DİQQƏT: Sınaq müddətində işdən azad edilmə qaydası dəyişdi “səbəbsiz xitam” dövrü bitdi Millət vəkilindən AÇIQLAMA
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əmək bazarında aparılan islahatlar hər zaman cəmiyyətin sosial rifahına və hüquqi mühitin sağlamlığına birbaşa təsir göstərir. Əmək Məcəlləsinə edilən son dəyişikliklər isə, işçi ilə işəgötürən arasında münasibətlərin daha ədalətli, şəffaf və hüquqa əsaslanan müstəvidə qurulmasına yönəlmiş sistemli yanaşmadır. Xüsusilə sınaq müddəti ilə bağlı qaydaların yenilənməsi uzun illər praktikada mübahisə yaradan, bəzən subyektiv qərarlara yol açan boşluqların aradan qaldırılmasını hədəfləyir.
Yeni hüquqi çərçivə işçinin əmək münasibətlərində mövqeyini gücləndirməklə yanaşı, işəgötürən üçün də daha aydın və proqnozlaşdırılan mexanizmlər formalaşdırır. Bu dəyişikliklər əmək münasibətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, hüquqi məsuliyyətin artırılması və tərəflər arasında balansın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu dəyişikliklərin mahiyyəti, yaratdığı hüquqi nəticələr və onların praktikada necə tətbiq olunacağı ilə bağlı məsələlərə aydınlıq gətirən Millət vəkili, iqtisad elmləri üzrə fəlsəfə doktoru, Vüqar Bayramov Moderator.az-a açıqlamasında mövqeyini bildirib.
Millət vəkili qeyd edib ki, bütövlükdə Əmək Məcəlləsinə edilən dəyişikliklər işçilərin hüquqlarının daha effektiv qorunmasına və işçi–işəgötürən münasibətlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir:
"Nəzərə almaq lazımdır ki, bu dəyişikliklər kifayət qədər ciddi və genişmiqyaslı paket şəklində hazırlanıb. Həmin paket çərçivəsində xüsusilə Beynəlxalq Əmək Təşkilatının tövsiyələrinə uyğun olaraq işçilərin hüquqlarının müdafiəsinə yönəlmiş çoxsaylı mühüm yeniliklər nəzərdə tutulub. Bu dəyişikliklər artıq cənab Prezident tərəfindən təsdiqlənərək qüvvəyə minib.

Yeni qaydalar sınaq müddətində əmək müqaviləsinə xitam verilməsi üçün müqavilədə ayrıca şərtin göstərilməsi tələbini aradan qaldırmaqla yanaşı, işçinin əmək hüquqlarının qorunması baxımından da xüsusi əhəmiyyət daşıyır. Çünki praktikada sınaq müddəti zamanı bəzi hallarda heç bir ciddi əsas olmadan işçilərin işdən azad edildiyi müşahidə olunurdu ki, bu da onların əmək hüquqlarının təmin olunmasına maneə yaradırdı. Artıq tətbiq edilən yeni mexanizmlər bu sahədə işçilərin hüquqlarının daha etibarlı şəkildə qorunmasına imkan verəcək.
Nəticə etibarilə, bu dəyişikliklər işçi–işəgötürən münasibətlərinin daha dəqiq tənzimlənməsinə, xüsusilə də işçilərin səbəbsiz və subyektiv amillər əsasında işdən azad edilməsinin qarşısının alınmasına xidmət edir. Məhz bu baxımdan, sözügedən norma da daxil olmaqla, ümumilikdə Əmək Məcəlləsinə edilən dəyişikliklər işçilərin əmək hüquqlarının və əmək haqlarının daha yaxından qorunması üçün mühüm hüquqi zəmin yaradır".
Pərvin Şakirqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 17 Yanvar 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















