Icma.az
close
up
RU
Diplomat: Tramp beynəlxalq münasibətlərdə çoxtərəfliliyi gücləndirə bilər

Diplomat: Tramp beynəlxalq münasibətlərdə çoxtərəfliliyi gücləndirə bilər

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Donald Trampın Amerika administrasiyasının rəhbəri postuna qayıdışı beynəlxalq münasibətlərdə çoxtərəfliliyi gücləndirə və BRİKS-in dünyada təsirinin daha da artmasına töhfə verə bilər.

Bizimyol.info xəbər verir ki, bu fikri Braziliyanın Çindəki keçmiş səfiri Markus Karamuru deyib.

“Tramp gələndən sonra dünyada ticarət və investisiya sahəsində tam inqilab olacaq. Eyni zamanda, siyasi müstəvidə yeni ittifaqların formalaşması istiqamətində getdikcə aktiv tendensiya müşahidə olunacaq”, - deyə Braziliyanın "O Globo" qəzeti diplomatın sözlərindən sitat gətirib. Onun fikrincə, Trampın prezidentliyi dövründə BRİKS dünyada iqtisadi və geosiyasi çəkisini artırmağa davam edəcək, lakin “birlik ölkələrinin bəzi ambisiyaları, məsələn, dünya iqtisadiyyatının de-dollarizasiyası Amerika administrasiyasının böyük müqaviməti ilə üzləşəcək”.

Braziliya İqtisadi İnkişaf Milli Bankının keçmiş prezidenti Xose Piu Borgis diplomatın fikri ilə razılaşaraq, Trampın dövründə BRİKS ölkələri ilə Yeddilik (G7) ölkələri arasında iqtisadiyyatda uçurumun daha da artacağını vurğulayıb. “Hələ yeni ölkələr qoşulmazdan əvvəl BRİKS iqtisadiyyatı artıq G7-dən daha yüksək ÜDM-ə malik idi. İndi daha böyükdür, BRİKS G7-dən iki dəfə sürətlə böyüyür”, - deyə iqtisadçı qeyd edib.

Bundan əvvəl Bundestaqın (Almaniya Federativ Respublikası Parlamenti) “Almaniya üçün Alternativ” fraksiyasından olan deputatı Şteffen Kotre Rusiya mətbuatına müsahibəsində Trampın ABŞ prezidenti kimi daha az müdaxiləçi yanaşmaya riayət edəcəyi, xarici siyasətdə və çoxqütblü dünyanın formalaşmasına əngəl törətmək üçün Ağ Evin hazırkı sahibi Co Baydendən daha az iş görəcəyi barədə proqnoz verib.

Qeyd edək ki, Tramp noyabrın 5-də keçirilən seçkilərdə qalib gəlib. O, Demokratların nümayəndəsi, ABŞ-ın vitse-prezidenti Kamala Harrisi məğlub edib. Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Noyabr 2024 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri