Icma.az
close
up
RU
Diplomatların yaşayış sahəsi ilə təminatı qaydası müəyyənləşib

Diplomatların yaşayış sahəsi ilə təminatı qaydası müəyyənləşib

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Diplomatların yaşayış sahəsi ilə təminatı qaydası müəyyənləşib.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13.15-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının dövlət orqanlarının aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə və konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin və konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələrinə və onların (aparatlarının) işçilərinə təminat və kompensasiyaların verilməsi Qaydaları”nda əksini tapıb.

Nümayəndələrin və onların (aparatlarının) işçilərinin tutduqları vəzifə və ailə üzvlərinin sayı nəzərə alınmaqla məişət ləvazimatı (mebel, inventar və avadanlıqlar) ilə komplektləşdirilmiş yaşayış sahəsi ilə təmin olunması üçün xərclər smetasında müvafiq vəsaitlər nəzərdə tutulur. Həmin vəsaitlər nümayəndələr, onların (aparatlarının) işçiləri və onlarla birlikdə yaşayan ailə üzvləri üçün yaşayış sahəsinin icarəsi ilə bağlı xərcləri, o cümlədən nümayəndələrin və onların (aparatlarının) işçilərinin xidmət keçdiyi dövlətin qanunvericiliyinə uyğun olaraq yaşayış sahəsinin icarəyə götürülməsi ilə bağlı digər xərcləri təmin etməlidir. Nümayəndələrin və onların (aparatlarının) işçilərinin yaşayış sahəsi üzrə kommunal xidmətlərinin haqqı nümayəndələrin və onların (aparatlarının) işçilərinin şəxsi vəsaiti hesabına ödənilir. Nümayəndələrin və onların (aparatlarının) işçilərinin yaşayış sahəsi ilə təminatı xərclər smetasında qeyd olunan məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində bu Qaydalarda müəyyən edilən normalar əsasında həyata keçirilir.

Nümayəndələrin və onların (aparatlarının) işçilərinin

yaşayış yeri ilə təminatı normaları

Sıra

№-si

Vəzifələrin adları

Yaşayış sahəsinin yuxarı həddi (kvadratmetr)

1.

Ticarət nümayəndəsi

80

2.

Hərbi attaşe (nümayəndə), təhsil məsələləri üzrə müşavir, mədəniyyət mərkəzinin direktoru,

Daxili İşlər Nazirliyinin nümayəndəsi, gömrük attaşesi (nümayəndə)

70

3.

Hərbi attaşenin (nümayəndənin) müavini, hərbi

attaşenin (nümayəndənin) baş köməkçisi, NATO-nun müvafiq strukturlarında və sülhməramlı birləşmiş çoxmillətli qərargahlarında Azərbaycan

Respublikasının Silahlı Qüvvələrini təmsil edən Müdafiə Nazirliyinin büdcəsi hesabına saxlanılan hərbi qulluqçuları

60

4.

Hərbi attaşenin (nümayəndənin) köməkçisi, ticarət nümayəndəsinin aparatının baş məsləhətçisi, mədəniyyət mərkəzinin direktorunun müavini

50

5.

Hərbi attaşenin (nümayəndənin) referenti, ticarət

nümayəndəsinin aparatının məsləhətçisi, mədəniyyət mərkəzində baş məsləhətçi

40

6.

Digər işçilər

35

Nümayəndələr və onların (aparatlarının) işçiləri ilə birlikdə yaşayan 2 (iki) və daha çox ailə üzvü olduqda göstərilən yaşayış sahəsinin yuxarı həddi (adambaşına düşən yaşayış sahəsi 12 kvadratmetrdən artıq olmamaqla) artırıla bilər. Yaşayış sahəsinə yataq otaqlarının tutduğu sahə daxil edilir.

Yaşayış yerinin sahəsi nəzərdə tutulmuş normalardan (müvafiq qaydada artırılmış normalar nəzərə alınmaqla) artıq olduğu təqdirdə, artıq olan sahənin haqqı nümayəndələrin və onların (aparatlarının) işçilərinin öz şəxsi vəsaiti hesabına ödənilir. Nümayəndələr və onların (aparatlarının) işçiləri qəbul edən dövlətlərdə fəaliyyət göstərdikləri şəhərlərdə Azərbaycan Respublikasının mülkiyyətində olan yaşayış sahələri ilə təmin olunduqları hallarda həmin sahələrə görə icarə haqqı ödənilmir. Nümayəndələr və onların (aparatlarının) işçiləri tərəfindən yaşayış sahəsi icarəyə götürüldükdə həmin sahənin icarəsi üçün ödənilən haqqın məbləği onların xidmət keçdikləri dövlətin müvafiq yaşayış məntəqəsində mövcud olan qiymətlərin orta səviyyəsinə uyğun müəyyən edilir. Qiymətlərin orta səviyyəsinin müəyyən edilməsi məqsədilə müvafiq yaşayış məntəqəsində yaşayış sahəsinin icarəsi ilə məşğul olan şəxslərə (3-dən az olmamaq şərtilə) sorğu edilir. Yaşayış sahəsi icarəyə götürüldükdə icarəyə verənlə icarə müqaviləsi həmin sahədə yaşayacaq nümayəndələr və onların (aparatlarının) işçiləri tərəfindən bağlanılır. Bu müqavilə nümayəndənin və onun (aparatının) işçilərinin təyin olunduğu dövlətə gəldiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq, fəaliyyətə yeni başlamış nümayəndə və onun (aparatının) işçiləri tərəfindən isə 30 (otuz) gündən gec olmayaraq bağlanılmalıdır. Həmin müddət ərzində mehmanxanadan istifadə olunduqda, mehmanxana xərcləri həmin dövlət üçün “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarı ilə müəyyən olunmuş mehmanxana xərcləri normalarından artıq olmamalıdır. Qeyd olunan müddət ərzində müqavilə bağlanılmadıqda mehmanxana xərcləri nümayəndənin və onun (aparatının) işçilərinin şəxsi vəsaiti hesabına ödənilir.

İcarə müqaviləsində digər şərtlərlə yanaşı, aşağıdakıların da nəzərdə tutulması zəruridir:

- yaşayış sahəsinin ölçüləri, icarə müddəti və ödəniş şərtləri;

- icarəçinin hər hansı vergi ödəməli olmaması;

- icarəçinin xidməti zərurətlə əlaqədar icarə müqaviləsinə istənilən vaxt xitam vermək hüququnun olması;

- yaşayış sahəsi və oradakı mebel, inventar və digər avadanlığın icarəyə verənin hesabına sığortalanması;

- yaşayış sahəsi və oradakı mebel, inventar və digər avadanlığın təmir xərclərinin (təbii aşınma nəzərə alınmaqla) icarəyə verən tərəfindən ödənilməsi.

Yaşayış sahəsinin icarə xərcləri aylıq əsasda ödənilir. Yaşayış sahəsinin icarə xərclərinin illik məbləğinin icarəyə verənə əvvəlcədən ödənilməsinə icazə verilmir. Yalnız qəbul edən dövlətin yaşayış sahəsinin icarə prosedurlarına əsasən icarə xərclərinin illik ödənilməsi tələb olunduğu halda nümayəndələrin və onların (aparatlarının) işçilərinin tabe olduğu dövlət orqanının razılığı ilə yaşayış sahəsinin icarə xərclərinin ən çoxu 1 (bir) illik məbləği əvvəlcədən ödənilə bilər. Yaşayış sahəsinin icarə xərclərinin ödənilməsi xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində nümayəndə və onun (aparatının) işçiləri ilə icarəyə verən arasında bağlanılmış icarə müqaviləsi əsasında bu Qaydalarıa uyğun olaraq həyata keçirilir. Nümayəndə və onun (aparatının) işçiləri ilə birlikdə yaşayan ailə üzvlərindən biri eyni xarici dövlətdə nümayəndə və ya onun (aparatının) işçisi qismində çalışdığı halda yaşayış sahəsi üçün icarə xərci yalnız ailə üzvlərindən birinə ödənilir.

Nümayəndələrin və onların (aparatlarının) işçilərinin yaşayış sahəsinin icarəsi zamanı girov kimi depozitə qoyulmuş dövlət büdcəsi vəsaitinin qaytarılması təmin olunmadığı halda həmin vəsait aidiyyəti nümayəndədən və onun (aparatının) işçilərindən tutulur. Yaşayış sahəsinin və oradakı mebel, inventar və avadanlığın təbii aşınması ilə əlaqədar olmayan təmir xərcləri nümayəndələrin və onların (aparatlarının) işçilərinin şəxsi vəsaiti hesabına ödənilir. Nümayəndələr və onların (aparatlarının) işçiləri icarəyə götürdüyü yaşayış sahəsini icarəyə verənə təhvil verərkən icarəyə verəndən həmin nümayəndəyə və onun (aparatının) işçilərinə qarşı icarə öhdəlikləri ilə əlaqədar heç bir iddianın olmadığı barədə yazılı təsdiqedici sənəd almalıdır. Yaşayış sahəsinin icarəyə götürülməsi ilə bağlı bu Qaydaların 5-ci hissəsində nəzərdə tutulmuş şərtlərlə icarəyə verən razılaşmadıqda və müvafiq ərazidə daha sərfəli şərtlərə yaşayış sahəsinin icarəyə götürülməsi mümkün olmadıqda qeyd olunan icarə şərtləri nümayəndələrin və onların (aparatlarının) işçilərinin tabe olduğu dövlət orqanının və Maliyyə Nazirliyinin razılığı əsasında dəyişdirilə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Aprel 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see254

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see216

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see214

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see200

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see182

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see147

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see141

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see135

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see132

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see130

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see129

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see127

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see127

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see127

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see126

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see126

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see125

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see125

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see123

Misli Premyer Liqası: “Araz Naxçıvan” “Sabah”la üz üzə

25 Oktyabr 2025 09:32see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri