Icma.az
close
up
RU
Dini liderlər İlham Əliyevə məktub ünvanladı

Dini liderlər İlham Əliyevə məktub ünvanladı

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm cənab Prezident,

Biz, Zati-alilərinizin ali təşəbbüs və himayəsi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP 29 çərçivəsində 2024-cü ilin 5-6 noyabr tarixlərində Bakı şəhərində “Dünya Dinləri Yaşıl Planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları Zati-alilərinizə səmimi salamlarımızı və xeyir-dualarımızı yetirməkdən şərəf duyuruq.

Azərbaycan Respublikasının dövlət başçısının Dini Liderlərin Qlobal Sammitinə himayədarlıq etməsi və özəl diqqəti tədbirimizə verilən ən böyük dəyərdir. COP 29 Bakı Zirvəsini Azərbaycan xalqının və dövlətinin böyük uğuru kimi qiymətləndirir, 2024-cü ilin Zati-aliləriniz tərəfindən Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini planetin gələcəyi naminə insan həmrəyliyinə xidmət edən dəyərli qlobal təşəbbüs kimi alqışlayırıq. Azərbaycanın ətraf mühitin qorunmasına verdiyi önəmi, bu istiqamətdə səmərəli addımlarını təqdir edir, Yer üzündə ilahi düzənin bərpası yönündə əhəmiyyətli fəaliyyət kimi dəyərləndiririk.

Zati-aliləri! Dini Liderlər olaraq biz, Azərbaycanda keçirilən COP 29 Sammitinin dünyada sülhə, qlobal atəşkəsə çağırışlar üçün faydalı və səmərəli müstəvi olacağına ümid edirik. Biz, Azərbaycan dövlətinin qlobal atəşkəs çağırışını bəyənir və ona öz dəstəyimizi ifadə edirik. Azərbaycanın son dönəmdə yaşadığı tarixi reallıqlar bir daha sübut edir ki, dünya hələ də yaradıcı və dağıdıcı qüvvələrin qarşıdurması ilə üz-üzədir. Hərbi cinayətlərə, ekoloji terror, vandalizm xarakterli dağıdıcı əməllərə qarşı biz bu gün Azərbaycanın timsalında təbiətə, ətraf mühitə qarşı cinayət əməllərinin ağır fəsadlarını aradan qaldıran, bərpa işlərini alternativ enerjiyə əsaslanan yaşıl iqtisadiyyat təməlləri üzərində həyata keçirən, bölgənin ekoloji tarazlığını bərpa edən qurucu, yaradıcı dövlət nümunəsini görürük. Ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan dövləti bu gün ekosidin, urbisidin və kultursidin ağır nəticələrini aradan qaldırmağın örnək modelini bütün dünyaya nümayiş etdirir.

Müdrik dövlətçilik təfəkkürü ilə Siz işğaldan azad olunmuş torpaqlarda məscid və məbədləri, müxtəlif dinlərə məxsus mədəni-mənəvi irs abidələrini xüsusi qayğı ilə bərpa etməklə Uca Yaradanın nəzərində və dindarların qəlblərində ucalırsınız. Hal-hazırda genişmiqyaslı quruculuq işləri, şəhər və kəndlərin yenidən inşa olunması, ən müasir infrastruktur layihələrinin həyata keçirilməsi Zati-alilərinizin və Azərbaycanın Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyevanın mənəvi dirçəlişə və əmin gələcəyə imza atması deməkdir. Allah Evlərinə yeni həyat verən Zati-alilərinizə və dəyərli ailənizə Uca Yaradandan xeyir-dualar diləyirik!

Möhtərəm cənab Prezident! Zati-alilərinizininsan qardaşlığı yönündə, irqi və dini dözümsüzlük, ksenofobiya hallarına qarşı qətiyyətli mövqeyini ürəkdən dəstəkləyirik. Sizin siyasi iradəniz sayəsində Azərbaycan dinlər, mədəniyyətlər, sivilizasiyalar arasında dialoq və əməkdaşlığa dair bir çox beynəlxalq əhəmiyyətli mütəmadi tədbirlərin, nüfuzlu Zirvə görüşlərinin ənənəvi ünvanıdır. Cənabınızın sivilizasiyalararası əməkdaşlıq müstəvisinə dövlət səviyyəsində dəstək və xeyir-dua verməsi bizi davamlı fəaliyyətlərə ruhlandırır.

Zati-aliləri! Dünya miqyasında dinlər və mədəniyyətlərarası əməkdaşlıq prosesinə dəyərli əməli töhfələrinizə, Dini Liderlərin Qlobal Sammitinə ali himayənizə görə dərin minnətdarlığımızı ifadə etməkdən şərəf duyur, bəşəri əhəmiyyətli fəaliyyətinizə görə ən xoş diləklərimiziqəbul etməyinizi rica edirik. Biz əminik ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan xalqı və dövləti beynəlxalq müstəvidə daha böyük uğurlara imza atacaqdır. Ulu Rəbbimizdən Zati-alilərinizin səy və əməllərinə rəvac verməsini diləyirik. Amin!”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Noyabr 2024 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see891

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see342

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see314

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see301

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see278

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see265

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see232

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see230

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see205

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see203

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see202

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see201

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see201

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see195

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see188

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see188

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see187

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see175

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri