Icma.az
close
up
RU
Diplomatiyanın Vaşinqton paradı : zəruri söz ardı

Diplomatiyanın Vaşinqton paradı : zəruri söz ardı

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Haqlı olaraq tarixi hadisələr hesab edilən Vaşinqton görüşləri əsasən iki hissədən ibarət idi. Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a işgüzar səfərinin özü, Azərbaycan-Amerika münasibətlərinə dair danışıqlar, görüşlər, imzalanan sənədlər birinci hissəyə aid edilə bilər. İkinci hissəyə gəlincə, bu, Azərbaycanla Ermənistan arasında postmüharibə münasibətlərinə - normallaşma prosesinə, xüsusilə "Sülh və dövlətlərarası münasibətlərin təsis olunmasına dair birgə bəyannamə"nin imzalanmasıdır.

Bu görüşlər, imzalanan səmədlər, verilən bəyanatlar haqqında çox şərh verilib. Sanki hər şey deyilib. Mən də bu haqda bir neçə yazı yazmışam. Ancaq, məncə, deyilməyən, təhlil edilməmiş məqamlar da, nüanslar da hələ yetrincə çoxdur. Bu yazıda da həmin məqamlara bacardıqca toxunacam.

Əvvəla, Azərbaycan avqustun 8-də təkcə Ermənistanla dövlətlərarası münasibətləri sıfırdan qurmağa dair sənəd imzalamadı, nə qədər qəribə səslənsə də, Amerika Birləşmiş Ştatlarının özü ilə Cozef Baydenin prezidentliyi dövründə və onun günahı üzündən sıfıra düşmüş dövlətlərarası münasibətləri də yenidən təsis etdi.

Təsəvvür edin, Birləşmiş Ştatların əvvəlki administrasiyasının bütün səlahiyyət müddətində - tam 4 il ərzində pozulmuş münasibətlər yeni prezident Donald Trampın səlahiyyət müddəti başladıqdan sonrakı 6 ayda yenidən bərpa etmək, üstəlik bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq, doğrusu, diplomatik möcüzə sayıla bilər. Diplomatik triumf da demək olar. Mən şəxsən belə adlandırardım.

Yadınızda varsa, prezident İlham Əliyev hələ bu ilin lap əvvəlində - yanvarın 7-də yerli telekanallara müsahibəsində ABŞ-la münasibətləri bərpa etməyi, hətta əvvəlkindən də yüksəyə - strateji tərəfdaşlıq səviyyəsinə daşımağı Azərbaycan xarici siyasətinin əsas priootet məqsədlərindən biri kimi vurğulamışdı. Prezident həmin müsahibəni verəndə Donald Trampın yeni prezident səlahiyyətlərinə başlamasına - andiçmə mərasiminə hələ iki həftə vaxt var idi. Üstəlik həmin vaxt Co Bayden öz administrasiyasının son günlərində yeni seçilmiş prezidentin barəsində cinayət təqibini həyata keçirirdi; Trampın yeni dövlət başçısı kimi legitimliyini mübahisələndirməyə cəhdlər edirdi.

Bax, o cür şəraitdə Azərbaycan prezidenti İlham Əliyev Donald Trampın hakimiyyəti dövründə - mümkün qədər qısa müddətdə Birləşmiş Ştatlarla münasibətləri bərpa etməyi hədəfləyirdi. Bu, şüurlu, praqmatik strateji seçimin bəyanı olmaqla yanaşı, həm də Trampa siyasi və insani dəstəyin ifadəsi idi. Həmin bəyanatın özü də o zaman Amerika-Azərbaycan münasibətlərinin gələcəyinə təsir etdi, yəni bugünkü nəticələrin əldə olunmasını şərtləndirdi.

Bu, öz yerində. Amma eyni zamanda bu gün bir daha təsdiq olundu ki, prezident İlham Əliyev heç bir vədi boş yerə vermir; heç bir sözü havaya atmır. Əvvəllər də olduğu kimi, bu dəfə də bir daha sübut olundu: Azərbaycan dövlətinin başçısı dediyini edən, etdiyini deyən bir siyasətçidir. O, əsl Qafqazlı olduğunu isbatladı; Qafqazlılara xas kişi sözünü siyasətə şamil etdi. Yüksək diplomatiyaya insani başlanğıc gətirmiş oldu. Məhz bunun da nəticəsi olaraq, Azərbaycan Dünyanın bir nömrəli dövləti olan Amerika ilə sıfıra düşmüş münasibətləri nəinki əvvəlki vəziyyətinə qaytardı, hətta, dediyim kimi daha da yüksəyə qaldırmağa nail oldu.

Vaşinqtonda Azərbaycan televiziyalarına müsahibəsində prezident İlham Əliyev ABŞ-la strateji tərəfdaşlığı "Azərbaycanın milli maraqlarının qorunması üçün çox önəmli" hesab etdiyini xüsusi vurğulayıb. Başqa sözlə, bunu dövlətin strateji hədəfləri sırasına aid edib. Heç də təsadüfi deyil ki, prezident Vaşinqtonu dünyada "birinci paytaxt", Ağ Evi "bir nömrəli ofis", Trampı "ən qüdrətli prezident" adlandırıb. Bunlar, elə belə sözgəlişi, yəni qulağa xoş gəlsin deyə söylənmiş sözlər deyildi: Amerika üçün Azərbaycanla münasibətlərdə şəxsən İlham Əliyev özlüyündə ayrıca çox önəmli - həlledici faktor olduğu kimi, Donald Tramp da Azərbaycan üçün Birləşmiş Ştatlarla münasibətlərin yenidən bərpasında və inkişafında mühüm faktordur. Hə, deyə bilərsiniz ki, 3 il yarımdan sonra Tramp gedəcək, Ağ Evə başqası gələcək. Ancaq unutmamalıyıq: Amerikada dövlət qərarlarını dəyişmək elə də asan olmur; bu, prosedurlar ölkəsidir. Misalı da uzaqdan gətirməyəcəm: 33 il əvvəlki administrasiyadan qalmış 907-ci düzəliş hələ də ləğv edilməyib; Tramp, sadəcə, bu düzəlişin hüquqi qüvvəsini dayandırdı. Hər şey elə də sadə və asan deyil. Azərbaycanla imzalanan sənədlərdən də kiminsə sonradan geri çəkilməsi asan deyil. İki liderin indiki mərhələdə dövlətlərarası münasibətlərdə önəmli faktor olduğunun dərk və qəbul edilmiş olması və nəticədə əlaqələrin ildırımsürətli yüksəlişi, bax, bu səfərin, bu görüşlərin birinci çox əhəmiyyətli cəhətidir.

Vaşinqton görüşlərinin ikinci mühüm özəlliyi isə birdən-birə bu qədər tarixi hadisənin bir günə sığışdırılmasıdır. ATƏT-in keçmiş-bitmiş Minsk Qrupunun 28 illik fəaliyyətini (daha doğrusu, fəaliyyətsizliyini) hələ qoyuram bir tərəfə, 44 günlük müharibədən keçən 5 ilə yaxın müddətdə nə Rusiya, nə Avropa İttifaqı ABŞ-ın bir gündə etdiklərini edə bilməyib. Ya da heç etmək istəməyib.

Qısa haşiyə çıxaq:

Əvvəlki dövrdə olduğu kimi, yenə də Moskva, eləcə də, Brüssel və Paris özlərinə lazım olan "sülh" üçün çalışırdılar. ABŞ prezidenti isə Azərbaycanlı həmkarının mövqeyini dəstəklyərək - çünki sülh sazişinin təşəbbüsçüsü və müəllifi İlham Əliyevdir- Azərbaycana və Ermənistana, bu ölkələrin, eləcə də, bütövlükdə bölgənin xalqlarına lazım olan sülh modelinə üstünlük verdi. Azərbaycan prezidentinin hədəflədiyi, qarşı tərəfə də qəbul etdirdiyi və ABŞ-ın birmənalı dəstəyinə nail olduğu model məhz bu idi.

Bir az əvvələ, bir fikrimə yenidən qayıdıram: başqa böyük güclərin 4-5 ilə edə bilmədiyini ABŞ bir gündə etdi. Bu, mühüm tarixi hadisələrin Vaşinqton paradı idi; bir gündə Azərbaycanla ABŞ arasında mühüm sənədlər imzalanır, Azərbaycanla Ermənistan arasında normallaşmaya dair bəyannamə qəbul edilir, bəyannaməyə ABŞ prezidenti də imzasını atır.

Təsəvvür edin: Cənubi Qafqazda dayanıqlı sülh üçün təkcə keçmiş düşmən tərəflər deyil, Birləşmiş Ştatlar da öhdəlik götürür, Zəngəzur dəhlizi hər üç tərəfi, eləcə də, Türkiyəni təmin edəcək formul üzrə açılır; Azərbaycanın əsas hissəsindən Naxçıvana keçid, Türkiyədən Mərkəzi Asiyaya daha qısa və maneəsiz quru yol təmin edilir, bölgədə sülhü və sabitliyi təhdid edən aktorlar, o cümlədən, Fransa oyundankənar qalır. Azərbaycana qarşı ABŞ Konqresinin 33 il əvvəl tətbiq etdiyi ədalətsiz sanksiya - 907-ci düzəliş datandırılır, prezident İlham Əliyevin də öz müsahibəsində qeyd etdiyi kimi, funksionallığını çoxdan itirmiş məşhur- məşum Minsk Qrupunun yuridik ləğvi üçün ATƏT-in baş katibinə həm Azərbaycan, həm Ermənistan birgə müraciət edir. Artıq dediyimiz kimi, Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığa start verilir - sənəd imzalanır və işçi qrupu yaradılır və sair və ilaxır.

Bu qədər mühüm hadisəni bir günə sığışdırmaq - bir gün ərzində bu qədər yüksək, müsbət nəticəyə imza atılması hər halda ən yaxın tarixə bəlli deyil; görünməmiş bir performansdır. Burada təbii ki, Azərbaycan prezidentinin özünün yüksək diplomatik məharəti həlledici rol oynayır - Donald Tramp da bunu fərqindəydi; İlham Əliyevə: "Danışıqları yaxşı aparırsan" dedi. Eyni zamanda başqa bir önəmli fakt da var: Azərbaycan son 20-30 ildə təkcə yüksək döyüş qabiliyyətli ordu yaratmaqla qalmayıb, yüksək beynəlxalq standartlara və meyarlara uyğun gələn professional diplomatlar ordusu da qura bilib. Bu diplomatlar ordusunun da başında, təbii ki, əvvəlki yazılarımdan birində Ali Baş Diplomat adlandırdığım Prezident İlham Əliyev dayanaraq, öz missiyasını cəsarətlə və məharətlə həyata keçirir. Nəticələri də göz qabağındadır. Görünən kəndə nə bələdçi?!

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 11 Avqust 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri