Zaur Mikayılov: Dövlət Proqramında, sadəcə, şəbəkələrin və magistralların genişləndirilməsi deyil, su mənbələrinin artırılması nəzərdə tutulub
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
"Burada vacib olan məsələlərdən biri də Bakı şəhərində və Abşeron yarımadasında içməli suya tələbatın, xüsusilə də mənbələrimizin gələcək inkişafının nəzərə alınmasıdır. Gördüyünüz kimi, burada cədvəl göstərilib, Abşeron yarımadasında bizim gündəlik orta hesabla 16 kubmetr istifadəmiz var. Bizim layihə gücümüz 19.1 kubmetrdir. Amma bildiyiniz kimi, burada orta hesabla 16 kubmetr olan rəqəm yay aylarında daha yüksək səviyyələrə qalxır. Pik tələbatımız Bakı və Abşeron yarımadasında 20.8 kubmetr/saniyə göstərir. Amma inkişaf proqnozlarına uyğun olaraq, 2040-cı ildə, - bu proqram hazırda 2040-cı ilə qədər nəzərdə tutulub, - bu rəqəmlərin orta hesabla 20.7 litr kubmetr/saniyə, pik vaxtlarda isə, yəni yayın qızmar vaxtlarında və bəzi istiqamətlərdə bölgələrdə suyun gəlişində problemlər olduğu halda bu rəqəmin 26.9 kubmetr olması gözlənilir. Bununla əlaqədar bizim hazırladığımız Dövlət Proqramında, sadəcə, şəbəkələrin və magistralların genişləndirilməsi deyil, su mənbələrinin artırılması nəzərdə tutulub. Bunlardan biri təbii ki, qeyd etdiyimiz kimi, duzsuzlaşdırma layihəmizdir ki, o, illik 100 milyon kubmetrdən çox içməli su verəcək. Bu da günlük 3.2 kubmetr/saniyə əlavə su deməkdir".
Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə deyib.
"Bununla yanaşı, Sizin də qeyd etdiniz kimi, beş istiqamətdə - "Bakı-Şollar"dan gələn iki istiqamətimiz, Kür təmizləyici qurğulardan gələn su mənbəyimiz, Oğuz-Qəbələ su mənbəyimizi də təkmilləşdirərək onlardan da əlavə suyun gətirilməsini nəzərdə tutmuşuq. Planlaşdırmışıq ki, bunun sayəsində biz həmin o pik səviyyəni 2030-cu ildə artıq əldə etmiş olacağıq. Bununla paralel olaraq, şəbəkə genişləndikdən sonra 2040-cı ilə qədər bütün tələbat təmin olunacaq və qarşılanacaq.
Burada dediyimiz kimi, dəniz suyundan 3.2 kubmetr, Ceyranbatan sutəmizləyici qurğular kompleksini yenidən qurmaqla, klassik qurğunu bitirməklə əlavə 3 kubmetr, mövcud su xətlərində daşıyıcı kəmərlərin, qurğuların istismarı sayəsində daha 2 kubmetr su əldə edəcəyik. Çox doğru qeyd etdiyiniz kimi, bizim hazırdakı itkilərimiz bu səviyyədə olmasaydı, indi də suyumuz yetərdi. Amma o zamana qədər biz itkilərimizi 20 faiz endirdikdən sonra bu, əlavə suya ehtiyacımızı qarşılamış olacaq", - deyə Zaur Mikayılov bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 13 Yanvar 2026 09:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















