DİN: “Telegram”da vətəndaşı aldadaraq onun maddi vəsaitini ələ keçirən şəxs saxlanılıb
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşı aldadaraq onun maddi vəsaitini ələ keçirən paytaxt sakini, 33 yaşlı Məhərrəm Ağarzayev saxlanılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Bu barədə "Bizimyol.info"ya DİN-in Mətbuat xidmətindən bildirilib.
O, “Telegram” sosial şəbəkə seqmentində “Remax” adlı kanal yaradaraq investisiya, yatırım kimi şirnikləndirici, heç bir iqtisadi əsası olmayan vədlər verib və rayon sakininin 2 min manatını dələduzluqla ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, vətəndaşa dəymiş maddi ziyanın tam şəkildə ödənilməsi təmin olunub.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
Həmin şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.

“Telegram”da dələduzluq edən şəxs saxlanılıb
18 Fevral 2025 18:15
“Telegram”da vətəndaşı aldadan dələduz tutuldu
09 Fevral 2025 20:22
Telegram da GÖZLƏNİLƏN FUNKSİYA
19 Fevral 2025 03:07
Telegram da yenilik var
21 Mart 2025 03:05
“Telegram” vasitəsilə vətəndaşı aldatdı
08 Fevral 2025 13:13

