Diplomsuz işləyən estetik cərrahlara icazəni kim verir? Deputatlar ayağa qalxdı VİDEO
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Diplomsuz işləyən estetik cərrahlarla bağlı problem Milli Məclisdə gündəmə gətirilib.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, deputat Səyyad Salahlı deyib ki, diplomsuz işləyən estetik cərrahlara icazəni kim verir?
"Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı isə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, gələn il pensiyaların orta məbləği 535 manat olacaq.
Deputat Arzuxan Əlizadə təklif edib ki, pensiya yaşına qədər ölən şəxsin pensiya fondunda yığılan pulu ailəsinə verilsin.
Millət vəkili Ceyhun Məmmədov isə təhsil müəssisələri ilə bağlı problemlərə diqqət çəkib.
Deputat Soltan Məmmədov autizm pozuntusunun erkən aşkarlanması üçün dövlət proqramının qəbulunu təklif edib. Bildirib ki, bu problemin həllinə bu cür sistemli yanaşma hazırda səhiyyə və sosial müdafiə sahəsində həyata keçirilən tədbirlərin effektivliyini daha da artırmış olacaq. Onu da deyək ki, 2025-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 26 Noyabr 2024 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















