DİMin keçirdiyi imtahanda abituriyentin şok fırıldağı CİNAYƏT İŞİ AÇILDI
Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bir neçə ay əvvəl Dövlət İmtahan Mərkəzinin keçirdiyi 2-ci qrup üzrə dövlət imtahanında iştirak edən abituriyentdən daşınması, satışı qadağan edilmiş mikro qulaqlıq aşkar edilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, abituriyentin ifadəsinin alınmasından sonra əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Mülki dövriyyəsi qadağan edilmiş xüsusi təyinatlı qulaqlığın Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olan və Ucar rayonunda yaşayan 1996-cı il təvəllüdlü Fərid Dadaşov tərəfindən satılması müəyyən edilib. Onun 430 manat müqabilində xanım abituriyentə həmin cihazı satdığı məlum olub. Faktla bağlı Cinayət Məcəlləsinin 302.3-cü (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq istehsal etmə, satma və ya satış məqsədilə əldə etmə) maddəsi ilə cinayət işi açılıb.
Araşdırmalarla müəyyən edilib ki, Fərid gizli yolla əldə və “M5”, “Azercell” mikromobil cihazları vasitəsilə ilə idarə edilən, naqilli, KH K-102 markalı, E321827 nömrəli mikro qulaqlığı internetdə satışa çıxarıb. Onun “Instagram” sosial şəbəkəsində istifadə etdiyi “mikroqulaqliq” səhifəsinə baxış keçirilib. Səhifənin yuxarı bölməsində “İmtahan stressinə son mikronauşniklər”, “mikronauşniklərin satışı”, “1 il mağaza zəmanəti” yazıları yazılıb, ünvan olaraq “Memar Əcəmi metrosu, MC donaldsın yanı” göstərilib.
Nəsimi Rayon Məhkəməsi ötən həftə cinayət işi üzrə hökm çıxarıb. Hökmə əsasən Fərid 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun ayağına elektron nəzarət cihazı yerləşdirilib.
Turqut Seyidov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 12 Dekabr 2024 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















