Icma.az
close
up
RU
Diqqət! Hər bir kişi üçün vacib olan MƏLUMAT

Diqqət! Hər bir kişi üçün vacib olan MƏLUMAT

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prostat vəzi sidik kisəsinin altında yerləşən şabalıda oxşar və həmin ölçüdə olan kişi cinsiyyət vəzisidir.

Sidik kanalının arxa hissəsi prostat vəzinin içərisindən keçərək sidik kisəsinə daxil olur. Prostat vəzinin əsas funksiyası xüsusi maye olan prostat şirəsini ifraz etməkdir.

40 yaşından sonra bütün kişilərdə hormonal dəyişikliklərlə əlaqədar prostatda böyümə baş verir. Əksər hallarda prostatın yaş ilə əlaqədar böyüməsi xoşxassəli olur və mütəxəssislər bunu prostat vəzinin xoşxassəli hiperplaziyası (böyüməsi) adlandırırlar.

Sidik kanalı prostatın içərisindən keçdiyindən, vəzinin böyüməsi zamanı yaşı 50-ə çatmış kişilərin çoxunda sidik buraxmada çətinləşmə, sidik kisəsinin natamam boşalması hissi və sidik şırnağının zəifləməsi şikayətləri əmələ gəlir. Bu şikayətlərə yaşı 60-a çatmış kişilərin 50%-də, 80 yaşlı olanların isə 80%-də rast gəlinir.

Prostat vəzinin hiperplaziyasının risk faktorları:

- Yaş

- İrsi faktor (yaxın qohumlarda prostat vəzinin böyüməsi hallarının olması)

- Metabolik sindrom (şəkərli diabet, piylənmə və s.)

- Sidik-cinsiyyət sisteminin iltihabi xəstəlikləri.

1990-cı illərdən başlayaraq bu günə kimi Avropa və Amerikada prostat vəzi xəstəliklərinin aşkarlanması, profilaktikası və maarifləndirilməsi ilə bağlı ciddi işlər aparılıb və bu işlər çox yaxşı nəticələr verib.

Belə ki, 90-cı illərdə bu ölkələrdə prostat vəzi xərçənginə tutulan hər 3 xəstədən biri dünyasını dəyişirdi. Hal hazırda bu rəqəm 10 dəfə azalıb. Bunun əsas səbəbi əhalinin prostat vəzi xəstəlikləri mövzusunda maarifləndirilməsi və hər kəs üçün əlçatan, ucuz və 1 gün müddətində hazır olan laborator-instrumental müayinələrinin aparılması olmuşdur.

Mütəxəssislər prostat vəzi xəstəliklərinin vaxtında aşkar olunması üçün 40 yaşdan sonra ildə 1 dəfə həkim müayinəsindən keçməyi tövsiyə edir.

Məqalə Modern Hospital tərəfindən təqdim olunub

Modernhospital.az

http://saglamolun.az/index.php/ozel-klinikalar/6605-modern-hospital.html

.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see927

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see389

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see340

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see328

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see305

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see297

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see260

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see258

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see239

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see214

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see213

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see209

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see201

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see200

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see200

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see199

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see184

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see179

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri