Icma.az
close
up
RU
Dirçələn və inkişaf edən doğma Qarabağ

Dirçələn və inkişaf edən doğma Qarabağ

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Məlum olduğu kimi, Azərbaycanın ərazisi tam bərpa olunduqdan sonra Azərbaycan Prezidentinin Sərəncamı ilə işğaldan azad edil¬miş ərazilərimizdə quruculuq, bərpa işləri böyük vüsət alıb. Bu gün erməni işğalından azad olunan bütün ərazilərimizdə aparılan quruculuq və inkişaf prosesi həm də o deməkdir ki, Qarabağımızın hər bir qarışı bütün dünya üçün inkişaf nümunəsi olacaq. Bu, Azərbaycanın dövlətçiliyinin, Azərbaycan dövlətinin qüdrəti kimi tarixləşəcək. Hazırda Zəngilanda. Qubadlıda, Cəbrayılda, Füzulidə, Xocalıda, Xankəndidə, ümumın işğldan azad edil¬miş bütün ərazilərdə möhtəşəm qu¬ruculuq işləri uğurla davam etdirilir. İri miqyaslı quruculuq iş¬lə¬rinin açılışında dövlət başçımızın iştirakı, təməlqoyma mərasimlərində çıxışları, Vətən müharibəsində xalqa müraciətlərində yaşadılan inamı quruculuq işlərində də eyni qətiyyətlə davam etdirir. Xalqımız inanır ki, Azərbaycan quruculuq işlərində də böyük Zəfər qazanacaq.

Prezident cənab İlham Əliyevin regionlara səfərləri həm də Böyük Qayıdış konsepsiyasının uğurla reallaşdırıldığını əyani şəkildə nümayiş etdirir. Tikilən, qurulan yaşayış məntəqələrinə qayıdanların sevinci cəmiyyətin sevincidir və kəndlərində quruculuq işləri gedənlər əmindirlər ki, yaxın vaxtlarda onlar da dövlətin qayğısı ilə yenidən qurulmuş kəndlərində abad mənzillərinə qayıdacaqlar. Dövlət başçımızın regionlara səfərlərini dogma kəndlərinə qayıtma niyyətində olan köçkünlər daha həssaslıqla izləyirlər. Onlara elə gəlir ki, bu səfərlər quruculuq işlərinin dinamikasını yüksəldir.

Prezident İlham Əliyevin təkcə fevralın 18-də işğaldan azad edilmiş Ağdam rayonuna, onun ardınca fevralın 19-da Xankəndi şəhərinə, Xocalı rayonuna səfərləri çərçivəsində aparılan işlərlə tanışlığına, eyni zamanda, açılışında iştirak etdiyi sosial obyektlərə diqqət yetirmək kifayətdir. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində “Hilton Garden İnn” hotelində, Muğam Mərkəzində, 1267 mənzilli 2-ci yaşayış kompleksində, 1 nömrəli tam orta məktəbdə, 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri, 209 mənzilli “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə, Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış oldular. Fevralın 19-da Prezident İlham Əliyev Xankəndi şəhərində “Bulud” hotelinin açılışında iştirak edib, Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki ilə tanış olub, Zəfər parkının təməlqoyma mərasimi keçirilib. Xocalının Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olan dövlət başçısı İlham Əliyev kəndə köçən bir qrup sakinlə görüşüb.

Digər bir yandan, təkcə Xocalı rayonunun Ballıca kəndinin timsalında bərpa-quruculuq işlərinin aydın mənzərəsini təqdim etmək kifayətdir ki, doğma Qarabağımızda vüsət alan quruculuq və inkişaf prosesini görə biləsən. Ballıca kəndi bərpa edilən və keçmiş köçkünlərin qayıtdığı 10-cu yaşayış məntəqəsidir. Artıq burada 500-ə yaxın insan yaşayır. Bu gün bölgəni, bu yerləri görməyən balaca uşaqlar, gənclər həvəslə qayıdırlar, işləyirlər, qururlar, yaradırlar. Bu, bir daha xalqımızın nə qədər yüksək mənəvi keyfiyyətlərə malik olduğunu göstərir. Sakinlərlə görüşdə cənab İlham Əliyev bu məqamı böyük qürur hissi ilə vurğuladı ki, keçmiş köçkünlər hər ay hissə-hissə, qrup-qrup öz dədə-baba torpaqlarına qayıdırlar, Böyük Qayıdış Proqramı bu gün uğurla icra edilir. Dövlətimizin başçısı bildirib ki, bütün Qarabağ bölgəsi, Şərqi Zəngəzur bölgəsi dirçəlir və hər gün biz bunu əyani şəkildə görürük. SİTAT: “Əlbəttə ki, Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur. Mənim də Prezident kimi əsas borcum bu gün bundan ibarətdir. İşğala son qoyduq, 2023-cü ildə antiterror əməliyyatı nəticəsində bu bölgəni də işğaldan azad etdik. Ballıca və yüzlərlə digər yaşayış məntəqəsi artıq işğalçılardan tam azad olunmuşdur və indi həyatı bərpa edirik. Yəni, hər şeyi mərhələli yollarla edirik, öz gücümüzlə, bizə heç kim kömək etmir. Ancaq öz imkanlarımız daxilində, öz gücümüzə arxalanaraq, Azərbaycan xalqının imkanlarına arxalanaraq, dövlət hesabına bütün bərpa-quruculuq işləri aparılır, özü də qısa müddət ərzində.”

