Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Stokholm, 15 noyabr, AZƏRTAC
Norveçin Akershus bölgəsinin Vestbü kommunasında yerləşən quşçuluq fermasında quş qripinin yayılması qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar 13 min baş ev quşu məhv edilməlidir. Bu barədə Norveçin Qida Təhlükəsizliyi İdarəsi məlumat yayıb.
Yoluxmuş təsərrüfatın ətrafında üç kilometr radiusda mühafizə zonası, on kilometr radiusda isə müşahidə zonası qurulub. Həmin ərazilərdə quşların saxlanılması və daşınmasına ciddi məhdudiyyətlər tətbiq olunub.
Mütəxəssislər hazırkı yoluxma halının ötən həftə Ruqaland bölgəsinin Klepp kommunasında aşkar edilmiş xəstəliklə əlaqəli olub-olmadığını araşdırırlar. Həmin vaxt quş qripi səbəbindən 7,5 min toyuğun məhv edilməsinə ehtiyac yaranmışdı.
Hakimiyyət orqanları quşçuluq təsərrüfatlarının sahiblərini biotəhlükəsizlik tədbirlərini gücləndirməyə və quşlarda şübhəli simptomlar aşkarlandıqda dərhal məlumat verməyə çağırırlar.
Aşkar edilmiş virus quşlarda ağır xəstəliklərə və kütləvi ölümə səbəb ola bilən yüksək patogenli ştammlara aiddir. Bununla belə, Norveç mütəxəssislərinin qiymətləndirməsinə görə, insanların yoluxma riski son dərəcə aşağı olaraq qalır.
Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 15 Noyabr 2026 00:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















