Icma.az
close
up
RU
Dini siyasi alətə çevirmək mənəvi cinayətdir

Dini siyasi alətə çevirmək mənəvi cinayətdir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağdamda keçirilən regional konfransda belə cəhdlər kəskin pislənildi

Müasir dünyanın üzləşdiyi ən ağrılı və həssas problemlərdən biri insanların inancı ilə manipulyasiya, müxtəlif dini məzhəblər üzərində ideoloji və siyasi təxribat oyunlarıdır. Azərbaycanda dövlət-din münasibətləri möhkəm hüquqi baza və səmərəli institusional mexanizmlər əsasında qurulub. Ölkənin ali qanununda – Konstitusiyada təsbit olunmuş dünyəvilik prinsipi ilə vicdan azadlığı təmin edilir, dini icmaların fəaliyyəti qanunvericiliklə tənzimlənir. Əslində, bu hüquqi mexanizmlər həm dini azadlıqların qorunmasına, həm də milli dəyərlərə yad, zərərli ideoloji təsirlərin qarşısının alınmasına xidmət edir.

Çağdaş dövrdə istənilən siyasi quruluşda dövlət-din münasibətlərinin düzgün və balanslı şəkildə tənzimlənməsi cəmiyyətdə daxili sabitliyi, onun təhlükəsizliyini və davamlı inkişafını şərtləndirən amillər kimi böyük əhəmiyyətə malikdir. Mövhumat və fanatizm kimi, dini radikallıq da heç bir dinin mahiyyətini, onun bəşəri dəyərlərini əks etdirmir. Və yaxın tarixin təcrübəsi göstərir bu kimi təhdidlərə qarşı mübarizə ideoloji, maarifləndirici və sosial müstəvilərdə davamlı şəkildə aparılmaldır.

Erməni işğalından azad edilmiş Ağdamda 2 gün davam edən regional konfransda müzakirə olunan əsas mövzular mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətləri, habelə hüquqi və institusional mexanizmlərin gücləndirilməsi və profilaktik tədbirlər idi. Bu sırada dini radikalizmin ictimai-siyasi sabitliyə təhdid kimi özəl mövzu da yer alırdı.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə düzənlənən tədbirdə Dövlət Komitəsinin, Ağdam Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirakı ediblər. Konfransda maarifləndirmə işinin prioritetləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb, tədbir çərçivəsində “Dəyişən dünyada dövlətin din siyasətinin prioritetləri” və “Dini radikalizm ictimai-siyasi sabitliyə təhdid kimi” mövzular üzrə panellər təşkil olunub. Belə həssas mövzuları əhatə edən regional konfransın məhz Ağdam rayonunda təşkil edilməsi həm də rəmzi məna daşıyır.

***

Mövzu ilə bağlı XQ-yə açıqlama verən Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov əvvəlcə Azərbaycanda unikal din modelinin mövcud olduğunu bildirdi. Ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələrinin sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığını deyən C.Məmmədov Azərbaycan bu siyasəti əsrlərlə davam etdirildiyini və bunun bir ənənə forması aldığını önə çəkdi: “Müəyyən dövrlərdə müxtəlif dinlərin nümayəndələri məhz ölkəmizə ona görə pənah gətiriblər ki, burada onlara münasibət dözümlü və tolerant olub. Bu, xalqımızın tarixi uğurudur.

Ötən əsrin 90-cı illərinin əvvəllərində ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin ən çox diqqət yetirdiyi məsələrdən biri məhz dövlət-din münasibətlərinin tənzimlənməsi idi. Onun mütəmadi olaraq müxtəlif dini konfessiyaların rəhbərləri, din xadimləri və sahənin mütəxəssisləri ilə görüşləri, eləcə də Roma Papasının Azərbaycana səfəri bu siyasətin qorunub saxlanmasına xidmət edirdi. Ulu öndərin ən böyük xidmətlərindən biri kimi Dini İşlər üzrə Dövlət Komitəsinin yaradılmasını qeyd etmək istərdim. Bu, olduqca önəmli bir məsələ idi. Eyni siyasət bu gün davam etdirilir”.

Müasir dünyada İslam ölkələrinə qarşı bir neçə alətdən istifadə olunduğunu vurğulayan deputat din amilinin düşünülmüş şəkildə ortaya atılmasına diqqəti çəkdi: “Dini zəmində münaqişələrin, qarşıdurmaların yaradılması yolu ilə ölkələrdə daxili sabitliyin, birgəyaşayışın pozulması hallarını müşahidə edirik. Bu, çox aktual məsələdir və hazırda oxşar ssenarini Azərbaycanda da gerçəkləşdirməyə cəhd edən qruplar var. İranda baş verən proseslər dini ideologiya məsələsinin nə qədər önəmli və aktual olduğunu bir daha göstərdi.

Bu da bir reallıqdır və biz bunu etiraf etməlyik ki, Azərbaycanın dini mühiti kənar təzyiqlərin təsirinə məruz qalır. İstər İran, istər ərəb ölkələri, istərsə də Türkiyədəki müəyyən qrupların ölkəmizin dini atmosferinə təsirləri mövcuddur. Təəssüf ki, biz bu cür zərərli təmayüllərin qarşısını lazımi səviyyədə, həm də tam ala bilmirik. Son vaxtlar sosial şəbəklərdə – saxta profillərdə, müxtəlif qruplarda aparılan müzakirə və diskussiyalara diqqət yetirdikdə bunun əyani şahidi oluruq...”.

Azərbaycanda daxili ictimai-siyasi sabitliyi pozmaqdan ötrü həm Şimal, həm də Cənub qonşumuz tərəfindən vaxtaşırı etnik məsələrin qabardılmağa çalışıldığını, qarşıdakı mərhələlərdə də bunun təzahür edəcəyini istisna saymayan C.Məmmədov bununla bağlı tədbirlərin keçirilməsinin, müzakirə və diskussiyaların aparılmasının faydasını qeyd etdi: “Hesab edirəm ki, bununla bağlı iş iki istiqamətdə aparılmalıdır. Bölgələrdə fəaliyyət göstərən din xadimləri Azərbaycan dövlətinin bu yöndə apardığı siyasətdən, gördüyü işlərdən məlumatlıdırlar.

Dini komitənin nümayəndələrinin, konfessiya və icmaların rəhbərlərinin bir araya gəlməsində yalnız fayda var. Hesab edirəm ki, bundan daha vacib məsələ yerlərdə insanlarla, dindar kütlə ilə maarifləndirmə işlərinin aparılmasıdır. Yəni kütlənin buna daha çox ehtiyacı var. Yad təriqətlərin, təmayüllərin təsirə düşənlərin, böyük əksəriyyəti sosial mediadadır. Bu gün məhz bu dini kütlə arasında məqsədyönlü təbliğat işi aparmaq vacibdir. Çox geniş auditoriyanı əhatə edən bu şəbəkədə xüsusi səhifələrin və saytların yaradılması effektiv fəaliyyət sayıla bilər”.

Bu sahənin mütəxəssisinin sözlərinə əlavə olaraq bir məqamı da qeyd etməyi vacib sayırıq. Bu gün dünya sönməyən münaqişə ocaqlarının təhdidi ilə üz-üzədir. Xüsusilə cənub qonşumuzun cəlb olunduğu Yaxın Şərq münaqişəsi ilə bağlı davam edən proseslər fonunda Azərbaycanın Qarabağ iqtisadi rayonu olan Ağdamda dini mövzuda regional konfransın keçirilməsi aktuallığı ilə seçildi. Bu konfrans, eyni zamanda, müəyyən dövrlərdə və müxtəlif ölkələrdə öz faydaları üçün dindən silah, alət kimi istifadə edərək İslama ləkə gətirən pozuculuq fəaliyyəti göstərən qüvvələrə verilən tutarlı cavabdır.

Həmin qüvvələrin cəmiyyətimizin dini-ideoloji dayaqlarına zərər vurmağa cəhd etdikləri də sirr deyil. Regionun və dünyanın sağlam qüvvələri belə zərərli təmayüllərə, dini alətə çevirmək cəhdlərinə qarşı birgə sipər çəkməlidirlər. O cümlədən din xadimlərimiz fəaliyyətlərini günün tələblərinə uyğun şəkildə qurmalı, bu zaman dövlətçilik və vətənpərvərlik prinsiplərini əsas götürməlidirlər.

İ.HƏSƏNQALA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Aprel 2026 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri