Icma.az
close
up
RU
Diplom asılılığı cəmiyyəti geriyə aparır ekspert

Diplom asılılığı cəmiyyəti geriyə aparır ekspert

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son günlər sosial şəbəkələrdə məzun günü paylaşımlarına yazılan mənfi rəylər geniş müzakirə olunur. "Universiteti bitirib nə olacaqsınız ki? Axırda yenə marketdə kassir işləyəcəksiniz", - kimi neqativ şərhlər tez-tez diqqət çəkir.

Bəs bu cür ümumiləşdirici yanaşma nə dərəcədə doğrudur? Ali təhsil alan hər kəsi fiziki əməyə məhkum hesab etmək olarmı? Yoxsa bu fikirlər yalnız müəyyən səbəblərdən ixtisası üzrə işləyə bilməyən və ya akademik göstəriciləri zəif olan şəxslərin timsalında formalaşmış stereotipdir?

Digər tərəfdən, bu cür alçaldıcı və ümidsizlik yaradan şərhlər təhsil alan gənclərin motivasiyasına necə təsir edir? Belə yanaşmalar onların gələcəyə inamını və təhsilə münasibətini zəiflədə bilərmi? Bu mövzu son günlər cəmiyyətdə geniş müzakirə olunan məsələlərdən birinə çevrilib.

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elmin Nuri bildirib ki, hazırda “təki diplom olsun” anlayışı üstünlük təşkil edir:

“Əslində bu, çox problematik mövzudur. İstər dünyanın hansısa başqa yerində, istərsə də xüsusilə bizdə və Şərq düşüncə tərzində təhsilin, maarifçiliyin qarşısını alan ən böyük və ən qəribə amil ona olan sosial, ictimai yanaşmadır. Bu gün qəbul sistemimiz, elə universitet mühitinin özü, əmin olun ki, təhsil hadisəsindən daha çox ictimai münasibətləri əks etdirir. Bu gün valideyn üçün əsas məsələ övladının universitetə daxil olmasıdır. "Təki bir diplomu olsun" anlayışı üstünlük təşkil edir. Bu gün bizim valideynlər üçün övladının tələbə olması "mən qonşudan geri qalmayım" prinsipinə söykənir. Eləcə də övladının tələbə olması, xərclədiyi vəsaitin boşa getməməsi kimi xarakterizə olunur. Əmin olun ki, bu gün bir çox valideynlər sentyabrın 15-də dərs prosesi başlayandan sonra övladının təhsilinə heç nəzarət belə etmirlər. Bax, problem bundan ibarətdir”.

E.Nuri təhsilin xilasının onun rəqabət mexanizmi olmaqdan qurtulmalı olduğunu bildirib:

“Təhsil bilirsiniz nə zaman xilas olacaq? Əmin ola bilərsiniz ki, təhsil ictimai baxışların məngənəsindən qurtulanda xilas olacaq. Orta təhsildən ali təhsil pilləsinə keçid qonşu və qohumlar arasındakı rəqabətin təsiri altında baş verdiyi müddətdə təhsildən heç nə gözləyə bilmərik. Hamılıqla  ali təhsilimizin inkişafı, universitetlərimizin irəli getməsi üçün fikirlər səsləndiririk. Amma bu necə olacaq? Bu gün auditoriyaya daxil olan tələbələrin bir hissəsi mənasız rəqabətin içindən gəlirlər. Təbii ki, bu, hamıya aid deyil. Bu gün elə 17 yaşlı gənclərimiz var ki, qarşısına konkret hədəf qoyub və hədəfinə inamla irəliləyirlər. Mən abituriyentlərlə işləyən biri kimi bunu rahatlıqla deyə bilərəm. Elə valideynlər var ki, övladının gələcəyini çox düzgün planlaşdırır, hədəflərini çox dəqiq müəyyənləşdirir. Bunu tam səmimiyyətlə deyirəm. Lakin belə faktlar istisnadır. bunlar istisnadır. Biz bu gün təhsilə yalnız gələcək hədəflər kontekstində yanaşmalıyıq. Təhsil bizə nə qazandıracaq? Onun mahiyyəti nədir? Funksiyası nədir? Diplom asılılığı hansısa bürokratik sənədə bağlılıq deyil. Bu, psixoloji asılılıqdır. Abituriyent intiharları, onların depressiyaya düşməsi, ciddi demotivasiya yaşamalarının kökündə ictimai psixologiya dayanır. Bu gün qəbul sistemimizin özəyini də məhz ictimai psixologiya təşkil edir. Belə olduğu halda universitetlərin peşə perspektivini düzgün qiymətləndirə bilmirik. Biz bir məsələni bilməliyik ki, universitet əmək bazarı üçün müxtəlif ixtisaslar üzrə peşəkar kadr hazırlayan bir müəssisədir. Vəssalam. Universitetə bundan kənar yanaşma düzgün deyil.

Bu gün əmək bazarı ilə ayaqlaşa bilməməyimizin əsas səbəblərindən biri də universitetə baxışımızın düzgün olmamasıdır. Biz universitetə "mən necə peşəkar olacağam?" sualı ilə daxil olmuruq. Biz universitetə "nəhayət ki, tələbə oldum" düşüncəsi ilə daxil oluruq. Problem də məhz buradan başlayır".

Nicat Rüstəmzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 İyul 2026 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see241

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see240

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see236

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see235

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see232

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see230

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see228

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see216

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see214

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see211

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see208

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see204

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see195

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see195

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see195

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see194

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see193

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see191

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see188

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri