlaşan abituriyentlər və tədris aparan müəllimlər üçün kömək məqsədilə hazırlanıb. Nəzərə almaq lazımdır ki, bu əsərlər tövsiyə xarakteri daşıyır və abituriyentlər ixtisas proqramı əsasında hazırlanan bu siyahılara daxil olan əsərlərin çətinlik səviyyəsinə uyğun başqa əsərlər də seçərək təqdim edə bilərlər.

Bu siyahılarda olmayan əsər seçən abituriyentlər [email protected] ünvanına müraciət etməlidirlər. Abituriyentin proqrama uyğun təqdim etdiyi əsər bu siyahıya əlavə ediləcək.

İxtisaslar üzrə imtahanda ifa edilməsi tövsiyə olunan əsərlərin siyahısı ilə linkə keçid edərək tanış ola bilərsiniz.

Belə ki, qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçərkən abituriyentlər ixtisas fənni üzrə qabiliyyət imtahanında ifa edəcəkləri əsərləri müvafiq siyahılardan seçəcəklər. Abituriyentlər əsərləri seçdikdən sonra qeydiyyatlarını təsdiqləyə biləcəklər. Bu haqda ətraflı məlumat qeydiyyat günlərində veriləcək. Qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyat buraxılış (V ixtisas qrupu üzrə qəbul) imtahanlarının nəticələri elan olunduqdan sonra aparılacaq.

Xatırladaq ki, ixtisas imtahanında ifa olunan əsərlərin seçimi ötən illərdə proqram formasına abituriyent tərəfindən yazılaraq imtahan zamanı qiymətləndirmə aparan komissiyaya təqdim edilirdi.

Təsdiq edilmiş əsərlərin imtahan zamanı dəyişdirilməsinə yol verilmir.

Musiqi müəllimliyi ixtisası üzrə proqrama uyğun əsərlərin seçimi əvvəlki illərdə olduğu kimi həyata keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Fevral 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see232

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see221

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see219

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see217

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see211

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see205

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see204

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see200

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see199

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see195

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see194

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see191

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see190

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see190

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see189

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see188

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see188

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see186

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see184

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri