Icma.az
close
up
RU
Diplomatik xidmət orqanı əməkdaşlarının əsas vəzifələri və hüquqları müəyyənləşir

Diplomatik xidmət orqanı əməkdaşlarının əsas vəzifələri və hüquqları müəyyənləşir

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Diplomatik xidmət orqanı əməkdaşlarının əsas vəzifələri və hüquqları müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, diplomatik xidmət orqanı əməkdaşlarının əsas vəzifələri aşağıdakılardır:

- Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına, eləcə də Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə riayət etmək;

- vəzifə funksiyalarını yerinə yetirmək, rotasiya qaydalarına riayət etmək və məhdudiyyətlərə əməl etmək;

- rəhbərlərinin öz səlahiyyətləri hüdudlarında verdikləri əmrləri, sərəncamları və göstərişləri vaxtında və keyfiyyətlə yerinə yetirmək;

- diplomatik nümayəndəlikdə və konsulluqda xidmət, eləcə də xidməti ezamiyyətlər dövründə qəbul edən dövlətin qanunvericiliyinə, həmçinin adət-ənənələrinə hörmətlə yanaşmaq və daxili işlərinə qarışmamaq, Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrlə, eləcə də qanunla müəyyən olunmuş güzəştlərdən, imtiyazlardan və immunitetlərdən sui-istifadə etməmək, o cümlədən onunla birlikdə yaşayan ailə üzvlərinin də eyni şəkildə davranmalarını təmin etmək;

- diplomatik xidmət orqanlarının nüfuzuna xələl gətirən əməllərə yol verməmək, eləcə də həmin hərəkətləri və əməlləri dəstəkləməmək və ya təşviq etməmək;

- dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müraciətlərinə qanunla müəyyən edilmiş qaydada baxmaq;

- normativ hüquqi aktlarla müəyyən edilmiş hallarda və qaydada öz xidməti vəzifələrinin icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi müayinədən keçmək;

- etik davranış qaydalarına, əmək və icra intizamına riayət etmək;

- diplomatik nümayəndəlikdə və ya konsulluqda müvafiq vəzifəyə təyin olunduqda təyinat tarixində və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmış tarixdə təyin olunduğu diplomatik nümayəndəliyə və ya konsulluğa gəlmək, həmçinin diplomatik nümayəndəlikdən və ya konsulluqdan tutduğu vəzifədən azad edildikdə (geri çağırıldıqda) azad edilmə (geri çağırılma) tarixindən etibarən 10 (on) iş günü müddətində və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmış tarixdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qayıtmaq;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən beynəlxalq təşkilatın orqanına işləməyə göndərildikdə vəzifə səlahiyyətlərinin icrasına başlayacağı tarixdə və ya müvafiq beynəlxalq təşkilatın orqanı ilə razılaşdırılmış tarixdə həmin orqana gəlmək və öz vəzifələrinin icrasına başladığı tarixdən etibarən 3 (üç) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) yazılı şəkildə məlumatlandırmaq;

- beynəlxalq təşkilatın orqanında fəaliyyətini bitirdikdə və ya fəaliyyətinin bitmə müddətindən əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən geri çağırıldıqda fəaliyyətin bitmə və ya geri çağırılma tarixindən etibarən 10 (on) iş günü müddətində, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmış tarixdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qayıtmaq;

- əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə keçirilən görüşlər barədə xidmətdə olduğu diplomatik xidmət orqanının rəhbərini və ya tabeliyində xidmət keçdiyi vəzifəli şəxsi məlumatlandırmaq;

- əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə nikaha daxil olduqda, həmçinin əməkdaşın övladları tərəfindən belə nikah bağlandıqda, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) 10 (on) iş günü müddətində məlumatlandırmaq;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) və ya tabeliyində xidmət keçdiyi vəzifəli şəxslə razılaşdırmaqla qəbul edən dövlətin ərazisini tərk etmək;

