Icma.az
close
up
RU
Diqqət! Aritmiya ölümlə nəticələnə bilər

Diqqət! Aritmiya ölümlə nəticələnə bilər

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Aritmiya ürək döyüntülərinin, vurğularının ritminin dəyişməsi, requlyarlığının pozulmasıdır. Aritmiyaların çox növü var.

Həyati təhlükəsiz aritmiyalarla yanaşı, həyat üçün ciddi təhlükələr törədən, ani ölümlərə səbəb olan aritmiyalar da mövcuddur. Aritmiyalar ürəkdə əsasən döyüntü, çırpıntı şəklində hiss edilir, sanki ürək çalxalanır. Bununla yanaşı, nəbzdə ürək döyüntülərinin requlyarlığının pozulması, arada nəbzin itməsi kimi hiss oluna bilər. Aritmiyalar anadangəlmə və sonradan qazanılmış olur. Anadangəlmə aritmiyalar anadangəlmə ürək problemləri fonunda yaranır. Yaşa görə də aritmiya növləri dəyişir. Gənc yaşlarda daha çox sadə aritmiyalara rast gəlinir. Buna tibdə ekstrasistoliya deyilir. Bəzən də irsi faktorlardan qaynaqlanan çox ciddi aritmiyalar meydana gəlir. Belə ki, uzun Kute sindromu, qısa Kute sindromu, Bruqada sindromu kimi xəstəliklərin yaratdığı aritmiyalar, ani mədəcik aritmiyaları ani ölümlərə səbəb olur. Yaşlılarda daha çox təzyiqin, şəkərin, ürək-damar xəstəliklərinin əmələ gətirdiyi aritmiyalar qeydə alınır. Bu zaman da aritmiyanın yaranma səbəbini öyrənmək və ona uyğun müalicə təyin etmək lazımdır.

Bu barədə AZƏRTAC-a Mərkəzi Klinikanın invaziv kardioloqu Oqtay Musayev məlumat verib.

Mütəxəssis bildirib ki, aritmiyanı müəyyən etmək üçün ən sadə üsul elektrokardioqraf ilə müayinədir: “Bəzən aritmiya olur və keçir, elektrokardioqramada aşkarlanmır. Lakin xəstənin şikayətləri aritmiya şübhəsi yaradırsa, aritmiyanı dəqiq müəyyənləşdirmək üçün Holter elektrokardioqrafiya adlanan, 24-48 saat ərzində ürək vurğularının qeydiyyatını aparan müayinə üsullarından istifadə olunur. Bu üsulla xəstə yatarkən belə onda baş verən aritmiyaları müəyyən etmək mümkündür. Həmin üsullarla 60 faiz hallarda aritmiyalara diaqnoz qoyula bilər. Daha az rast gəlinən, tutma şəklində olan aritmiyaları luprukordor çip vasitəsilə müəyyən etmək olur. Həmin çip dəri altında yerləşdirilir. Onun vasitəsilə həftələrlə, aylarla xəstənin ürək döyüntülərini izləyib aritmiyanın olub-olmadığını müəyyənləşdirə bilərik. Sadə elektrokardioqrama ilə irsi anadangəlmə aritmiyaya səbəb olan xəstəlikləri müəyyən edə bilərik. Exokardioqrafiya müayinəsi vasitəsilə ürəkdəki əzələ toxumasında olan hipertrofiyaları, ürək, əzələ və qapaq xəstəliklərini müəyyən edib, onun yarada biləcəyi aritmiyaları dəqiqləşdirə bilərik. Müəyyən edilə bilməyən aritmiyanın növünü, yaranma yerini, çıxış səbəbini elektrofizioloji üsulla öyrənib onun qarşısını almaq mümkündür. Son vaxtlarda energetik içkilərin, xüsusilə uşaqlarda və yeniyetmələr arasında həddindən artıq istifadəsi çox ciddi aritmiyalara səbəb ola bilir. Həmin aritmiyalar zamanı ürək anidən dayana bilər. Ümumiyyətlə, energetik içkilərin 18 yaşadək içilməsi məsləhət deyil. Təsadüfi deyil ki, bir çox Avropa ölkələrində həmin içkilərin gənclərə və uşaqlara satışı qadağan edilib. Bəzi ölkələrdə ümumiyyətlə onların istifadəsinin qadağan olunması həyata keçiriləcək”.

İnvaziv kardioloq bildirib ki, ürək xəstəlikləri daha çox kişilərdə rast gəlinsə də, aritmiya əksər hallarda qadınlarda qeydə alınır. Xoşxassəli, yəni sadə aritmiyalar qadınlarda, bədxassəlilər isə kişilərdə müşahidə olunur. Xoşxassəli aritmiyada arabir nəbz itir, ürək vurur, arada dayanır. Bədxassəli aritmiya isə ciddi, təhlükəli və tutma şəklində olur. Ürək sanki yerindən çıxacaqmış kimi sürətlə döyünür. Qan dövranı, ürəyin fəaliyyəti pozulur. Vaxtında müdaxilə edilmədikdə ürək dayanır və ani ölümlərə səbəb olur. Əksər hallarda energetik içkilər və narkotik vasitələr belə aritmiyaların yaranma səbəbidir. Ani ölümlərin əksər hissəsi irsi bədxassəli aritmiya zamanı yaranır. Bəzən yuxuda olarkən insanın infarkt keçirməsi ürəyi dayandıran aritmiyaya səbəb olur.

İdmançılarda rast gəlinən aritmiyalar xüsusi bir qrupdur. Professional idmanın özünün yaratdığı aritmiyalar var. Bununla yanaşı, aritmik problemi olan insanlar çox ciddi fiziki yük aldıqda, yoxlanmadan idmanla məşğul olduqda onlarda ani ölümlər qeydə alına bilər. Ümumiyyətlə, hər yaş dövrünün özünəməxsus aritmiyaları var. Lakin bütün həyat boyu rast gəlinən aritmiyalar da mövcuddur. Əksər aritmiyalar yaşlandıqdan sonra üzə çıxır”.

O.Musayev bildirib ki, ən ağır aritmiyalar belə sağalandır. Bunun üçün vaxtında müalicə olunmaq mütləqdir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 05:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see416

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see272

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see254

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see238

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see218

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see216

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see208

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see207

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see206

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see194

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see190

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see188

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see187

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see184

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see181

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see181

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see177

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see173

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see168

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri