Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır ARAŞDIRMA VİDEO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sosial şəbəkələrin Azərbaycan seqmentinə bir sıra xarici ölkələrdən idarə edilən videolar, fotolar və digər paylaşımlar daxil olur. Bu paylaşımlar arasında xüsusilə diqqət çəkən Türkiyə və İrandan idarə edilən səhifələrin yaydığı videodur.
Avtosfer.az-ın araşdırmaları nəticəsində “Azərbaycanda xalq ayağa qalxdı” başlığı altında paylaşılan videonun saxta olduğu müəyyənləşib.
Belə ki, tərkibində İran izinə rast gəlinən səhifələrdə paylaşılan videoda bir qrup insanın etiraz aksiyası keçirməsi, Azərbaycanda xalqın mitinqlər keçirmək üçün küçələrə axışması qeyd olunub.
Lakin araşdırmalar nəticəsində paylaşılan videonun “Neftçi” – “Qarabağ” oyunundan əvvəl klub azarkeşlərinin meydana doğru irəlilədiyi anın görüntüləri olduğu ortaya çıxıb. Qeyd edək ki, həmin oyun 2025-ci il fevralın 16-da Nizami rayonunda yerləşən köhnə adı ilə “Neftçi Arena” stadionunda keçirilib. Yayılan video stadiondan azarkeşlərdən biri tərəfindən çəkilib.
Azərbaycanlılardan belə videolara və bu cür təxribata çağırış məqsədli paylaşımlara aldanmamağı, baş verən hadisələrlə bağlı daha sağlam düşüncəyə sahib şəxslər kimi reaksiyalar verməyi xahiş olunur.
Səfər
YouTubehttps://www.youtube.com/watch?v=de9S4j-s3to
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 12 Oktyabr 2026 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