Bundan başqa, bir məqamı qeyd etməliyik ki, Ağdam strateji mövqeyinə görə Qarabağın giriş qapısı hesab edilir. Ağdamda ən müasir standartlara cavab verən mehmanxananın inşası sürətlə dirçəldilən tarixi ərazilərimizin turizm potensialının inkişafına töhfə verəcək. Ağdamda yeni yaşayış kompleksinin təməlinin qoyulmasına da Böyük Qayıdış konsepsiyası kontekstində yanaşmaq lazımdır. Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa restavrasiya işləri həyata keçirilir. Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması isə işğaldan azad olunmuş ərazilərdə səhiyyə infrastrukturunun yaradılması deməkdir.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yüksək səviyyədə şərait yaradılıb. Qərargah ən son innovativ texnologiyalar əsasında tikilib. Bütün bunlar işğaldan azad olunmuş ərazilərdə görülən işlərin göstəricisidir.

Göründüyü kimi, tarixi Zəfərimizdən və suverenliyimizin bərpasından ötən qısa müddətdə sadalamaqla bitməyən genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilib. Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının qısa müddətdə dünyaya açılması, üçüncü Laçın Beynəlxalq Hava Limanının bu il istifadəyə verilməsinin planlaşdırılması bunun bariz nümunəsidir. Dövlətimizin başçısı İlham Əliyev bu reallıqlar fonunda bildirir ki, bu, doğrudan da böyük xoşbəxtlikdir. Həm müharibədə qalib olmaq, xalqımızın ümidlərini doğrultmaq, eyni zamanda, qurub-yaratmaq - bundan böyük xoşbəxtlik ola bilməz. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir ki, xalqımız doğrudan da uzun illər ərzində əyilmədi və öz kimliyini unutmadı. Bütün bunlar onu göstərir ki, dövlətimizin başçısı Cənab İlham Əliyevin azad olunmuş bölgələrə hər səfəri yeni-yeni quruculuq və inkişaf nümunəsi kimi tariximizə qızıl hərflərlə həkk olunacaq. Hər gün dirçələn, hər gün inkişaf edən doğma Qarabağımız dünya üçün dirçəliş və tərəqqi nümunəsidir.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyin sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Fevral 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

21 May 2026 16:43see236

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see190

Ukrayna qüvvələri Rusiyanın Rosneft Sızran Neft Emalı Zavoduna zərbə endirib

21 May 2026 16:05see186

30 yaşdan sonra qadın bədənində nə baş verir?

21 May 2026 21:03see184

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see183

“Qarabağ”ın növbəti transferi kimdir? Bakıya gəldi

21 May 2026 15:49see178

Ronaldu karyerasının 973 cü qolunu vurub VİDEO

22 May 2026 00:27see176

“Müsahibənin mühüm hissələrindən biri də regional sabitlik və diplomatiya ilə bağlı idi” DEPUTAT DANIŞDI

21 May 2026 17:18see175

Gənclərə insan alverinin cəmiyyət üçün yaratdığı təhlükələr barədə məlumat verilib

21 May 2026 19:43see174

Ağ şəhərdə uçqun oldu VİDEO

22 May 2026 01:09see172

Tərləmənin və pis qoxunun səbəbi BU VİTAMİN imiş

22 May 2026 07:31see169

Möhtəşəm fürsət: ERKƏN UDUŞ

22 May 2026 00:43see168

“Tasnim”: ABŞ və İran arasında bəzi fikir ayrılıqları üzrə irəliləyiş əldə olunub

23 May 2026 02:24see159

Bir həkim olaraq xərçəngdən qorunmaq üçün ancaq bunları yeyirəm

23 May 2026 04:01see156

Rusiya Ermənistandan seçim tələb etdi: Aİ, yoxsa Aİİ?

23 May 2026 04:39see151

“Casus” demişdilər Baş nazir oldu

23 May 2026 02:40see151

Trampdan Lukaşenkoya BƏD XƏBƏR

23 May 2026 03:08see150

İran tərəfi zənginləşdirilmiş uranın müzakirəsini hazırkı mərhələdə mənasız sayır

23 May 2026 00:18see149

Saqqıza ucuz və sadə alternativ Köpü və qoxunu yox edir

23 May 2026 07:00see144

Polşa İsrail Milli Təhlükəsizlik Nazirinin beş illik girişini qadağan etdi

22 May 2026 08:02see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri