Diplomatik xidmət əməkdaşlarının attestasiyası Qayda təsdiqləndi
Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.
"Diplomatik xidmət əməkdaşlarının attestasiyasının keçirilməsi Qaydası" təsdiq edilib.
Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb.
Sənədə əsasən, Bu Qayda "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun müvafiq maddəsinə əsasən hazırlanmışdır və diplomatik xidmət əməkdaşlarının attestasiyasının (bundan sonra – attestasiya) həyata keçirilməsi qaydasını müəyyən edir.
Attestasiya diplomatik xidmət əməkdaşlarının peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsi, habelə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədilə keçirilir.
Əməkdaş müvafiq diplomatik vəzifədə ən azı 1 (bir) il daimi xidmət keçəndən sonra attestasiyadan keçirilə bilər. Əməkdaşlar attestasiyadan beş ildə bir dəfədən çox olmayaraq keçirilir və bu zaman onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır.
Diplomatik nümayəndəlikdə və ya konsulluqda xidmət keçən əməkdaş rotasiya əsasında geri çağırıldıqdan sonra attestasiyadan keçirilir.
Qayda ilə ətraflı buradan tanış olmaq mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 10 Dekabr 2025 19:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















