“Trampın bu qərarı icra olunarsa, ən çox zərər çəkənlərdən biri Türkiyə ola bilər”
Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“ABŞ mediasının məlumatına görə, Tramp nümayişçilərin öldürülməsi ilə əlaqədar İrana hərbi zərbə endirməyə meyllənir”.
Yeniavaz.com xəbər verir ki, bunu sosial şəbəkə hesabında politoloq Şahin Cəfərli yazıb.
O bildirib ki, Dövlət Departamenti İranda olan vətəndaşlarını dərhal Türkiyə və ya Ermənistan vasitəsilə bu ölkəni tərk etməyə çağırıb.
“Trampın yeni qərarına əsasən, İranla ticarət aparan bütün ölkələr bundan sonra ABŞ ilə ticarətində 25% gömrük rüsumu ödəyəcəklər.
Bu qərar icra olunarsa, ən çox zərər çəkən ölkələrdən biri Türkiyə ola bilər. Çünki həm İranla, həm də ABŞ ilə böyük həcmdə ticarəti var. Hazırda ABŞ-nin Türkiyədən idxal olunan mallara tətbiq etdiyi rüsum 15%-dir. ABŞ Türkiyənin 2-ci ən böyük ixracat bazarıdır. Belə ki, 2024-cü ildə ABŞ-yə ixracat 16,4 milyard dollar təşkil edib. (Ötən ilin rəqəmləri hələ açıqlanmayıb). Türkiyə İrandan neft, neft-kimya məhsulları və təbii qaz kimi vacib əmtəələr alır. 2024-cü ildə Türkiyə-İran ticarət həcmi 5,68 milyard dollar olub.
Azərbaycana gəldikdə isə, 2024-cü ildə İranla ticarət əməliyyatlarının həcmi 647 milyon dollar təşkil edib. ABŞ ilə ticarət dövriyyəsi isə 2025-ci ilin ilk 8 ayında 800 milyon dollar təşkil etsə də, bunun cəmi 45 milyonu ixracat olduğu üçün 25%-lik rüsum vəziyyətə ciddi təsir göstərməyəcək”, - Ş. Cəfərli qeyd edib.
Bu mövzuda digər xəbərlər:Trampın qərarı azərbaycanlılar üçün fürsət ola bilər
11 Aprel 2025 16:50
Trampın YENİ HƏDƏFİ: Türkiyə nə qədər zərər görəcək? KONKRET
27 Mart 2025 19:07
Türkiyə ən ideal vasitəçi ola bilər Çelik
25 Noyabr 2025 20:40
Trampın qərarından ən çox əziyyət çəkənlər...
03 Aprel 2025 21:41
Trampın ən çox verdiyi vədi açıqlandı
26 Dekabr 2024 23:19
Baxış sayı:32
Bu xəbər 13 Yanvar 2026 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















