Icma.az
close
up
RU
Diplomatik təşəbbüslər təkcə enerji və iqtisadi güc mərkəzi deyil, həm də... POLİTOLOQ RƏY BİLDİRDİ

Diplomatik təşəbbüslər təkcə enerji və iqtisadi güc mərkəzi deyil, həm də... POLİTOLOQ RƏY BİLDİRDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycanın İsrail və Suriya arasında vasitəçilik təşəbbüsü son illər ölkəmizin beynəlxalq münasibətlər sistemində artan diplomatik nüfuzunun bariz göstəricisi kimi qiymətləndirilə bilər. Münaqişə və qarşıdurmalarla dolu olan Yaxın Şərq regionunda vasitəçilik təşəbbüsü ilə çıxış etmək, təkcə siyasi iradə deyil, eyni zamanda regional güc, etimad və balanslı xarici siyasət tələb edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycanın bu prosesdə fəallıq göstərməsi onun beynəlxalq diplomatiyada daha fəal və etibarlı tərəfdaş kimi qəbul olunmağa başladığını göstərir: "Bu təşəbbüsün arxasında bir neçə əsas geosiyasi faktor dayanır. İlk növbədə, Azərbaycan uzun müddətdir ki, balanslı və çoxşaxəli xarici siyasət yürüdür. İsraillə strateji münasibətləri, xüsusilə müdafiə və texnologiya sahəsində sıx əməkdaşlıq üzərində qurulub. Eyni zamanda, Azərbaycan müsəlman dünyasının bir üzvü kimi Suriya və digər ərəb ölkələri ilə də diplomatik münasibətləri qoruyub saxlayır. Bu münasibətlər Azərbaycanın həm İsrail, həm də Suriya ilə əlaqə saxlayaraq neytral və etibarlı vasitəçi kimi çıxış etməsinə imkan yaradır.

Digər mühüm faktor Azərbaycanın geosiyasi mövqeyidir. Cənubi Qafqazın önəmli tranzit və enerji dəhlizləri üzərində yerləşən Azərbaycan regionda sabitlik və əməkdaşlıqdan ən çox faydalanan ölkələrdən biridir. Yaxın Şərqdə sabitliyin təmin olunması Azərbaycanın enerji və nəqliyyat layihələrinin təhlükəsizliyi üçün də vacibdir. Bu baxımdan, Suriya ilə İsrail arasında gərginliyin azaldılması regionda ümumi təhlükəsizlik mühitinə müsbət təsir göstərə bilər. Azərbaycanın son illərdə beynəlxalq təşkilatlarda, xüsusilə Qoşulmama Hərəkatı və BMT platformalarında fəallığı onun diplomatik statusunu daha da gücləndirib. Bu təşəbbüs həm də Azərbaycanın qlobal məsələlərdə söz sahibinə çevrilmək istiqamətində atdığı addımlardan biri kimi qiymətləndirilə bilər. Sülhə və dialoqa çağırış edən bu kimi vasitəçilik missiyaları ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırmaqla yanaşı, onun humanitar və sülhpərvər imicini də möhkəmləndirir. Azərbaycanın İsrail və Suriya arasında vasitəçilik təşəbbüsü yalnız iki ölkə arasında münasibətlərin normallaşmasına xidmət etmir, eyni zamanda Azərbaycanın regionda və beynəlxalq səviyyədə artan siyasi çəkisinin göstəricisidir. Bu cür diplomatik təşəbbüslər Azərbaycanın təkcə enerji və iqtisadi güc mərkəzi deyil, həm də sülh və sabitliyin təşviqində aparıcı aktor rolunda çıxış etdiyini bir daha təsdiqləyir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 İyul 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see238

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see217

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see200

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see187

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see172

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri