Dini ziyarət üçün xaricə gedən azərbaycanlıların sayı artıb Ölkələr üzrə siyahı
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Bu ilin ilk yarısında turizm məqsədi ilə xarici ölkələrə 601 min 77 nəfər Azərbaycan vətəndaşı səfər edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricə səfər edənlərin 16 min 249 nəfəri və ya 2,7%-i xarici ölkələrə dini ziyarət məqsədi ilə gedib.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə dini ziyarət məqsədi ilə xaricə gedənlərin sayı artıb. Belə ki, 2024-cü ilin ilk yarısında 14 min 416 nəfər Azərbaycan vətəndaşı xarici ölkələrə dini ziyarətə gedib.
Dini ziyarət üçün gedənlərin yarıdan çoxu – 8 min 503 nəfəri Səudiyyə Ərəbistanına səfər ediblər. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə Səudiyyə Ərəbistanına səfər edən ziyarətçilərin sayı 17,7% artıb.
Azərbaycan vətəndaşları bu ilin ilk yarısında dini ziyarət üçün aşağıdakı ölkələrə səfər ediblər:
Səudiyyə Ərəbistanı – 8 503 nəfər;
Türkiyə – 3 874 nəfər;
Rusiya – 1 595 nəfər;
Birləşmiş Ərəb Əmirlikləri – 1 354 nəfər;
İran – 386 nəfər;
Gürcüstan – 193 nəfər;
İsrail – 114 nəfər;
Qazaxıstan – 99 nəfər;
İraq – 63 nəfər;
Özbəkistan – 28 nəfər;
Qətər – 21 nəfər;
Qırğızıstan – 2 nəfər;
Digər ölkələr – 16 nəfər.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Dincəlmək üçün ən yaxşı ölkələr Siyahı
12 Dekabr 2024 19:34
Azərbaycanlılar dini ziyarət üçün hansı ölkələrə gediblər? Tam siyahı
23 Fevral 2025 16:12
Azərbaycanlılar dini ziyarət üçün hansı ölkələrə səfər ediblər? Siyahı
02 Noyabr 2025 16:30
Noyabrda 197 xarici vətəndaş dini ziyarət üçün Azərbaycana gəlib Siyahı
23 Dekabr 2024 15:44
Dini ziyarət üçün Azərbaycana gələnlərin sayı kəskin azalıb
02 İyun 2025 16:03
Baxış sayı:48
Bu xəbər 30 İyul 2025 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















