DİN in əməkdaşları Ulu Öndərin ildönümü ilə əlaqədar aksiyası keçirdi FOTO VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Daxili İşlər Nazirliyinin əməkdaşları və hərbi qulluqçuları Suraxanı rayonu ərazisindəki yaşıllıq massivində növbəti ağacəkmə kampaniyası keçiriblər.
Avtosfer.az xəbər verir ki, əvvəlcə polis əməkdaşları və hərbi qulluqçular ərazidə olan bitkilərə qulluq göstərib, yaşıllıq zonasında təmizlik işləri aparıblar. Sonra yerli iqlimə uyğunlaşdırılmış zeytun tinglərini əkib, onların suvarılmasını təmin ediblər. Tinglərin küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırıblar.
Ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək.