- diplomatik nümayəndəlikdə və konsulluqda xidmət dövründə qəbul edən dövlətdə silahlı münaqişə baş verdikdə, hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, fəaliyyət və hərəkətlərini xidmət keçdiyi diplomatik xidmət orqanının rəhbəri ilə razılaşdırmaq, onun və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaranmış vəziyyətlə bağlı göstərişlərini yerinə yetirmək;

- vəzifə borcunun yerinə yetirilməsi ilə əlaqədar vətəndaşların şəxsi, ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı daxil olan məlumatları gizli saxlamaq, eləcə də hər hansı şəxs barəsində fərdi məlumatların toplanılmasını və işlənilməsini “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirmək;

- “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş dövlət sirrini təşkil edən məlumatların daşıyıcıları ilə iş qaydalarına əməl etmək, dövlət sirrini və qanunla mühafizə edilən digər sirrləri həmişə, o cümlədən diplomatik xidmət orqanlarında xidmətinə xitam verildikdən sonra da saxlamaq, onlardan diplomatik xidmət orqanlarında xidmətlə bağlı olmayan məqsədlər üçün istifadə etməmək.

Diplomatik xidmət orqanının əməkdaşları aşağıdakı əsas hüquqlara malikdirlər:

- xidməti vəzifələrini yerinə yetirmək üçün həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən xidmət şəraiti ilə təmin olunmaq;

- Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrlə, eləcə də qanunla müəyyən olunmuş güzəştlərdən, imtiyazlardan və immunitetlərdən istifadə etmək;

- xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icrası məcburi olan göstərişinin və ya əmrinin qanuniliyi və ya dürüstlüyü şübhə doğurursa, onların yazılı şəkildə verilməsini tələb etmək;

- dövlət məvacibi almaq;

- əlavə təhsili və xidməti vəzifələrinin yerinə yetirilməsinə münasibəti nəzərə alınmaqla xidmətdə irəli çəkilmək iddiasında olmaq;

- öz şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməli olan rəylər və digər sənədlərlə tanış olmaq, onların surətlərini əldə etmək, habelə öz izahatlarının şəxsi işə əlavə edilməsini tələb etmək;

- şərəf və ləyaqətinə xələl gətirən məlumatların təkzib edilməsi üçün xidməti araşdırmanın aparılmasını tələb etmək;

- müvafiq orqanlarda və məhkəmədə öz hüquqlarını və qanuni mənafeyini müdafiə etmək;

- elmi və yaradıcılıq fəaliyyəti ilə, həmçinin xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icazəsi ilə pedaqoji fəaliyyətlə məşğul olmaq;

- əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək (əgər bu, maraqların toqquşması və korrupsiya hüquqpozmalarına səbəb olmursa);

- həmkarlar ittifaqlarında birləşmək;

- normativ hüquqi aktlarda başqa hal nəzərdə tutulmayıbsa və bu, diplomatik xidmət orqanı əməkdaşının vəzifələrinin icrası ilə bir araya sığmayan deyilsə, ictimai birliklərə üzv olmaq;

- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada dövlət vəsaiti hesabına əlavə təhsil almaq və müvafiq təlim keçmək;

- normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda və qaydada məzuniyyət və sığorta hüquqlarından istifadə etmək, pensiya, müavinət və kompensasiyalar almaq.

Qeyd edək ki, qüvvədə olan “Diplomatik xidmət haqqında” qanunda diplomatik xidmət orqanı əməkdaşlarının əsas vəzifələri və hüquqlarına dair müddəalar əksini tapmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 Dekabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see150

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see143

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see138

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see133

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see132

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see127

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see127

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see123

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see122

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see121

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see120

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see119

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see117

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see115

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see113

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see113

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see113

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see110

Çin ABŞ a nadir torpaq metallarının ixracını dayandırıb

14 Aprel 2025 12:15see108

Goldman neft qiymətlərinin 2026 cı ildə daha da düşəcəyini gözləyir

14 Aprel 2025 11:53see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri